Ölülər Günü

09:25 08-11-2022 | icon 164 | Maraqlı
Ölülər Günü

Dünyanın ən maraqlı festivalı

 

Hər il oktyabrın sonunda Meksikada asteklərdən qalma çox qəribə festival keçirilir. Ölülər Günü (Dia de Muertos) adlanan festivalda insanlar skelet təsvirləri olan qorxulu geyimlər geyinirlər. Lakin Helloindən fərqli olaraq bu festivalın məqsədi qorxutmaq deyil, ölənləri sevinclə yad etməkdir.

 

Bu il oktyabrın 31-dən noyabrın 2-dək qeyd olunan festival bütün Meksikada, xüsusən də paytaxt Mexiko şəhərində rəngarəng səhnələrin şahidi olub. Ölənlərin sevinclə yad edilməsi və xatirələrini yaşatmaq məqsədilə təşkil edilən festivalın rəsmi açılışı oktyabrın 31-də keçirilən paradla başlayıb. Daha sonra yaşlı-kiçik, qadın-kişi hər kəs öz rəngarəng geyimləri ilə küçələri doldurub.

 

 

Ölülər günündə qayıtdığına inanılan ruhlar üçün qohumları tərəfindən bir çox yerdə “ofrenda” adlı qurbangahlar qurulur. Mərhumun sağ ikən sevdiyi yeməklər, içkilər, əşyalar, ailə fotoşəkilləri, çiçəklər və ətirlər qurbangahlara qoyulur. Bundan əlavə, qurbangahların üzərinə mərhumun adı yazılmış şəkər kəllələri də qoyulur.

 

Qeydetmələr çərçivəsində qəbiristanlıqlar da rəngli görüntülərə səhnə olur. Meksikalılar sevdiklərinin məzarlarını şam və çiçəklərlə bəzəyirlər. Gətirdikləri yeməklərlə piknik təşkil olunur. Yerli incəsənət ustaları mahnılar oxuyur, rəqs nömrələri nümayiş olunur. Bəziləri hətta qəbiristanlıqda gecələyir.

 

Qeyd edək ki, bu bayram 2008-ci ildə YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edib.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Laçında bərpa işləri sürətlə davam edir"

Bakıya meydan oxuyan “sülhməramlılar”

DTX-nın NAXÇIVAN ƏMƏLİYYATI

Laçında məhv edilən erməni postundan GÖRÜNTÜLƏR

Fransızlar və amerikalılar ATƏT-in Minsk qrupunu dəfn etdilər

İranın anti-Azərbaycan xarakterli hərəkətləri

Əlisa Nicata maliyyə yardımı göstəriləcək

Fransa öz keçmişi ilə üzləşməli, bəşəriyyətdən üzr istəməlidir

İlk qar da yağdı

“Şuşa ili”nə həsr olunan “270-ci səhifə” - SƏNƏDLİ FİLM

Bəzi deputatlara yeni vəzifə veriləcək

Saakaşvili siyasətdən getdi

Ev alarkən geri qaytarılan min manatlar

Türkcə qabiliyyət imtahanına (TYS) start verilib

Məktəbdə istilik problemi