Versus.az saytının redaktoru İraqda – ÖZƏL

17:27 22-01-2019 | icon 221 | Cəmiyyət
Versus.az saytının redaktoru İraqda – ÖZƏL

 

Versus.Az İnformasiya Agentliyinin redaktoru Ağanisə Sultanova İraqda səfərdədir.

 

Jurnalistimiz İraqda Səddam Hüseyn ərəfəsində bir çox hadisələrlə məhşurlaşan bölgələrdə olduğundan, burada maraqlı mənzərələrlə qarşılaşdığından xəbər verir.

Əməkdaşımız türkmən qardaşlarımızın həyatı, fəaliyyəti ilə yaxından tanış olub, ən müqəddəs yerləri – Kərbala və Nəcəfi ziyarət edib, millətimiz, dövlətimiz üçün dualar oxuyub.

 

A.Sultanova xəbər verir ki, İraqdakı savaş, terrorun nəticəsi hər addımda özünu göstərir. Buna baxmayaraq, insanlar yaşamaq, ayaqda qalmaq üçün çalışır, mücadilə edirlər.

 

Jurnalist lentə aldığı videogörüntülərlə Kazimiyyə səmtində və digər yerlərdə gordüklərini qisa fraqmentlərlə diqqətə çatdırır.  

Əməkdaşımız İSİD-in 2015-ci ildə yerlə yeksan etdiyi, dağıtdığı evlər, insanları edam edib, başlarını kəsib, həftələrlə ayaqlarından asıb, vəhşicəsinə nümayiş etdirdiyi Bəşir kəndindən reportaj hazırlayıb.

 

Jurnalist bildirir ki, bu gun həmin kənddə həyat yenidən davam edir və yerli əhali oz toprağına sevgisini onu yenidən dirçəltməklə nümayiş etdirir.

 

A.Sultanova İraqda Türkmənəli və Kərkükdə 10-larla əziz, dogma olan ailələri ziyarət etdiyini, Kərkükün ağıllı, gözəl gəncləri ilə görüşdən yazır.

 

Jurnalist eyni zamanda Türkmən Kardeşlik Ocağının Ümumi Mərkəzində çox dəyərli insanlarla görüşündən bəhs edir.

 

Əməkdaşımız İraqda bir sıra media orqanlarına, eləcə də radioya müsahibələr verərək türkmən elinə Azərbaycanda baş verən 20 yanvar, Xocalı faciələrini anladıb, torpaqlarımızın Ermənistan tərəfindən illərdir işğal altında saxlanıldığını faktlarla dilə gətirib.

 

A.Sultanovanın İraq səfəri davam edir. Tezliklə İraq səfəri, keçirdiyi görüşlər və təəssüratları ilə bağlı ətraflı məlumatlarla görüşünüzə gələcək.

 

Versus.Az-ın redaktoru Ağanisə Sultanovanın təqdimatında İraqda yaşayan türkmənlərin durumu, acı siyasətin doğurduğu fəsadlarla necə mücadilə etmələrindən siz də xəbərdar olacaqsınız.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qocalmadan problemi həll etmək istəyirsinizsə, mənim hakimiyyətə gəlməyimə sizlər də yardımçı olun” - MÜSAHİBƏ-3

MÜBARİZ MƏNSİMOVUN SUÇU

 

 

“Bu, düz bağırsaqda bədxassəli şişin yaranma riskini 9 % artırır”

Restoran və kafelərdə siqaret çəkənlərə ağlasığmaz CƏRİMƏ

Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi mərhələsi yekunlaşıb

AXH Qurultaya hazırlaşır

AXH: Hakimiyyətdən bu cür siyasətinə son qoymasını tələb edirik

5 addımda arıqlama

Kənddə qulyabani ovu: həmin “naməlum varlıq” bu dəfə Çiyni sakinlərini “təqib edir” - FOTO

Ermənilər mövqelərimizi atəşə tutdu

"Asma körpü"nün bərpasi ücün rayon rəhbərliyinə müraciət edirəm

Azərbaycanın hərbi qulluqçuları Moskvada mükafatlandırılıb

Qənirə Paşayeva Kamerun, Nigeriya və Konqonun qadın nazirləri ilə görüşüb

Millət vəkilinin tanınmış qadın siyasətçiləri, QHT, KİV, təşkilat rəhbərləri ilə görüşü davam edir

Ulu öndər Heydər Əliyevin yaxın dostu Osman Gezekerin ailəsi Azərbaycana təşəkkür etdi