Bakıdan mollaların körpü mesajına layiqli CAVAB

17:48 04-11-2022 | icon 226 | Siyasət
Bakıdan mollaların körpü mesajına layiqli CAVAB

Turan Rzayev: "Rəsmi Bakı İrana açıq gözdağı verir"

 

Məlum olduğu kimi, bir neçə gündür müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan Respublikasının cənub sərhədlərinə yaxın ərazilərdə Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissələrinin təlimi başlayıb.

 

Versus.Az xəbər veriri ki, politoloq Turan Rzayev çərhində bildirib ki, təlimlər müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına əsasən aparılsa da, rəsmi Bakı İrana açıq gözdağı verir.

 

Politoloq qeyd edib ki,  İran son zamanlar Azərbaycanı açıq şəkildə hədələyir. İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) quru qoşunları İranın şimal-qərb hissəsində, Azərbaycanla sərhəddə, Araz çayı boyunca “Qüdrətli İran” adlandırdığı təlimlər keçirməsi də bunu bir daha təsdiqlədi. Araz çayı üzərində körpünün inşa edilməsini məşq etmək isə açıqca hədə-qorxu gəlməkdir:

 

"Rəsmi Bakının İranın təlim şantajına cavab verəcəyi bəlli idi. Lakin veriləcək cavab da ən azından İranın verdiyi mesaj qədər təsirli və adekvat olmalı idi. Cənub sərhədlərinə yaxın ərazilərdə Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissələrinin təlimə başlaması İrana layiqli cavab oldu".

 

Politoloq təlimlərin diqqətçəkən başlıca məqamlarına toxunub:

 

"Birincisi, təlimlərə Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissələri cəlb edilib. Həmin XTQ ki, cəmi iki il öncə 27 illik işğalın sonlandırılmasında ən çətin, icrası mümkün hesab edilməyən missiyaların öhdəsindən gəldi. Təkcə Şuşa əməliyyatları XTQ-nin gücünü dünyaya göstərdi. Rəsmi Bakı indi XTQ-ni hərbi təlimlərə cəlb edərək İrana qalib ordunun bütün istiqamətlərdən, həmçinin Araz çayı boyunca gələcək hücumlara qarşı hazır olduğu mesajını verir.

 

İkincisi, təlimlər Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-leytenant Hikmət Mirzəyevin rəhbərliyi ilə baş tutur. Hikmət Mirzəyevin adı təkcə ermənilər üçün deyil, həmçinin İran üçün ciddi narahatlıq yaradır. XTQ onun komandalığında kifayət qədər çətin tapşırıqlar yerinə yetirib. Hikmət Mirzəyev hazırda Azərbaycan Silahlı Qüvvələrinin ən təcrübəli və istedadlı zabitlərindəndir.

 

Üçüncüsü, təlimlərin ən diqqətçəkən məqamı, şübhəsiz, Müdafiə Nazirliyinin yaydığı fotolarda təlimləri Türkiyə Quru Qoşunlarının əməliyyat üzrə rəisi, general-mayor Bəxtiyar Ersayın (Bəxtiyar Paşa) da izləməsi idi . Bəxtiyar Ersayın təlimləri izləməsi faktiki olaraq Türkiyənin İrana verdiyi açıq və net mesajıdır. Yəni, “Türkiyə Azərbaycanın yanındadır və İran həddini aşmamalıdır”.

 

Nəticə etibarilə rəsmi Bakı bir daha təlimlər ilə göstərmiş oldu ki, heç kəs bizimlə hədə, diktə ritorikası ilə danışa bilməz. Azərbaycan 90-cı illərdəki zəif ölkə deyil. Azərbaycan Silahlı Qüvvələri istənilən ölkədən gələcək təhdidlərə, hücumlara hər zaman hazırdır.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Vahid Hacıyev QDF-in donorları ilə görüşüb

Ağız yaralarından qurtulmaq MÜMKÜNDÜR

Fuad Əliyevdən QƏTİ ETİRAZ

"Amma ermənilər Şuşaya, Kəlbəcərə atəş açanda ruslar susurlar"

"Şükür ki, Azərbaycan tərəfindən sülhməramlıların mandatı imzalanmayıb"

"Müddət 5 ildən artıq uzadılsa, onların daha ağır düşmən hərəkətlərini görə bilərik"

“Azadlıq fədaisi”nin növbəti mükafatçısı - SORĞUYA START

“Azərbaycan düşmənin layiqli cavabını vermək gücünü özündə saxlayır”

"Rusiyanın da, Ermənistanın da müdaxilələrini sıfırlamalıdır"

"Bu gün Ermənistan narahat olmalıdır"

Gələn il yeni təqaüd təsis ediləcək

İrandan “Bakıya Xəzərdən hücum” MESAJI

"Laçında bərpa işləri sürətlə davam edir"

Erməni silahlılar Qarabağdakı mövqelərimizi atəşə tutdular

“Madrigal” Bakıya gəlir