AKP-nin Zəfər Günü ilə bağlı BƏYANATI

10:50 07-11-2022 | icon 145 | Siyasət
AKP-nin Zəfər Günü ilə bağlı BƏYANATI

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi Zəfər Gününün ikinci ildönümü ilə bağlı Bəyanat yayıb.

 

Versus.Az xəbər verir ki, bəyanatda deyilir:

 

"30 ilə yaxın bir dövrdə işğal altında olan torpaqlarımızın azad olunmasında misilsiz qəhrəmanlıq göstərmiş Azərbaycan əsgəri bu gün qürurla başını dik tutaraq, 10 noyabr 2022-ci il tarixində əldə etmiş olduğu qələbənin növbəti ildönümünü böyük ruh yüksəkliyi ilə qeyd edir.

 

Bu qələbənin qazanılmasında AR Prezidenti, Azərbaycan Hərbi Qüvvələrinin Ali Baş Komandanı yoldaş İlham Əliyevin əvəzsiz xidmətləri var. Məhz onun apardığı ardıcıl və qətiyyətli siyasətin nəticəsində Azərbaycan, dövlətçilik tarixində ilk dəfə olaraq istər hərb sahəsində, istərsə də diplomatik sahədə şərəfli bir qələbəyə imza atdı. Bu qələbədən narahat olan qüvvələr, xüsusi ilə də bəzi Qərb dövlətləri və müxtəlif beynəlxalq təşkilatlar ədalətsiz olaraq Azərbaycan Respublikasının ünvanına hədyanlar söyləməklə, onun zəfər savaşında qazanmış olduğu qələbəyə kölgə salmağa çalışırlar. Lakin heç kim unutmamalıdır ki, Azərbaycan xalqı Vətən üçün lazım olan məqamda bir bayraq altında birləşməyi bacarır.

 

Yuxarıda qeyd olunanları nəzərə alaraq, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi Azərbaycan xalqını, Respublikada fəaliyyət göstərən bütün siyasi partiyaları və ictimai təşkilatları 44 günlük Vətən müharibəsində qazanılmış qələbənin növbəti ildönümü münasibətilə səmimi qəlbdən təbrik edir və onları Azərbaycan dövlətçiliyi naminə Respublika silahlı qüvvələrinin Ali Baş Komandanının ətrafında bir yumruq kimi birləşməyə çağırır".

 

PƏRİ
Versus.Az 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Laçında bərpa işləri sürətlə davam edir"

Bakıya meydan oxuyan “sülhməramlılar”

DTX-nın NAXÇIVAN ƏMƏLİYYATI

Laçında məhv edilən erməni postundan GÖRÜNTÜLƏR

Fransızlar və amerikalılar ATƏT-in Minsk qrupunu dəfn etdilər

İranın anti-Azərbaycan xarakterli hərəkətləri

Əlisa Nicata maliyyə yardımı göstəriləcək

Fransa öz keçmişi ilə üzləşməli, bəşəriyyətdən üzr istəməlidir

İlk qar da yağdı

“Şuşa ili”nə həsr olunan “270-ci səhifə” - SƏNƏDLİ FİLM

Bəzi deputatlara yeni vəzifə veriləcək

Saakaşvili siyasətdən getdi

Ev alarkən geri qaytarılan min manatlar

Məktəbdə istilik problemi

Türkcə qabiliyyət imtahanına (TYS) start verilib