Zəfər Gününün “Dəmir yumruq”u

17:11 02-11-2022 | icon 226 | Cəmiyyət
Zəfər Gününün “Dəmir yumruq”u

 

Milli Azərbaycan Tarixi Muzeyində 8 noyabr – Zəfər Günü ilə əlaqədar “Dəmir yumruq” adlı dəyirmi masa təşkil olunub.

 

Versus.Az xəbər verir ki, tədbirdə Vətən müharibəsi qaziləri, muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin, Vətən müharibəsi fondunun əməkdaşları, Numizmatika fondunun müdiri Aygün Məmmədova və Bakı şəhəri 245 saylı tam orta məktəbin müəllim-şagird kollektivi iştirak edib.

 

Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

 

Tədbiri Muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin müdiri Fəridə Şəmsi açaraq İkinci Qarabağ müharibəsi və qazandığımız Qələbə haqqında məlumat verib.

 

Sonra Vətən müharibəsi qaziləri - polkovnik leytenant Zaur Kazımov, baş çavuş Saleh Hacıyev, baş gizir İlkin Ağayev, könüllü əsgər Nihat Əfəndi keçdikləri döyüş yolları barədə təəssüratlarını bölüşüblər.

 

Daha sonra muzeyin Vətən müharibəsi fondunun müdiri Şəfa Mövsümov, muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin elmi işçisi Sahibə Ələkbərova, muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin baş mütəxəssisi Qənirə Qafarlı çıxış edib. Onlar öz çıxışlarında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində möhtəşəm qələbəsindən danışıb və vətən uğrunda şəhid olmuş vətən oğullarının qarşısında baş əydiklərini, onların əziz xatirəsinin heç vaxt qəlblərdən silinməyəcəyini qeyd ediblər.

 

Sonda məktəblilər Vətən müharibəsi qazilərinə suallar ünvanlayıb və xatirə fotoları çəkilib.

 

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Laçında bərpa işləri sürətlə davam edir"

Bakıya meydan oxuyan “sülhməramlılar”

DTX-nın NAXÇIVAN ƏMƏLİYYATI

Laçında məhv edilən erməni postundan GÖRÜNTÜLƏR

Fransızlar və amerikalılar ATƏT-in Minsk qrupunu dəfn etdilər

İranın anti-Azərbaycan xarakterli hərəkətləri

Əlisa Nicata maliyyə yardımı göstəriləcək

Fransa öz keçmişi ilə üzləşməli, bəşəriyyətdən üzr istəməlidir

İlk qar da yağdı

“Şuşa ili”nə həsr olunan “270-ci səhifə” - SƏNƏDLİ FİLM

Bəzi deputatlara yeni vəzifə veriləcək

Saakaşvili siyasətdən getdi

Ev alarkən geri qaytarılan min manatlar

Türkcə qabiliyyət imtahanına (TYS) start verilib

Məktəbdə istilik problemi