“Son illər təhsil xərcləri 2 dəfə artıb”

16:29 10-11-2022 | icon 176 | Təhsil
“Son illər təhsil xərcləri 2 dəfə artıb”

“Son illər Azərbaycanın dövlət büdcəsində təhsil üçün nəzərdə tutulan xərclərdə təxminən 2 dəfə artım baş verib”.

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə, Mədəniyyət komitələrinin bu gün keçirilən birgə iclasında “2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin I oxunuşda müzakirəsində maliyyə naziri Samir Şərifov bildirib:

 

“Prezident İlham Əliyevin müəyyən etdiyi milli inkişaf prioritetlərindən biri məhz təhsil sahəsi ilə bağlıdır, yəni insan kapitalının inkişaf etdirilməsidir. Bu məqsəd üçün biz dövlət büdcəsindən vəsait ayırırıq. Son illər ərzində 2 dəfə artım baş verib və sosial-iqtisadi inkişaf strategiyasında da təhsil üçün ildən ilə daha çox vəsaitin ayrılması nəzərdə tutulur. Artımın böyük hissəsi əməkhaqlarının artırılması ilə bağlıdır. Bu da təbiidir. Çünki təhsil sahəsində çalışanların əməkhaqqı sisteminin təkmilləşdirilməsi, müəllimlərin ləyaqətli maaş alması vacib məsələlərdən biridir”. /Report/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Laçında bərpa işləri sürətlə davam edir"

Bakıya meydan oxuyan “sülhməramlılar”

DTX-nın NAXÇIVAN ƏMƏLİYYATI

Laçında məhv edilən erməni postundan GÖRÜNTÜLƏR

Fransızlar və amerikalılar ATƏT-in Minsk qrupunu dəfn etdilər

İranın anti-Azərbaycan xarakterli hərəkətləri

Fransa öz keçmişi ilə üzləşməli, bəşəriyyətdən üzr istəməlidir

Əlisa Nicata maliyyə yardımı göstəriləcək

İlk qar da yağdı

“Şuşa ili”nə həsr olunan “270-ci səhifə” - SƏNƏDLİ FİLM

Bəzi deputatlara yeni vəzifə veriləcək

Saakaşvili siyasətdən getdi

Ev alarkən geri qaytarılan min manatlar

Məktəbdə istilik problemi

Türkcə qabiliyyət imtahanına (TYS) start verilib