Zəfər günündə şəhid ailələri ilə görüş

12:29 08-11-2022 | icon 175 | Cəmiyyət
Zəfər günündə şəhid ailələri ilə görüş

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Zəfər Günü münasibəti ilə bir qrup şəhid ailəsi ilə görüşüb.

 

Versus.Az xəbər verir ki, görüşdə Mingəçevirdən olan şəhid anaları - Ruslan Cəfərlinin anası Tahirə Cəfərova, Nahid İbrahimzadənin anası Xalidə İbrahimova, Rüstəm Məmmədovun anası Aynur Məmmədova, Elcan Abbasovun anası Ulduz Abbasova, Əli Rzayevin anası Kəmalə Rzayeva, əslən Şuşadan olan şəhidimiz Əzəmi Hüseynovun bacısı Elnarə Hüseynova iştirak edib.

 

Qənirə Paşayeva şəhid ailələrini, şəhid analarını salamlayaraq, şəhidlərimiz kimi, onların ailə üzvlərinin də baş tacımız olduğunu vurğulayıb:

 

"Şəhidlərimizə də, onları yetişdirən ailələrə də daim borcluyuq və onlara olan borcumuz heç zaman ödənməyəcək, bitməyəcək. Bütün Azərbaycan xalqı öz şəhidləri ilə fəxr edir, qürur duyur. Ölkə rəhbərliyi, Azərbaycan dövləti şəhidlərə və onların ailələrinə daim həssas münasibət göstərir və ali dövlət rəhbərliyinin həssaslığı hər bir Millət vəkili üçün də örnəkdir. Qarşıdan Zəfər Bayrammız gəlir. Bu bayram münasibətilə təbriki ən çox sizlər haqq edirsiz. Sizlərin timsalında bütün şəhid ailələrimizi təbrik edir, qəhrəman şəhidlərimizin əziz ruhu qarşısında dərin ehtiramla baş əyirik".

 

Səhid ailələrini Zəfərimizin ikinci ildönümü münasibətilə ilə təbrik edən Qənirə Paşayeva, şəhid ailələrini, şəhid analarını bir-bir dinləyib, onları maraqlandıran məsələlərlə bağlı mövqeyini bölüşüb, həmin məsələlərin həlli istiqamətində aidiyyatı qurum və şəxslərlə əlaqə saxlayıb.

 

Görüşdən sonra Qənirə Paşayeva şəhid ailələrini, şəhid analarını Xətai Sənət Mərkəzində, onun təşəbbüsü ilə düzənlənən Zəfər Rəsm sərgisinə dəvət edib. Vətən müharibəsi qazisi Şamil Xabarovun xanımı - istədadli yeni nəsil rəssamı Elminaz Qəhrəmanova və fiziki imkanları məhdud gənc - istedadlı rəssam Ceyhun Ənvərzadənin sərgidə nümayiş olunan əsərlərindən bir neçəsi şəhid ailələrinə hədiyyə edilib. Şəhid ailələrinə, şəhid analarına Zəfər Bayramı münasibətilə həmçinin digər hədiyyələr də təqdim olunub.

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Vahid Hacıyev QDF-in donorları ilə görüşüb

Ağız yaralarından qurtulmaq MÜMKÜNDÜR

Fuad Əliyevdən QƏTİ ETİRAZ

“Azadlıq fədaisi”nin növbəti mükafatçısı - SORĞUYA START

“Azərbaycan düşmənin layiqli cavabını vermək gücünü özündə saxlayır”

"Bu gün Ermənistan narahat olmalıdır"

Gələn il yeni təqaüd təsis ediləcək

İrandan “Bakıya Xəzərdən hücum” MESAJI

"Laçında bərpa işləri sürətlə davam edir"

Erməni silahlılar Qarabağdakı mövqelərimizi atəşə tutdular

“Madrigal” Bakıya gəlir

 

Brüssel görüşündən imtina... -siyasilərdən birmənalı mövqe

Kəlbəcər, Laçın və Ağdamdakı mövqelərimiz ATƏŞƏ TUTULUB

DTX Naxçıvanda daha bir qurumda əməliyyata başladı

Şuşa könüllüləri Şuşa üçün hazırlaşırlar