İspaniyada həmkarlar ittifaqları küçələrə axışdı

09:30 04-11-2022 | icon 223 | Dünya
İspaniyada həmkarlar ittifaqları küçələrə axışdı

“Mübarizəni davam etdirməkdə qərarlıyıq”

 

İspaniyanın iki böyük həmkarlar ittifaqı Madriddə maaşların artırılması tələbi ilə nümayiş keçirib.

 

Buna səbəb yüksək inflyasiya və yaşayış dəyərinə qarşı maaşların artırılması istəyi olub.

 

Fəhlə Komissiyaları Birliyinin və Ümumi Fəhlə Həmkarlar İttifaqının çağırışı ilə ölkənin hər yerindən Madridə fəhlələr gəlib. Onlar “Bu böhranın hesabını işçi sinfi ödəməyəcək”, “Ya maaş artımı və ya münaqişə” şüarlarını səsləndirib.

 

Meydana toplaşan minlərlə nümayişçi maaş artımı tələblərinə indiyədək reaksiya verməyən İşəgötürənlər və Sənayeçilər Konfederasiyasına da etiraz edib.

 

Etirazçılar maaş artımı tələbləri qəbul edilmədiyi təqdirdə müxtəlif sektorlarda kollektiv müqavilələrə uyğun olaraq tətil edəcəklərini açıqlayıblar.

 

Fəhlə Komissiyaları Birliyinin rəhbəri Unai Sordo işsizliyin 12 faiz, inflyasiyanın isə 8 faiz səviyyəsində olduğunu vurğulayıb:

“Biz qeyri-bərabərliyə, iqtisadi tənəzzülə və işəgötürənlərin mənfəətlərinin artmasına qarşılıq   işçilərin əmək haqqının azalması səbəbindən mübarizəmizi davam etdirməkdə qərarlıyıq. Qiymət artımları nəticəsində yaranan bu böhranın hesabını işçilər ödəməyəcək”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Laçında bərpa işləri sürətlə davam edir"

Bakıya meydan oxuyan “sülhməramlılar”

DTX-nın NAXÇIVAN ƏMƏLİYYATI

Laçında məhv edilən erməni postundan GÖRÜNTÜLƏR

Fransızlar və amerikalılar ATƏT-in Minsk qrupunu dəfn etdilər

İranın anti-Azərbaycan xarakterli hərəkətləri

Fransa öz keçmişi ilə üzləşməli, bəşəriyyətdən üzr istəməlidir

Əlisa Nicata maliyyə yardımı göstəriləcək

İlk qar da yağdı

“Şuşa ili”nə həsr olunan “270-ci səhifə” - SƏNƏDLİ FİLM

Bəzi deputatlara yeni vəzifə veriləcək

Saakaşvili siyasətdən getdi

Ev alarkən geri qaytarılan min manatlar

Türkcə qabiliyyət imtahanına (TYS) start verilib

Məktəbdə istilik problemi