ALDP sədrindən Dövlət Bayrağı günündə təbrik

09:08 09-11-2022 | icon 275 | Cəmiyyət
ALDP sədrindən Dövlət Bayrağı günündə təbrik

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Dövlət Bayrağı günü münasibətilə Azərbaycan xalqını təbrik etdi.

 

Versus.Az xəbər verir ki, təbrikdə deyilir:

 

"Əziz Xalqım!

9 noyabr 1918-ci ildə  Azərbaycan Demokratik Respublikasının ilk baş naziri Fətali xan Xoyski Milli Bayraq haqqında Nazirlər Kabinetinin qərarını imzaladı. Bayrağımızda olan üç rəngi - Türkçülük, İslamçılıq və Müasirlik ideyaları birləşdirdi. Hər bir millətin bayrağı onun milli kimliyinin, dilinin, mədəniyyətinin, dini-mənəvi əxlaqının, milli ideologiyasının ifadəsidir. Üç rənqli Bayrağımız Azərbaycan türk xalqının keçmişi, bu günü və gələcəyi öz əksini tapmışdır.

 

23 ay dalğalanan Milli bayrağımız  dünyada müstəqil ölkələr sırasında oldu. Milli Bayrağımızdan 70 il ayırlmasına baxmayaraq xalqın əziyyətlə əldə etmiş üçrəngli bayrağına sevgi və məhəbbəti az da olsa tükənmədi. Əksinə, bu illər boyu bu bayrağı yenidən yaşatmaq üçün mübariz olan minlərlə insan olub.

 

Bu mübariz qəhramanlar Vətənə, müstəqil Azərbaycana və Bayrağa sevgisini, məhəbətini mubarizə aparıb qoruyublar və bizlərə nəsib ediblər. Bu bayrağı, dövləti və müstəqilliyimizin qorunması uğrunda minlərlə şəhidimiz olub. 

Dövlət Bayraq günümüz mübarək olsun!

Tanrı əsgərlərimizi qorusun!"

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Laçında bərpa işləri sürətlə davam edir"

Bakıya meydan oxuyan “sülhməramlılar”

DTX-nın NAXÇIVAN ƏMƏLİYYATI

Laçında məhv edilən erməni postundan GÖRÜNTÜLƏR

Fransızlar və amerikalılar ATƏT-in Minsk qrupunu dəfn etdilər

İranın anti-Azərbaycan xarakterli hərəkətləri

Fransa öz keçmişi ilə üzləşməli, bəşəriyyətdən üzr istəməlidir

Əlisa Nicata maliyyə yardımı göstəriləcək

İlk qar da yağdı

“Şuşa ili”nə həsr olunan “270-ci səhifə” - SƏNƏDLİ FİLM

Bəzi deputatlara yeni vəzifə veriləcək

Saakaşvili siyasətdən getdi

Ev alarkən geri qaytarılan min manatlar

Məktəbdə istilik problemi

Türkcə qabiliyyət imtahanına (TYS) start verilib