"O bəyanatdakı bütün bəndlər həyata keçiriləcək"

11:30 11-11-2022 | icon 233 | Siyasət
"O bəyanatdakı bütün bəndlər həyata keçiriləcək"

Ramil Hüseynov: “Azərbaycanın hədəfləri açıq bəllidir və Prezident bunu növbəti dəfə Şuşadan bəyan etdi”


“Ölkə başçısının Şuşadakı çıxışı onu göstərdi ki, üçtərəfli bəyanatda yazılan bütün müddüəlar hamısı həyata keçirdilməlidir. Orda bu barədə yumşaq xəbərdarlıq da olundu. Bəyan edildi ki, əgər öhtəliklər yerinə yetirilməsə, Azərbaycan yenə də lazımi addımları atacaq”.

 

Versus.Az xəbər verir ki, bunu Yeni Yol Partiyasının (YYP) sədri Ramil Hüseynov 2 ili tamam olan 10 noyabr bəyannaməsi və belə bir ərəfədə Prezidentin Şuşa şəhərindən verdiyi mesajı təhlil edərkən bildirib.

 

Partiya sədri qeyd edib ki, Azərbaycan 30 il erməni xisləti və onların havadarlarının nazı ilə oynayıb:

 

“Bu xalq təxribatlara dözdü, təmkin nümayiş etdirdi. Nəhayət bizim ordumuz gücləndi və lazm olan vaxtı, lazım olan məqamda  torpaqların azad olunması yonündə proseslərə başladı. Bunu dərk etməyən, anlamayan ermənilər və havadarları anlamalıdır ki, Dəmir yumruq yenə də var. Biz onu yenə də vura bilərik. Amma biz bölgdə sülhün tərəfdarıyıq. Bölgədə sülh olarsa, sosial-iqtisadi inkişaf baş verə bilər. Maraqlı qüvvələr prosesin tezliklə bitməsini istəmirlər. Amma bütün bunlara baxmayaraq Azərbaycan tərəfi o bəyanatda imzalanan bütün bəndlərin həyata keçirilməsi istiqamətdində addımlarını reallaşdıracaq”.

 

R.Hüseynov bildirib ki, Ermənistan üçtərəfli sazişə əməl etməkdənsə, əksinə bir qrup ermənini Xankəndiyə toplayaraq Azərbaycana qarşı aksiyalar keçirir, sərsəm iddilarla çıxış edirlər. Lakin sülhə gəlməyən Ermənistan nə qədər özünün havadarları tərəfindən dəstəklənsə də Azərbaycanın hədəfləri açıq bəllidir və Prezident bunu növbəti dəfə Şuşadan bəyan etdi.

 

Partiya sədri eyni zamanda qeyd edib ki, 10 noyabr sazişində göstərilən ən mühüm bəndlər özünün həllini tapmayıb. Və ölkə başçısı zaman-zaman bu məsələyə qəti mövqeyini bildirib:

 

“Ölkə başçısının Şuşada verdiyi mesajlara diqqət yetirsək görərik ki, diplomatiyamız ona uyğun qurulur. Ona görə də əminəm ki, Qarabağda münasibətlərin normallaşması və regionda sühün bərqərar edilməsi dövlətimizn və millətimizin maraqlarına uyğun sonlanacaq. Bu qətiyyətli addımlar, prinsipiallıq özünü göstərdi”.

 

R.Hüseynov üçtərəfli sazişin həyata keçirilməsində Rusiyanın hansı qətiyətli mövqe sərgiləməsinə birmənalı yanaşmayıb. O, bildirib ki, Rusiya heç vaxt Azərbaycanın maraqlarının qorunması istiqamətində addımlar atmayıb:

 

“Xocalı soyqırımında məhz erməni cəlladları ilə birlikdə Rusiyanın 366-cı alayı iştirak edib. Ondan öncəki illəri nəzərə alsaq Rusiyanın Azərbaycana qarşı münasibətləri heç vaxt müsbət olmayıb. Ölkəmiz Rusiyanın bu münasibətlərini dəyişdirmək üçün müəyyən addımlar atır. Qeyd edək ki, məhz Soçi görüşündə də Azərbaycanın prezidenti birmənalı şəkildə  bildirdi ki, Qarabağ danışıqlar mövzusu deyil. Bununla Rusiyaya birdəfəlik çatdırdı ki, biz burda imzalanan sənədə, imzamıza hörmət qoyaraq müəyyən addımları atdıq və siz də bu addımları atmalısız. O imzaya hörmət olaraq biz danışıqlarda sülhün yaranmasına nail olmağa çalışırıq.  Prinsipial mövqeyimiz odur ki, Xankəndində yaşayan ermənilər Azərbaycan vətəndaşlığını qəbul eləslər, qala bilərlər, istəməsələr gedə bilərlər. Rusiya konfliktin qalamasında əlindən gələni edirdi. Amma Azərbaycan ordusu, Azərbaycan diplomatiyası bu konflikti öz gücü ilə həll etdi. Növbəti gedişlərdə ehtiyac yaranarsa, biz üçtərəfli sazişin yerinə yetirilməsində də özümüz sərt addımlar atacağıq”.

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Laçında bərpa işləri sürətlə davam edir"

Bakıya meydan oxuyan “sülhməramlılar”

DTX-nın NAXÇIVAN ƏMƏLİYYATI

Laçında məhv edilən erməni postundan GÖRÜNTÜLƏR

Fransızlar və amerikalılar ATƏT-in Minsk qrupunu dəfn etdilər

İranın anti-Azərbaycan xarakterli hərəkətləri

Əlisa Nicata maliyyə yardımı göstəriləcək

Fransa öz keçmişi ilə üzləşməli, bəşəriyyətdən üzr istəməlidir

İlk qar da yağdı

“Şuşa ili”nə həsr olunan “270-ci səhifə” - SƏNƏDLİ FİLM

Bəzi deputatlara yeni vəzifə veriləcək

Saakaşvili siyasətdən getdi

Ev alarkən geri qaytarılan min manatlar

Türkcə qabiliyyət imtahanına (TYS) start verilib

Məktəbdə istilik problemi