Tarixi Zəfərin ikinci ildönümündə şəhid ailələri ilə görüşlər davam edir

16:37 03-11-2022 | icon 233 | Cəmiyyət
Tarixi Zəfərin ikinci ildönümündə şəhid ailələri ilə görüşlər davam edir

Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Azərbaycanın ilk hərbi pilotlarından biri, “Azərbaycan bayrağı” ordenli şəhid Feyruz Cəlilovun həyat yoldaşı Səlimə xanımı Cəlilova, Azərbaycan Vətən Müharibəsinin şəhidi Hüseyn Tağıyevin anası Mətanət xanım Məmmədova, bacısı Könül Tağıyeva, Silahlı Qüvvələrin şəhid əsgəri İbrahim Həsənovun həyat yoldaşı Aytac Kamilova ilə görüşüb.

 

Versus.Az xəbər verir ki, Milli Məclisdə baş tutan görüşdə, şəhid ailələrinin qayğıları öyrənilib, ürək sözləri dinlənilib.

 

Komitə sədri Azərbaycan dövlətinin ali rəhbərliyinin şəhid ailələrinə yüksək diqqət-qayğısından danışıb, həmin diqqət-qayğının hər bir Millət vəkili üçün də örnək təşkil etdiyini söyləyib. O, tarixi Zəfərin ikinci ildönümü ərəfəsində keçirilən görüşün, ümumiyyətcə şəhid ailələri ilə hər bir görüşün onun üçün çox əziz olduğunu deyib, şəhidlərimizin əziz ruhuna dərin sayğılarını bildirib.

 

Q.Paşayeva ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük müharibədə qazanılan Zəfərin tarixi önəmindən danışıb, şəhidlərimizin qanının yerdə qalımadığını söyləyib.

 

Qeyd edək ki, Birinci Qarabağ müharibəsində böyük şücaət göstərərək şəhidlik zirvəsinə ucalan Feyruz Xanbala oğlu Cəlilov 30 may 1957-ci ildə doğulub. Orta məktəbi bitirdikdən sonra Ukraynada Kremençuq Mülki Aviasiya Təyyarəçilik Məktəbində təhsil alıb, 1981-ci ildən Zabrat aviamüəssisəsində əmək fəaliyyətinə başlayıb. 1986-cı ildə isə istehsalatdan ayrılmadan Kiyev Mülki Aviasiya Mühəndisləri İnstitutuna daxil olub və 1992-ci ildə təhsilini uğurla başa vurub. Kapitan Feyruz Cəlilov Birinci Qarabağ müharibəsinin ən qızğın vaxtında könüllü olaraq əməliyyatlara qoşulub. Feyruz Cəlilov Kəlbəcər və Ağdərə istiqamətində aparılan döyüşlərdə böyük şücaət, igidlik göstərib. 31 avqust 1993-cü ildə onun idarə etdiyi helikopter Qubadlı göylərində düşmənin hərbi qüvvələri tərəfindən vurulub, o və uçuş heyəti həlak olub.

 

Hüseyn Oktay oğlu Tağıyev (08.09.1991, Bakı – 05.10.2020, Füzuli r.) – 1998-ci ildə Natiq Tagıyev adına 212 saylı tam orta mətəbin I sinifinə daxil olub, 2-ci sinifdən sonra isə Mikayıl Müşfiq adına 18 saylı məktəbdə orta təhsil alıb. 2019-cu ildə ailə həyatı quran Hüseynin Nazlı adında qızı yadigar qalıb. Hüseyn Tağıyev 2009-2010-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2015-ci ildən isə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edib. 2016-cı ilin Aprel döyüşlərində fədakarlıqla iştirak edib. Hüseyn Tağıyev 27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və elə Füzulidə də şəhid olub. Şəhidimizin qəbri Bakıdakı II Şəhidlər Xiyabanındadır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirən Hüseyn Tağıyev Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə təltif edilib. Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə isə “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunub (25.12.2020).

 

İbrahim Şöhrət oğlu Həsənov (18.01.2004, Bülbülə - 13.09.2022, Laçın) bu il sentyabrın 13-də baş vermiş Ermənistan-Azərbaycan sərhəd toqquşması zamanı şəhid olub. Şəhid əsgərimiz Suraxanının Bülbülə qəsəbəsindəki Şəhidlər Xiyabanında dəfn edilib. Şəhidimizin İsmayıl adlı bir oğlu yadigar qalıb. Ulu Tanrı bütün şəhidlərimizin ruhunu şad etsin!

 

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Laçında bərpa işləri sürətlə davam edir"

Bakıya meydan oxuyan “sülhməramlılar”

DTX-nın NAXÇIVAN ƏMƏLİYYATI

Laçında məhv edilən erməni postundan GÖRÜNTÜLƏR

Fransızlar və amerikalılar ATƏT-in Minsk qrupunu dəfn etdilər

İranın anti-Azərbaycan xarakterli hərəkətləri

Fransa öz keçmişi ilə üzləşməli, bəşəriyyətdən üzr istəməlidir

Əlisa Nicata maliyyə yardımı göstəriləcək

İlk qar da yağdı

“Şuşa ili”nə həsr olunan “270-ci səhifə” - SƏNƏDLİ FİLM

Bəzi deputatlara yeni vəzifə veriləcək

Saakaşvili siyasətdən getdi

Ev alarkən geri qaytarılan min manatlar

Türkcə qabiliyyət imtahanına (TYS) start verilib

Məktəbdə istilik problemi