"Rusiyanın bu istədiyi münaqişənin uzanması və əlavə problemlərin yaranması deməkdir"

17:56 04-11-2022 | icon 311 | Siyasət
"Rusiyanın bu istədiyi münaqişənin uzanması və əlavə problemlərin yaranması deməkdir"

Zəlimxan Məmmədli: "Rusiyanın təşəbbüsü ilə keçirilən görüşlərin heç bir əhəmiyyəti ola bilməz"

 

Rusiya Azərbaycan və Ermənistan arasında üçtərəfli parlamentlərarası görüş keçirəcək. Qeyd edək ki, Azərbaycan və Ermənistan arasında etimadın möhkəmləndirilməsi məqsədilə üçtərəfli parlamentlərarası görüşlərin keçirilməsinin vacibliyi  oktyabrın 31-də Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında aparılan danışıqların nəticəsində qəbul edilmiş üçtərəfli bəyanatda yer alıb. Danışıqların noyabr ayında Rusiyada baş tutacağı bildirilib.

 

Üçtərəfli sazişə görə erməni silahlıları Qarabağdan çıxarılmırsa, rus sülhməramlıları bu istiqamətdə ermənilərə təsir göstərmirsə, Parlament nümayəndlərinin görüşü tərəflər arasında etimadı necə möhkəmləndirə bilər?

 

Siyasi şərhçi Zəlimxan Məmmədli hafta.az-a açıqlamasında bildirib ki, bölgədə Ermənistan dövlətinin qurulması, Azərbaycan üçün "Qarabağ" probleminin yaradılması, ona əlahiddə statusun verilməsi, separatçıların bölgəyə yetişdirilib Azərbaycanın üstünə salınması və digər naqisliklərin müəllifi Rusiya olduğu üçün onun təşəbbüsü ilə keçirilən görüşlərin heç bir əhəmiyyəti ola bilməz:

 

"Rusiya üçün Qarabağda sülhün yaranması hər hansı bir formada maraqlı deyil. Rusiyanın maraqları Ermənistanı himayə edib və Azərbayacanı inkişaf yolundan ləngitməkdən keçir. Bu konsepsiyadan da imtina etməyib. Bu gün Rusiyanın Ermənistandakı səfirinin "status məsələsini gələcəkdə müzakirə edə bilərik" deməsi məlum mövqeni bir daha isbat edir. Rusiya gərginliyin qalmasında maraqlıdır". 

 

Z.Məmmədli hesab edir ki, indiki zamanda "Qərb variantı"   Azərbaycanın suveren hüquqularının, ərazi bütövlüyüyün tanınmasını və iki dövlət arasında fundamental sülh sazişinin imzalanmasını diqtə edir:

 

“Bu sülh variantı  həll olunsa, Rusiyann Azərbaycanda, Ermənistanda təsir imkanları minimuma endirilir. Yəni Qafqazda siyasi diversiya varlığını itirmiş olur. Ona görə də Rusiya tərəfindən verilən hər hansı versiya - QHT, parlament üzvlərinin üçtərəfli görüşləri və sair təşəbbüslərin hər biri problemin  həllinə yox, Rusiyanın bölgədə hakim mövqeyinə xidmətdən başqa bir şey olmayacaq. Çünki Rusiya qonşuları ilə aqressiya, zor dilində, hiylə ilə danışır. Beynəlxalq hüquq saymır. Azərbaycan daxilində ermənilərə respublika qurmaq üçün  fədakarlıq edir. Ona görə də Azərbaycan öz gücünə, qardaş Türkiyəyə, beynəlxalq hüquqa arxalanaraq ikitərəfli sülh sazişinin bağlanması ilə bağlı fədakarlıq etməlidir. Rusiyanın Azərbaycanla Ermənistan arasında yaratmaq istədiyi etimat mühiti daha çox münaqişənin uzanması, əlavə şəhidlərin verilməsi deməkdir". /hafta.az/

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

7 yaşında “Bu torpağın yolunda Torpağa dönmək gərək” şerini söylədi, 19 yaşında torpağa dönüb, Vətən oldu...

"Üzvlərin sayı partiyanın fəaliyyətinə təsir etməməlidir"

"İllər boyu İsraillə bağlı dediklərim bu gün gerçəkləşdi"

Məmur həbsləri GÖZLƏNİLİR

Bu xəstəlik bəzən əlamətsiz də başlaya bilər

Paşinyanın “Çərçivə sazişi”, yoxsa sülhü pozma cəhdi

Diaspor Komitəsindən dünya azərbaycanlılarına MÜRACİƏT

“Orion” Ay ətrafında dövr etdi

6 il sonra Bakıda konsert verdi

Avropada daha bir müharibə - TƏHLİL

Rusiya çökür... Naxçıvan blokadadan çıxır... - VİDEO

Bakıya 12 metrlik avtobuslar gətirildi

Siyasi partiyalardan qanunun yeni redaksiyasına VS münasibət

 

Sağlamlıq məhdudiyyətli şəxslərin əl işləri sərgiləndi

Müharibə yenidən başlayır?