“Hakimlər kənarda qalıb, VAR sistemi işləyir”

09:12 04-11-2022 | icon 197 | İdman
“Hakimlər kənarda qalıb, VAR sistemi işləyir”

"Qalib gəlmək istəyirdik. Bunu bacara da bilərdik, az qalmışdı. Cari mövsüm avrokuboklardakı matçlara görə futbolçularıma təşəkkür edirəm".

 

Versus.Az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Almaniyanın "Frayburq" komandası ilə 1:1 hesablı heç-heçə etdikləri UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur oyunundan sonra mətbuat konfransında deyib.

 

50 yaşlı mütəxəssis oyunçuların inamlı oyun sərgilədiyini bildirib:

"Biz eşidirdik ki, restoranlarda, böyük monitorlarda azarkeşlər matçlarımızı izləyirlər. 2022-ci il futbol ili oldu. Fanatlara da bizimlə olduqları üçün təşəkkürümü bildirirəm. Hər qarşılaşmada yaxşı mübarizə aparmaq istəyirdik. Komandamdan çox razıyam. İstirahət üçün vaxtımız da yoxdur. Oyunçular çox yorulublar. Onlar futbolun dadını tam hiss etdilər. Bu il bizim və Azərbaycan futbolu üçün böyük təcrübə oldu".

 

Qurbanov "Frayburq"la oyundakı hakimlik haqqında danışıb:

"Həmin epizodda bəlkə də oyundan kənar vəziyyət var idi. Amma ondan əvvəl Yankoviçin ayağına zərbə dəymişdi. Epizodda xətt də çəkilmədi. Üstündən keçdilər. Bütün oyunlarda ofsayt xətti göstərilirsə, burada da olmalıdır. Hamıya eyni gözlə baxılmalıdır. Hakimlər haqqında danışmağın faydası olub-olmadığını bilmirəm. Hakimlər kənarda qalıb, VAR sistemi işləyir. Nə istəyirlər, onu da edirlər. O epizodda qol sayılsaydı, komanda daha istəkli olardı. Bilmək olmazdı ki, sonrasında qırmızı vərəqə olacaqdımı, ya yox. Qırmızı vərəqə, 10 nəfərlə mübarizə aparmaq, qol vurmaq futbolun sevilən məqamlarıdır. Görünən odur ki, qərar nəticəyə təsir etdi".

 

Təcrübəli çalışdırıcı kobud oynamamaqla bağlı futbolçularla söhbət etdiklərini bildirib:

“Hər oyundan sonra futbolçulara bu barədə xəbərdarlıq edirik. Bəhlul və Kevin o epizodlara görə daha diqqətli olmalıdır. Bu turnirdə sürət tam başqadır. Çempionatımızda belə sürət nadir hallarda olur. Əlbəttə ki, daha soyuqqanlı olmaq lazımdır. Oyundan əvvəl hamıya tapşırmışdım ki, aqressiv olmalıyıq. İlk dəqiqələrdəki aqressiyanı sona qədər davam etdirdik. Bundan razıyam”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Vahid Hacıyev QDF-in donorları ilə görüşüb

Ağız yaralarından qurtulmaq MÜMKÜNDÜR

Fuad Əliyevdən QƏTİ ETİRAZ

“Azadlıq fədaisi”nin növbəti mükafatçısı - SORĞUYA START

“Azərbaycan düşmənin layiqli cavabını vermək gücünü özündə saxlayır”

"Bu gün Ermənistan narahat olmalıdır"

Gələn il yeni təqaüd təsis ediləcək

İrandan “Bakıya Xəzərdən hücum” MESAJI

"Laçında bərpa işləri sürətlə davam edir"

Erməni silahlılar Qarabağdakı mövqelərimizi atəşə tutdular

“Madrigal” Bakıya gəlir

 

Brüssel görüşündən imtina... -siyasilərdən birmənalı mövqe

Kəlbəcər, Laçın və Ağdamdakı mövqelərimiz ATƏŞƏ TUTULUB

DTX Naxçıvanda daha bir qurumda əməliyyata başladı

Şuşa könüllüləri Şuşa üçün hazırlaşırlar