“Gəlin razılaşaq...”

11:13 02-11-2022 | icon 213 | Dünya
“Gəlin razılaşaq...”

Maskın “qorxuların kralı” ilə “Twitter” bazarlığı

 

“Twitter”in mavi nişanı üçün qiymətin artması xəbəri sadə istifadəçilərlə yanaşı, məşhurlar arasında da narazılıqla qarşılanıb. Bunlardan biri də tanınmış yazıçı, öz qorxu janrlı romanları ilə məşhur olan, “qorxuların kralı” ləqəbli Stiven Kinqdir.

 

“Mavi işarəni saxlamaq üçün ayda 20 dollar? Lənət olsun, hələ onlar mənə pul verməlidirlər. Əgər belə olsa, mən də Enron kimi gedəcəm”, - deyə yazıçı öz hesabında yazıb.

 

Amerikalı milyarder və sosial şəbəkənin yeni sahibi İlon Maskdan məşhura cavab gecikməyib. O, dərhal sövdələşməyə başlayıb.

 

“Çekləri hansısa formada ödəmək məcburiyyətindəyik! “Twitter” tamamilə reklamçılara ümid bağlaya bilməz. Bəs 8 dollara nə deyirsniz?” - deyə o soruşub.

 

Mask həmçinin dəyişiklikləri həyata keçirməzdən əvvəl qərarının səbəbləri barədə ətraflı danışacağını vəd edib. Onun sözlərinə görə, bütün bunlar botların və trolların kökünü kəsmək naminədir.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Laçında bərpa işləri sürətlə davam edir"

Bakıya meydan oxuyan “sülhməramlılar”

DTX-nın NAXÇIVAN ƏMƏLİYYATI

Laçında məhv edilən erməni postundan GÖRÜNTÜLƏR

Fransızlar və amerikalılar ATƏT-in Minsk qrupunu dəfn etdilər

İranın anti-Azərbaycan xarakterli hərəkətləri

Fransa öz keçmişi ilə üzləşməli, bəşəriyyətdən üzr istəməlidir

Əlisa Nicata maliyyə yardımı göstəriləcək

İlk qar da yağdı

“Şuşa ili”nə həsr olunan “270-ci səhifə” - SƏNƏDLİ FİLM

Bəzi deputatlara yeni vəzifə veriləcək

Saakaşvili siyasətdən getdi

Ev alarkən geri qaytarılan min manatlar

Türkcə qabiliyyət imtahanına (TYS) start verilib

Məktəbdə istilik problemi