Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü rəsmən tanıyıb

10:50 11-11-2022 | icon 233 | Gündəm
Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü rəsmən tanıyıb

İkinci Qarabağ müharibəsinin başa çatmasından iki il keçməsinə baxmayaraq, Ermənistan sərhəddə hərbi təxribatlarını davam etdirir. Son olaraq sentyabr ayında Azərbaycan Silahlı Qüvvələri Ermənistanın hərbi təxribatının qarşısını almaq üçün qətiyyətli əks-hücum əməliyyatına başlamağa məcbur oldu.

 

Versus.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilən IX Zirvə Görüşündə çıxışı zamanı bildirib.

 

Dövlətimizin başçısı qeyd edib ki, Ermənistan dünya ictimai rəyini çaşdırmaq üçün əsassız olaraq Azərbaycanı hərbi təcavüzdə günahlandırmağa çalışır. Bu əsassız iddiaları qəti şəkildə rədd edirik. “Biz öz torpaqlarımızda vuruşmuşuq və Ermənistan ordusunu məğlub edərək onları əzəli torpaqlarımızdan qovmuşuq. Biz, bu gün də Azərbaycan-Ermənistan sərhədi istiqamətində öz doğma torpaqlarımızdayıq”, - deyə Azərbaycan Prezidenti qeyd edib.

 

Oktyabr ayında Praqada və Soçidə qəbul edilmiş birgə bəyanatlarda Azərbaycanın və Ermənistanın bir-birinin ərazi bütövlüyünü və suverenliyini rəsmən tanıdıqlarını vurğulayan dövlətimizin başçısı bildirib: “Bu, bir daha onu göstərir ki, Qarabağ münaqişəsi tarixdə qaldı”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Laçında bərpa işləri sürətlə davam edir"

Bakıya meydan oxuyan “sülhməramlılar”

DTX-nın NAXÇIVAN ƏMƏLİYYATI

Laçında məhv edilən erməni postundan GÖRÜNTÜLƏR

Fransızlar və amerikalılar ATƏT-in Minsk qrupunu dəfn etdilər

İranın anti-Azərbaycan xarakterli hərəkətləri

Əlisa Nicata maliyyə yardımı göstəriləcək

Fransa öz keçmişi ilə üzləşməli, bəşəriyyətdən üzr istəməlidir

İlk qar da yağdı

“Şuşa ili”nə həsr olunan “270-ci səhifə” - SƏNƏDLİ FİLM

Bəzi deputatlara yeni vəzifə veriləcək

Saakaşvili siyasətdən getdi

Ev alarkən geri qaytarılan min manatlar

Türkcə qabiliyyət imtahanına (TYS) start verilib

Məktəbdə istilik problemi