Zəkası ilə Hokinq və Eynşteyni geridə qoydu

10:43 15-11-2022 | icon 83 | Maraqlı
Zəkası ilə Hokinq və Eynşteyni geridə qoydu

Böyük Britaniyanın Lids şəhərindən olan bir yeniyetmə zəka testində 18 yaşdan kiçik insanlar arasında ən yüksək bal toplayıb və intellekt baxımından Stiven Hokinq və Albert Eynşteyni qabaqlayıb.

 

11 yaşlı Yusif Şahın dostları həmişə onun çox ağıllı olduğunu deyirdilər və bir gün yeniyetmə bunun doğru olub-olmadığını yoxlamaq qərarına gəlib. İntellektual qabiliyyətlərini qiymətləndirmək üçün Şah “Mens IQ” testindən keçib və rekord qiymət alıb. Onun nəticəsi fiziklər Stiven Hokinq və Albert Eynşteyninkindən bir pillə yüksək olub.

 

Yeniyetmə nailiyyətini valideynləri və qardaşları ilə birlikdə restoranda qeyd edib. Şahın anasının dediyinə görə, o, oğlunun uğurlarından çox qürur duyur, amma zarafatla qeyd edir ki, onsuz da atası daha ağıllıdır.

 

“Biz sevinirik, amma baş verənlərə çox da ciddi yanaşmırıq. Oğluma həmişə deyirəm ki, istedadlı olsan da, yenə də ən çalışqan olmalısan”, - deyə Yusufun anası bildirib.

 

Şah gələcəkdə Oksford və ya Kembricdə riyaziyyat təhsili almaq arzusundadır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

7 yaşında “Bu torpağın yolunda Torpağa dönmək gərək” şerini söylədi, 19 yaşında torpağa dönüb, Vətən oldu...

"Üzvlərin sayı partiyanın fəaliyyətinə təsir etməməlidir"

"İllər boyu İsraillə bağlı dediklərim bu gün gerçəkləşdi"

Məmur həbsləri GÖZLƏNİLİR

Bu xəstəlik bəzən əlamətsiz də başlaya bilər

Paşinyanın “Çərçivə sazişi”, yoxsa sülhü pozma cəhdi

Diaspor Komitəsindən dünya azərbaycanlılarına MÜRACİƏT

“Orion” Ay ətrafında dövr etdi

6 il sonra Bakıda konsert verdi

Avropada daha bir müharibə - TƏHLİL

Rusiya çökür... Naxçıvan blokadadan çıxır... - VİDEO

Bakıya 12 metrlik avtobuslar gətirildi

Siyasi partiyalardan qanunun yeni redaksiyasına VS münasibət

 

Sağlamlıq məhdudiyyətli şəxslərin əl işləri sərgiləndi

Müharibə yenidən başlayır?