Hüquqşünaslar NATO-nu məhkəməyə verdilər

08:17 08-11-2022 | icon 152 | Dünya
Hüquqşünaslar NATO-nu məhkəməyə verdilər

Serbiyalı hüquqşünas Srcan Aleksiçin rəhbərlik etdiyi vəkillər qrupu 1999-cu ildə keçmiş Yuqoslaviyanın tükənmiş uranla bombardmanına görə NATO-nu məhkəməyə verib.

 

O bildirib ki, NATO-dan 100 min avro ilə 300 min avro arasında dəyişən təzminat tələbi ilə Belqrad Ali Məhkəməsində beş iddia qaldırılıb.

 

Vəkilin sözlərinə görə, iddialar üzrə ilk dinləmələrin ilin sonuna təyin edilməsi gözlənilir və daha 20 belə iddia hazırlanır.

 

Aleksiç vurğulayıb ki, Serbiya sakinlərinin də məhkəməyə müraciət etmək hüququ var və bunun üçün tibbi sənədləri toplamaq lazımdır.

 

“NATO-nu xərçəngdən əziyyət çəkən vətəndaşlar və alyansın 1999-cu ildə Serbiyanın bombalanmasında istifadə etdiyi tükənmiş uranın təsirinə birbaşa məruz qaldıqdan sonra xəstəlikdən ölənlərin ailələri məhkəməyə verib”, - Aleksiç əlavə edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Laçında bərpa işləri sürətlə davam edir"

Bakıya meydan oxuyan “sülhməramlılar”

DTX-nın NAXÇIVAN ƏMƏLİYYATI

Laçında məhv edilən erməni postundan GÖRÜNTÜLƏR

Fransızlar və amerikalılar ATƏT-in Minsk qrupunu dəfn etdilər

İranın anti-Azərbaycan xarakterli hərəkətləri

Fransa öz keçmişi ilə üzləşməli, bəşəriyyətdən üzr istəməlidir

Əlisa Nicata maliyyə yardımı göstəriləcək

İlk qar da yağdı

“Şuşa ili”nə həsr olunan “270-ci səhifə” - SƏNƏDLİ FİLM

Bəzi deputatlara yeni vəzifə veriləcək

Saakaşvili siyasətdən getdi

Ev alarkən geri qaytarılan min manatlar

Türkcə qabiliyyət imtahanına (TYS) start verilib

Məktəbdə istilik problemi