“Mərmər soyuğu” filmi ardıcıl iki festivala qatılacaq

14:16 14-11-2022 | icon 120 | Film
“Mərmər soyuğu” filmi ardıcıl iki festivala qatılacaq

“Mərmər soyuğu” filminin qatılacağı növbəti festival məlum olub.

 

Versus.Az xəbər verir ki, rejissoru Asif Rüstəmov olan film Asiya premyerasını Beynəlxalq Hindistan film festivalında edəcək.

 

Sözügedən festival 20-28 noyabr tarixlərində baş tutacaq. Nüfuzlu festivallardan olan tədbirdə müsabiqə iştirakçıları “Qızıl tovuzquşu” mükafatı uğrunda mübarizə aparacaqlar.

 

“Mərmər soyuğu” Avropa premyerasını isə digər bir nüfuzlu festival olan “Tallin Qara Gecələr Film Festivalı”nda edəcək. Bu festival isə 11-27 noyabr tarixlərində Estoniyanın paytaxtı Tallin şəhərində keçiriləcək.

 

Xatırladaq ki, filmdə bir rəssamın sevgi hekayəsindən bəhs edilir. Uzun illər həbs həyatını yaşamış atanın evə qayıdışı və ən radikal yollarla oğlunun həyatını yoluna qoymağa çalışması filmin əsas süjet xəttini təşkil edir.

 

Filmin baş prodüseri Arzu Əliyeva, ssenari müəllifləri Asif Rüstəmov və niderlandlı həmkarı Roelof Yan Minnebu, rejissoru Asif Rüstəmov, quruluşçu operatorları Oktay Namazov və Adil Abbasov, quruluşçu rəssamı isə Rafiq Nəsirovdur. Prodüserlər Fariz Əhmədov, Balakişi Qasımov, Orman Əliyev və Giyom de Sey, kreativ prodüser isə İradə Bağırzadədir. /APA/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Laçında bərpa işləri sürətlə davam edir"

Bakıya meydan oxuyan “sülhməramlılar”

DTX-nın NAXÇIVAN ƏMƏLİYYATI

Laçında məhv edilən erməni postundan GÖRÜNTÜLƏR

Fransızlar və amerikalılar ATƏT-in Minsk qrupunu dəfn etdilər

İranın anti-Azərbaycan xarakterli hərəkətləri

Əlisa Nicata maliyyə yardımı göstəriləcək

Fransa öz keçmişi ilə üzləşməli, bəşəriyyətdən üzr istəməlidir

İlk qar da yağdı

“Şuşa ili”nə həsr olunan “270-ci səhifə” - SƏNƏDLİ FİLM

Bəzi deputatlara yeni vəzifə veriləcək

Ev alarkən geri qaytarılan min manatlar

Saakaşvili siyasətdən getdi

Məktəbdə istilik problemi

Türkcə qabiliyyət imtahanına (TYS) start verilib