"Ermənistanın ərazisində Qazaxdan İrəvana qədər bufer zona yaratmalıyıq"

18:01 04-11-2022 | icon 227 | Siyasət
"Ermənistanın ərazisində Qazaxdan İrəvana qədər bufer zona yaratmalıyıq"

Emin Həsənli: "Belə davam etsə, Laçın dəhlizini bağlayacaq, o ərazilərdə təmizləmə aparacağıq"

 

Bu gün erməni hərbçiləri yenə Kəlbəcərlə sərhəddə atəşkəsi pozur. Rusiyadan "imtina" edib Qarabağa gəlib orada yerləşən milyarder Vardanyan Azərtbaycanı müharibə ilə təhdid edir. Bir tərəfdən də Qarabağda aksiya keçirən ermənilər sülhməramlılartın ölkədə qalmasını təkid edirlər. Bəllidir ki, erməni separatçıların və Qarabağa edilən istənilən qeyri-qanuni səfərlər Laçın Dəhlizi vasitəsi ilə baş verir. Erməni silahlıları ərazilərimizdən çıxarılmırsa, Qarabağda istənilən cinayətlərə və təxribatlara yol verirlərsə, müharibə ritorikasından əl çəkmirsə, cavab nə olmalıdır. Yaud mövcud vəziyyət nədən xəbər verir?

 

Versus.Az xəbər verir ki, bu istiqamətdə açıqlama verən hərbi ekspert Emin Həsənli bildirib ki, 44 günlük vətən müharibəsindən sonra hər kəs düşünürdü ki, ermənilər bundan bir nəticə çıxaracaqlar.

 

Onun sözlərinə görə, mətniqlə ordusu darmadağın edilmiş, müharibədə məğlubiyyətə uğramış, iqtisadiyyatı böyük zərbə görmüş, kifayət qədər canlı qüvvəsini itirmiş işğalçı ölkə nəhayət ağlını başına yığıb separatçı siyasətindən əl çəkəcək:

 

"Amma görünən odur ki, onlar öz mənfur niyyətlərinən əl çəkmirlər. Çünki ermənilər tarix boyu Azərbaycana qarşı cinayətlər törədiblər. Soyqırım, işğal, separatizm, terror fəaliyyəti bu millətin həyatının ana istiqamətidir və bu siyasətin həyata keçirilməsində zaman - zaman Çar Rusiyası, bolşevik Rusya, Fransa, İran, ABŞ ermənilərə dəstək olublar. Təəssüf ki, ermənilər dəmir yumruqdan nəticə çıxartmadı".

 

E.Həsənli bunun həllinin bir yolu var. O, bəyan edib ki, Ermənistanın ərazisində Qazaxdan İrəvana qədər bufer zona yaratmalıyıq:

 

"Necə ki, bu zonanı qardaş Türkiyə Suriya ərazisində yaradıb.  Əgər ermənilər bu 25-30 kim bufer zonasında da sakit durmasalar, o zaman ermənilər 1828-ci  ildə hardan bölgəyə gəliblərsə, həmin yerə də qayıtmalıdırlar. Qarabağda yaşayan bir ovuc erməni separatizmə alət olurlar,  onlar ağıllarını başlarına yığıb ya Azərbaycan vətəndaşı kimi qalıb yaşamalıdırlar. ya da ki, 40-50 kilometr o tərəfə keçib Ermənistsnda yaşamalıdırlar. Onlar zamanında bir dəfə Azərbaycan torpqlarında Ermənistan dövləti yaradıblar və belə davam edərsə onun da mövcudluğu sual altındadır. İndi 21-ci əsrdir, indi güclü, müstəqil Azərbaycan dövləti var, onun Türkiyə kimi qardaş dövləti, Pakistan kimi müttəfiqi var. Ya ağıllarını başlarına yığıb Türkiyə-Azərbaycanla normal qonşu kimi yaşayacaqlar, ya da bölgədən rədd olub gedəcəklər. Başqa alternativ yoxdur".

 

Hərbi ekspert hesab edir ki, ermənilərin 100 illər boyu bölgəyə gətirdiyi qan-qada sonsuza qədər gedə bilməz. Ermənilərin üçtərəfli sazişin şərtlərinə əməl etmədiyini bildirən ekspert, sülhməramlıların da bu bəyanatın öhtəliklərini yerinə yetirmədiyini təəssüflə deyib:

 

"Bir çox halda sülhməramlılar erməni separatçıların bayrağı altında otururlar. Azərbaycan yüklərini "erməni milisi" adı ilə yoxlamaqla qanunsuz əməllər həyata keçirirlər. Arzuolunmaz şəxslər də Qarabağa sərbəst şəkildə gəlib gedirlər. Bu belə davam edə bilməz. Necə ki, uzun illər Azərbaycan dövləti Ermənistanı atəşkəsə, işğaldan əl çəkməyə dəvət etdi və sonda 44 günlük müharibə ilə torpaqlarını azad etdi, bir gün də Laçın dəhlizinə nəzarəti ələ alıb dəhlizi bağlayacaq. Rusiya sülhmərmlıları da bu işdə Azərbaycan dövlətinə dəstək olmalıdır. Əks halda bölgəni tərk etməlidir. Azərbaycan orda pasport qeydiyyatı aparacaq, kim yaşayır, kim var. 91-ci ilə qədər hansı Azərbaycan vətəndaşları var, onıar Azərbaycan üçün hansı təhlükni yaradıblar, məqsədləri nədir. Normal vətəndaş kmi yaşamaq istəyənlər qalacaq, qalan müəyyən separatçılarla əlaqəsi olan, cinayətlər törədən ermənilər çıxarılacaqdır. Azərbaycan silahlı qüvvələrinin gücü imkan verir ki, orda əmliyyatlar keçririb təmizləmə işi aparsınlar. bu da mütləq olacaqdır”. /hafta.az/

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Vahid Hacıyev QDF-in donorları ilə görüşüb

Ağız yaralarından qurtulmaq MÜMKÜNDÜR

Fuad Əliyevdən QƏTİ ETİRAZ

"Amma ermənilər Şuşaya, Kəlbəcərə atəş açanda ruslar susurlar"

"Şükür ki, Azərbaycan tərəfindən sülhməramlıların mandatı imzalanmayıb"

"Müddət 5 ildən artıq uzadılsa, onların daha ağır düşmən hərəkətlərini görə bilərik"

“Azadlıq fədaisi”nin növbəti mükafatçısı - SORĞUYA START

“Azərbaycan düşmənin layiqli cavabını vermək gücünü özündə saxlayır”

Prezidentdən mühüm mesajlar – TƏHLİL

"Rusiyanın da, Ermənistanın da müdaxilələrini sıfırlamalıdır"

"Bu gün Ermənistan narahat olmalıdır"

Gələn il yeni təqaüd təsis ediləcək

İrandan “Bakıya Xəzərdən hücum” MESAJI

"Laçında bərpa işləri sürətlə davam edir"

Erməni silahlılar Qarabağdakı mövqelərimizi atəşə tutdular