7 ay komada olan qadın sağlam uşaq dünyaya gətirdi

09:15 04-11-2022 | icon 214 | Maraqlı
7 ay komada olan qadın sağlam uşaq dünyaya gətirdi

Altı həftəlik hamilə ikən qəzaya düşən 23 yaşlı qadın yeddi ay sonra sağlam uşaq dünyaya gətirib.

 

Hadisə Hindistanın Bulandşəhr şəhərində baş verib.

 

Bildirilir ki, motosikldə qəzaya düşən qadın dəbilqə taxmadığından başından çoxsaylı xəsarət alıb. Sonradan beynində beş əməliyyat keçirən hindistanlı sağ qalsa da, bir daha özünə gəlməyib.

 

Müayinə zamanı qadının bətnindəki uşağın sağlam olduğu üzə çıxıb. Zərərçəkənin əri bunu biləndən sonra hamiləliyin davam etməsi barədə qərara gəlib. O, arvadının yanında olmaq üçün işini tərk edib.

 

Yeddi ay sonra uşaq dünyaya gəlib, ancaq qadın hələ də komadan ayılmayıb.

 

“Hazırda deməyə sözüm yoxdur. Nə edəcəyimi və yaşamağa necə davam edəcəyimi bilmirəm. Hər şey dalana dirənib”, - deyə körpə qızın atası deyib.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

7 yaşında “Bu torpağın yolunda Torpağa dönmək gərək” şerini söylədi, 19 yaşında torpağa dönüb, Vətən oldu...

"Üzvlərin sayı partiyanın fəaliyyətinə təsir etməməlidir"

"İllər boyu İsraillə bağlı dediklərim bu gün gerçəkləşdi"

Məmur həbsləri GÖZLƏNİLİR

Bu xəstəlik bəzən əlamətsiz də başlaya bilər

Paşinyanın “Çərçivə sazişi”, yoxsa sülhü pozma cəhdi

Diaspor Komitəsindən dünya azərbaycanlılarına MÜRACİƏT

“Orion” Ay ətrafında dövr etdi

6 il sonra Bakıda konsert verdi

Avropada daha bir müharibə - TƏHLİL

Rusiya çökür... Naxçıvan blokadadan çıxır... - VİDEO

Bakıya 12 metrlik avtobuslar gətirildi

Siyasi partiyalardan qanunun yeni redaksiyasına VS münasibət

 

Sağlamlıq məhdudiyyətli şəxslərin əl işləri sərgiləndi

Müharibə yenidən başlayır?