Zəfər kimi Zəfər: 8 Noyabr

12:07 08-11-2022 | icon 188 | Siyasət
Zəfər kimi Zəfər: 8 Noyabr

Bu adi zəfər deyil – 30 illik işğala 44 gün kimi qısa müddətdə son verilib


QƏNİRƏ PAŞAYEVA

/Milli Məclisdə Mədəniyyət Komitəsinin sədri/

 

Tarixi Zəfərimizin ikinci ildönümünü bayram edirik. Niyə hər dəfə Zəfər böyük hərflə yazır, qarşısında da tarixi təyinini, müəyyənliyini vurğulayırıq? – Çünki bu adi zəfər deyil –30 illik işğala 44 gün kimi qısa müddətdə son verilib. Özü də, yalnız 30 illik deyil, 100 illik, hətta 200 illik bədnam gedişata “Dur!” deyilib, Xocalı Soyqırımına, Qardağalı, Bağanis-Ayrım və digər soyqırım aktlarına məruz qalmış bir xalqın, ölkənin elə bir zəfərə ehtiyacı, haqqı vardı ki, o mütləq olmalıydı – necə ki oldu! – Bu, bizim olmazsa, olmaz Zəfərimzidir! XXI yüzildə dünya faşizminin, terrorçuluğunun əsas təmsilçisi olan Ermənistana, dünya erməniliyinə və havadarlarına tarixi dərs verilib, Elə bir zəfərdən danışırıq ki, o zəfər yalnız bir xalqa deyil, bölgəyə, Türk dünyasına, Avrasiyaya, bir çox anlamlarda bütün tərəqqipərvər bəşərəiyyətə xidmət edib.

 

Sizcə, faşizm yalnız ona məruz qalan xalqa, ölkəyəmi tətbiq olunub? – Faşizmin başı əzilməsə, o, parazitlər kimi çoxalmağa, qanqal kimi hər yerdə toxumlamağa, xərçəng kimi yayılmağa başlardı. Və yalnız Zəngəzur Dəhlizinin açılması ilə bağlı Ermənistanın üzərinə götürdüyü öhdəliyi yada salmaq yetərlidir ki, Türk dünyasının yeni vizyonunu təsəvvür etmiş olaq. Habelə, Orta Asiyadakı qardaşlarımızın bizim Zəfərimizi özləri üçün istinadgah saymaları, ürəkli davranışları, cəsarətli addımları da təsadüf əsəri deyil, təbii. Bəs bu qədər anlamlar, gözəlliklər, məziyyətlər yüklənmiş Zəfərədək nə işlər görülmüş, nələr edilmişdi? – Əlbəttə, torpaqlarımızın qurtuluşu, ərazi bütövlüyümüzün bərpa olunması bütün dövrlərdə Prezident, Ali Baş Komandan İlham Əliyevin dövlət siyasətində mütləq üstünlük verdiyi ən önəmli xətt olmuşdur. Bəli, 44 günlük müharibəyədək atılmış addımlar, qəbul olunmuş qərarlar torpaqlarımızın işğaldan qurtuluşuna xidmət edib. Prezident, Ali Baş Komandan İlham Əliyevin titanik səylərinin sonucunda xalqımız bütün dünyada haqq-ədalətin bərpası uğrunda dönməz mübariz – müzəffər xalq kimi tanındı. Yəni müharibəyədək qazanılan – özü də bütün istiqamətlərdə qazanılan uğurların, başarıların ən əsas hədəfi işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi, Azərbaycan Respublikasının dövlət sınırları boyunca müqəddəs bayrağımızın ucaldılması idi!

 

44 günlük müharibədə qazanılmış tarixi Zəfər təsirləri hər bir əməli çalışma sahəsində hiss edilən güclü ordu quruculuğu siyasətinin, iqtisadi inkişafın təntənəsəiydi. Uzun illər içində Azərbaycan dövləti danışıqlar masasında qətiyyət göstərməklə yanaşı, qüdrətli ordu quruculuğunu, silahlı qüvvələrin gücləndirilməsini də davam etdiriridi. Neçə illərdir, dövlətimizin büdcə xərclərinin əsasını məhz hərbi xərclər təşkil edir. Ali Baş Komandan, Prezident İlham Əliyevin Ordunun döyüş qabiliyyətinin möhkəmləndirilməsi, çağdaş silah-sursat, texnika ilə təchizat məsələləri və təbii, hərbçilərimizin sosial məişət şəraiti ilə bərabər, onların ovqatının, inamının yüksət tutulması təmin edildi. Özəlliklə vurğulayaq ki, yalnız bir ölkədən asılı olmamaqçün zəruri hərbi texnika bir çox ərqli mənbələrdən alınıb. Və 44 günlük müharibə bir daha göstərdi ki, respublikamızda silahlanma siyasəti düzgün aparılıb. Bir daha sübut olundu ki, bizim başımızın altına “ATƏT-in Minsk qrupu” adlı balınc qoymaq istəyənlərin qəbul etdirmək istədiyi qəbuledilməz siyasətə inad, yeganə düzgün yol – hərbi-siyasi yoldur! Müzəffər Ali Baş Komandan İlham Əliyev Xalqa müraciətlərində, şəhid ailələri, yaralı qazilər və dağıdılmış şəhərlərimizin yenidən təməlqoyma törənlərində, habelə doğma yurda ilk köçən vətəndaşlarımızla (keçmiş məcburi köçkünlərlə) görüşlərdə bu məqamı dəfələrlə vurğulayıb. Başqa nələri vurulamalıyıq? – Məsələn, iqtisadi inkişaf amilini özəlliklə qeyd etməliyik. Vətən müharibəsi göstərdi ki, məhz bu amil ölkəmizin gücünə güc qatdı, Zəfərimizi tarixi gerçəkliyə çevirdi. Budur, bütün regional layihələrdən təcrid olunmuş “dalan Ermənistan”dan fərqli olaraq, Azərbaycan transmilli layihələrlə regionda tamami ilə yeni mənzərə yaratmışdır. Məhz Azərbaycan Respublikası regionun enerji xəritəsini, nəqliyyat xəritəsini yenidən tərtib etdi. Bizim ölkənin təşəbbüsləri yalnız öz xalqımızın, öz ölkəmizin deyil, bir çox ölkələrin, o cümlədən region ölkələrinin maraqlarına cavab verir. Bu isə respublikamızın regional və beynəlxalq nüfuzunu gücləndir. O başqa məsələ ki, “dalan Ermənistan” və bəzi digər “ermənizədə dövlətlər” hikkələri, iddiaları ucbatından, bir növ öz əleyhinə gedərək, bizim təşəbbüskarı, ideya müəllifi yaxud əsas təşkilatçısı olduğumuz layihələri bloklamağa çalışır – bu da, keçici xarakter daşıyır, çünki ədalətə, iqtisadi reallıqlara və beynəlxalq hüquqa söykənmir...

 

Azərbaycan Respublikası ötən illər içində beynəlxalq təşkilatlarla sıx işbirliyi içində olaraq, Ermənistanın işğalçılıq siyasətinin dəf olunması, məhz beynəlxalq hüquq normalarının bərqərar edilməsi üçün çalışdı və bu, tarixi əks-hücum qərarının verilməsi və ədalətin bərpası üçün zəmin yaratdı. Azərbaycan uzun illər boyunca bütün aparıcı beynəlxalq təşkilatlarla işbirliyi içində olub, ən ədalətli həll üçün hüquqi baza hazırlayıb. BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Türk Şurası, digər təşkilatlar müvafiq qətnamələr qəbul edib. Avropa Birliyi ilə paraflanmış sənəddə sınırlarımızın toxunulmazlığına, suverenliyimizə və ölkəmizin ərazi bütövlüyünə dəstək göstərilib. – Bax, bütün bunlar mövcud problemin həlli üçün hüquqi əsaslar kimi çıxış etdi. Amma və lakin: 30 il davam edən beynəlxalq riyakarlıqlarla da üz-üzə qaldıq – bu isə tarixi ədalətin bərpa olunması üçün hərbi gücdən istifadəni qaçınılmaz qıldı. Keçmiş deyilişlə, “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi”nin nizamlanması üçün ATƏT-in Minsk Qrupu özünün uzun illər boyu davam etmiş fəaliyyəti ərzində məsələnin həllinə yox, faktiki olaraq, onun dondurulmasına çalışmış, bununla da yorucu (faktiki səmərsiz) danışıqlar sonucsuz qalmışdı. Fikir verin: işğalçı ilə işğala məruz qalmış tərəfə eyni münasibət bəslənməsi nə demək idi?! – Elə ona görə də, beynəlxalq qətnamələr kağız üzərində qalırdı. Ta ki, Azərbaycan dövləti, dövlət başçısının siyasi iradəsi, dövlət-xalq birliyi öz tarixi sözünü deyib, öz tarixi əyarını göstərənədək!

 

Bəli, müharibə qaçınılmaz oldu. Ölkəmizə, xalqımıza qarşı düşmənçilik və etnik dözümsüzlük siyasəti 200 ildən çox davam etmiş, son 30 ildə öz epgeyinə çatmışdı. Hələ çar Rusiyası dönəmində, müxtəlif ölkələrin ərazisindən əzəli, əbədi Azərbaycan torpağı Qarabağa köçürülən ermənilər, elə o vaxtdan başlayaraq bu günədək təxribatlarla, separatizmlə, terroçuluqla, qan-qada ilə, riya-yalanla uğraşdı. Sovet dönəmi çar dönəmindən heç də yaxşı olmazdı: tarixi Azərbaycan torpaqları əsassız qərarlarla Ermənistana peşkəaş edildi... Bundan öncə, İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda on minlərlə dinc azərbaycanlı soyqırımına məruz qaldı, yaşadıqları yerlərdən qovuldu, onlara işgəncələr verildi, yüzlərlə yaşayış məntəqəsi dağıdıldı... Belə siyasət bir qədər pərdələnmiş şəkildə, Sovet illərində “kolxoçuların köçürülməsi” və s. “əsaslandırmalar”la davam etdirildi, Qərbi Azərbaycan azərbaycansızlaşdırlmağa başlandı... Və nəhayıt XX yüzilin 90-cı illəri! – Getsin gəlməsin! – Şəhər və rayonlarımızın işğalının acı fəsadları bir məqaləyə sığacaq deyil... Azərbaycan Respublikasında elə bir nəsil, ailə varmı Ermənistanın işğalının acı sonuclarını özünün, doğmalarının üzərində, həyatında hiss etməmiş olsun?.. 4 günlük Tovuz döyüşlərindən sonra da ağıllanmayan Ermənistanın 2020-ci il 27 sentyabr tarixli təxribatları bardağı daşıran son damla oldu! Artıq gözləmə, dözüm limiti tükənmişdi, Azərbaycan xalqı tarixi “İrəli” Əmrini gözləyirdi. Tarixi Zəfəri üç on il boyu gözləyən xalq, Ali Baş Komandanın Əmrini gözləyirdi! Və o Əmr verildi! – Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verildi! O mübarək Əmr yeni dönəmin müjdəçisi, qapanmalı dönəminsə qapanmasının müjdəçisi oldu!

 

Müharibənin gedişatı haqqında, iki il içində çox yazılıb, çox danışılıb, ömrü boyu da yazılacaq, danışılacaq! Müharibədəki qeyri-adi qəhrəmanlıqlar, aslan oğulların göstərdiyi şücaət, bir gün belə geri çəkilməyən, bir əsgəri belə döyüşdən qaçmayan ordudan, ölkədən, dövlətdən, xalqdan danışırıq! Dövlət-Xalq, Xalq-Ordu birliyi unikal hadisələrdi! Müharibənin, Zəfərin rəmzi olan Dəmir Yumruq həm də xqlızımın birliyini, dəmir iradəsini simvoıizə edir! Xalq öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirdi! Onminlərlə vətəndaşımızın orduya könüllü yazılması, eləcə də, təxribatlar zamanı əhalinin öz ev-eşiyini tərk etməməsi, bir sözlə, xaricdən heç nə, heç kim tərəfindən qorxu ilə, pozuculuqla, təxribatla nəyəsə nail olmaq cəhdi alınmadı! Beləliklə, olanlar oldu, Azərbaycan haqq etdiyi Zəfərə imza atdı! Çünki işimiz haqq işi idi! Şünki biz ədaləti bərpa etdik! Çünki biz müharibədə qızıl ləyaqət göstərdik! Şanlı Ordumuz 27 sentyabr 2020-ci ildə başladığı uğurlu əks-hücum əməliyyatı sonucunda (9 noyabradək) 5 şəhər, 4 qəsəbə, 286 kənd döyüşlər aparılaraq işğaldan azad edildi: Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut (Ağoğlan) qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri! Habelə, Laçın rayonunun 3 kəndi, Ağdərə və Murovdağ səmtlərində bir neçə strateji yüksəklk, Zəngilanda Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olundu! 10 noyabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidenti Üçtərəfli Bəyanata imza atdı. Bəyanata əsasən atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olundu. Bu Bəyanata əsasən Ermənistan 20 noyabrda Ağdamı, 25 noyabrda Kəlbəcəri, 1 dekabrda isə Laçını boşaltdı! Ermənistanın uzun illər davam etmiş ağır işğalına son qoyuldu.

 

Və əlbəttə, bu, bizə ilk gündən əvəzsiz mənəvi, siyasi-diplomatik dəstək göstərən əvəzsiz qardaşımız Türkiyə ilə bizim müşətərk qələbəmizdir! –“Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaqdır”. – İkinci Qarabağ müharibəsi zamanı Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deməsi Azərbaycana əlavə güc verdi! Bu günsə Şuşa Bəyannaməmiz var! Tarixi Şuşa Bəyannaməsini imzalayaraq Türkiyə və Azərbaycan rəsmən müttəfiqlik zirvəsinə ucaldı. Bu əvəzsiz müttəfiqlik özünü bütün əməli çalışma sahələrində, hər yerdə göstərir – siyasətdə, iqtisadi işbirliyində, enerji, iri nəqliyyat layihələrinin həyata keçirilməsində, mədəniyyətdə, təhsildə, ordu quruculuğu istiqamətində və s. göstərir. Qardaş ölkələrimizin dövlət başçılarının Zəfər paradını birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi ismarıc idi. Əsgərlərimizin Azadlıq meydanından çiyin-çiyinə keçməsi xalqlarımızın tarixində əbədi qalacaq qürurverici hadisədir. Bir sözlə, Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir.

 

Hərbçilərimizin qəhrəmanlığı, fədakarlığı, əziz şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Müxtəlif dairələrdən olan ardıcıl təzyiqlərə, təhdidlərə baxmayaraq, Azərbaycan öz haqq savaşında Zəfər çaldı. “Ermənistanın güclü ordusu var”, “erməni xalqı döyüşkən xalqdır” kimi miflərin sabun köpüyündən savayı bir şey olmadığı dəqiqliklə üzə çıxdı. Və sübut olundu ki, Azərbaycan yalnız “qalib” ədalı Ermənistana deyil, dünya erməniliyinə, Ermənistanın bütün havadarlarına zərbə vurub, onları məğlub etməyi bacarıb! Bu böyük uğurun, tarixi Zəfərin təminatçısı, qarantı olan Müzəffər Ordu və onun Ali Baş Komandanı İlham Əliyev xalqımızın, dövlətimizin, mədəniyyətimizin, ləyaqətimizin nələrə qadi olduğunu bütün dünyaya göstərdi! Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi sözlərini xatırlayaq: “Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Bizim azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq... Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik”.

 

DÖVLƏTİMİZ VAR OLSUN!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

7 yaşında “Bu torpağın yolunda Torpağa dönmək gərək” şerini söylədi, 19 yaşında torpağa dönüb, Vətən oldu...

"Üzvlərin sayı partiyanın fəaliyyətinə təsir etməməlidir"

"İllər boyu İsraillə bağlı dediklərim bu gün gerçəkləşdi"

Məmur həbsləri GÖZLƏNİLİR

Bu xəstəlik bəzən əlamətsiz də başlaya bilər

Paşinyanın “Çərçivə sazişi”, yoxsa sülhü pozma cəhdi

Diaspor Komitəsindən dünya azərbaycanlılarına MÜRACİƏT

“Orion” Ay ətrafında dövr etdi

6 il sonra Bakıda konsert verdi

Avropada daha bir müharibə - TƏHLİL

Rusiya çökür... Naxçıvan blokadadan çıxır... - VİDEO

Bakıya 12 metrlik avtobuslar gətirildi

Siyasi partiyalardan qanunun yeni redaksiyasına VS münasibət

 

Sağlamlıq məhdudiyyətli şəxslərin əl işləri sərgiləndi

Müharibə yenidən başlayır?