“Sədərək”də mağazaya BASQIN

10:58 15-11-2022 | icon 91 | Hadisə
“Sədərək”də mağazaya BASQIN

Sahibkarın 30 000 manatı ələ keçirildi

 

“Sədərək” Ticarət Mərkəzində mağazaya basqın edilib, sahibkarın 30 000 manat pulu ələ keçirilib.

 

Versus.Az xəbər verir ki, hadisə noyabrın 11-də qeydə alınıb.

 

Belə ki, naməlum şəxs ticarət mərkəzində sahibkar kimi fəaliyyət göstərən Ağayev Şakir Fərhad oğlunun işlətdiyi mağazaya daxil olaraq dəmir alətlə onun baş nahiyəsinə xəsarət yetirib.

 

Daha sonra həmin şəxs mağazadan 30 000 manat məbləğində pul vəsaitini ələ keçirməklə hadisə yerindən qaçaraq uzaqlaşıb.

 

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 181.2.5-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır. /“Report”/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Vahid Hacıyev QDF-in donorları ilə görüşüb

Ağız yaralarından qurtulmaq MÜMKÜNDÜR

Fuad Əliyevdən QƏTİ ETİRAZ

"Amma ermənilər Şuşaya, Kəlbəcərə atəş açanda ruslar susurlar"

"Şükür ki, Azərbaycan tərəfindən sülhməramlıların mandatı imzalanmayıb"

"Müddət 5 ildən artıq uzadılsa, onların daha ağır düşmən hərəkətlərini görə bilərik"

“Azadlıq fədaisi”nin növbəti mükafatçısı - SORĞUYA START

“Azərbaycan düşmənin layiqli cavabını vermək gücünü özündə saxlayır”

"Rusiyanın da, Ermənistanın da müdaxilələrini sıfırlamalıdır"

"Bu gün Ermənistan narahat olmalıdır"

Gələn il yeni təqaüd təsis ediləcək

İrandan “Bakıya Xəzərdən hücum” MESAJI

"Laçında bərpa işləri sürətlə davam edir"

Erməni silahlılar Qarabağdakı mövqelərimizi atəşə tutdular

“Madrigal” Bakıya gəlir