"İranın molla rejimi bu aciz niyyətini gizlətmir"

11:03 15-11-2022 | icon 86 | Siyasət
"İranın molla rejimi bu aciz niyyətini gizlətmir"

“40 milyon azərbaycanlı Azərbaycanı özünə nümunə götürüb müstəqilliyini tələb edər”

 

 Azərbaycan dövlətinin işğalçı Ermənistan üzərində əldə etdiyi hərbi qələbədən 2 il ötdü. Bu iki il müddətində ölkəmiz öz zəfərini qürur hissi ilə yaşamaqla yanaşı, bəzi qonşu dövlətlərin erməni mövqeyi, açıq təhdidləri ilə üz-üzə dayanıb. Ən təəssüf doğuran məqam isə Azərbaycanın cənubunda 40 milyon azərbaycanlı -türkün yaşadığı diyarda, İran molla hökuməti tərəfindən işğalçını dəstəkləyən manevrlər, təhdidlərərin olmasıdır və bu Cənubi Azərbaycan mövzusunu yenidən araşdırma nöqtəsinə gətirib.

 

İranın Azərbaycana qarşı, cənublu soydaşlarımıza qarşı ögey, ədalətsiz mövqeyinin arxasında nə dayanır?

 

Versus.az xəbər verir ki, məsələ ilə bağlı müsahibə verən Cənubi Azərbaycan ideologiyasına görə daim molla rejimi tərəfindən təzyiqlərə məruz qoyulan soydaşımız, hazırda ABŞ-da siyasi mühacir həyatı yaşayan Əli Süleymani bir çox nüanslara diqqət çəkib.

 

- Əli bəy, 12 ildir İrandan - Cənubi Azərbaycandan ABŞ-a köçərək, siyasi mühacir həyatı yaşayırsız. Sizi yurdunuzu –tərk etməyə məcbur edən səbəblər nə idi?

 

- Mən 40 milyon türkün yaşadığı İran adlanan Cənubi Azərbaycanda öz mədəniyyətimi, ənənəmi, dilimi yaymaq, onu qorumaq üçün çalışırdım, məqalələr yazır, azərbaycanlıların üzləşdiyi problemləri deyirdim. Ona görə də mənə qarşı ölüm təhdidləri oldu. Beləcə təzyiqlərə dözə bilmədim və İran adlanan yeri tərk elədim. Əvvəlcə Bakıya gəldim və BMT xətti ilə ABŞ-dan sığınacaq aldım.

İranda, Cənubi Azərbaycanda yaşayan türklərə, soydaşlarımıza qarşı təhdid və təzyiqlər bu gün də var. Bu gün də Azərbaycan dilində məktəbimiz yoxdur. Dilimizi belə bizə unutdurmaq istəyirlər. Azərbaycanlıların yaşadığı yerlərdə işsizlik hökm sürür. O qədər baxımsızlıq var ki, əhali o yerləri tərk edir. Bir çox hallarda azərbaycanlılar məcbur olub farsların çox yaşadığı şəhərlərə köçürlər. Çünki o yerlərdə işləmələri, yaşamaları üçün imkanlar var. Və beləliklə türklərin assimlyasiyası baş verir.

 

- Əli bəy, İran molla rejimini Azərbaycana qarşı bu cür çıxış etməyə sövq edən nədir?

 

- Molla rejimi Azərbaycanı elə bir duruma gətirmək istəyir ki, hər gün terror, partlayışlar, atəşkəsin pozulması ilə əminəmanlığı pozulsun. Çünki yaxşı bilirlər ki, bir ölkədə əminəmanlıq yoxdursa, orda heç bir inkişafdan danışmaq olmaz və insanlar həmin ölkəni tərk edib gedər. Eyni zamanda sülh, sabitlik olmayan yerə heç kəs sərmayə qoymaz.

Bu gün İranın molla rejimi bu aciz niyyətini gizlətmir. Açıq şəkildə müharibə təhdidləri yağdırır.

Hələ bir neçə il bundan əvvəl bu rejim Arazın qırağında yerləşən Muğan-Parsabad şəhərində bir mərkəz qurmuşdu. 40-dan çox azərbaycanlını gətirib orda saxlayırdılar. Sonralar orda molla məktəbi açmışdılar. Orda  azərbaycanlılara həm hərbi təlimlər, həm də guya dini öyrədirdilər. Əslində isə İran belə vasitələrlə Azərbaycana qarşı təhdid, təzyiq ocağı yaradıb, lazım gəldikcə onlardan istifadə edir. Bu günlərdə Araz boyu keçirilən təlimlər elə həmin siyasətin davamıdır, bu gün bir addım da qabağa atıblar. Bu İran rejiminin Azərbaycanın inkişafının qarşısını almaq xarakteri daşıyır. İran Azərbaycanı zəif dövlət kimi görmək istəyir və bu siyasət tarix boyu belə davam edib. Təkcə Xomeyni zamanı yox, şahlar zamanı da bu siyasət gedib.

İran fars rejimi həmişə “niyə Azərbaycan respublikasının adı Azərbaycan olmalıdır” deyə narazılıq edib. Fars siyasətçiləri hələ o zaman  Məhəmməd Əmin Rəsulzadəyə məktub yazıb ölkəmizin adı ilə bağlı öz narazılıqlarını, nigarançılıqlarını elan ediblər. İndi də İran molla rejiminin bütün orqanları açıq-aşkar deyirlər ki, Azərbaycan bizə təhlükədir. Ona görə ki, Azərbaycanın Güneyində yaşayan 40 milyon azərbaycanlı Quzey Azərbycanda yaranan müstəqil dövlətdən örnək götürə bilər. Qorxurlar ki, Cənubi Azərbayacandakı 40 milyon azərbaycanlı özünün müstəqilliyini tələb edər. Ona görə də nə olursa -olsun, Azərbaycanın əminəmanlığını pozmaq üçün bir vəsilə axtarırlar. İran fars rejimi həmişə ondan narahat olub ki, Azərbaycan qüdrətli, güclü, demokratik, azad bir ölkə olarasa, Cənubi Azərbaycanda daim təzyiq, təhdid aldında yaşayan 40 milyon azərbayacanlı ayağa qalxıb özünün hüquqlarını tələb edə bilər.

Cənubi Azərbaycanda türklər daim assimliyasiyaya uğradılır, türklərin-azərbaycanlıların farslaşdırılması prosesi gedir. İran rejimi narahatdır ki, mütləq cənublular düşünəcəklər: -Arazın o tayında olan 10 milyon soydaşım bunca mərhumiyyətlərə baxmayaraq özünün müstəqilliyini qazanıb, özünün ana dilini, mədəniyyətini inkişaf etdirib demokratik bir dövlətə sahiblənibsə, biz niyə belə bir dövlət qurmayaq.

İran adlanan ölkədə yaşayan 40 milyon azərbayacanlının milli məfkurəsinin oyanıb, alovlanıb, milli-mədəni dəyərlərinin qorunması naminə kütləviləşib öz haqqını alacağından qorxur. Ona görə də İran Molla rejimi üçün ən əlverişlisi o olar ki, zəif bir  Azərbaycanı qonşuluğunda görsün. 40 milyon azərbaycanlı 10 milyonu özlərinə nümunə görməsin.

Bu gün molla rejimi, İran hakimiyyti Azərbaycanı nümunəvi dövlət kimi yox, geridə qalmış, təhlükəsizliyi olmayan dövlət kimi təqdim etmək üçün bir neçə amildən istifadə etməyi düşünür. Bunlardan biri müharibə yoludur. Ona görə də istəyir ki, Azərbaycan həmişə Ermənistanla münaqişədə olsun. İran hakimiyyəti belə bir Azərbaycanı görmək istəyir. Bu gün Ermənistana yanacaq, ərzaq, silahla yardım edir ki, bu “layihəsini” qabağa aparsın.

İkinci, bir təhlükəli məqam, İran molla rejiminin Azərbaycanda radikal dini qruplar yaratmasıdır. Onlar ölkə daxilində radikal dinçiləri tapıb onları silahlandırıb, Azərbaycanın təhlükəsini pozub təhlükəsiz bir zona yaratmaq istəyirlər.

 

- İran islam dininə, şiyəçiliyə yanaşmada nə dərəcədə səmimidir?

 

- Tarixə istinad etsək, Rza Məhəmməd Şah ingilislərin planı əsasında hakimiyyətə gələndən sonra ölkədə bir millət, bir dövlət siyasətini yeritdi və İran adlanan ölkədə yaşayan digər millətlərə qarşı basqınlar oldu. Digər millətlərin öz dilində danışmasına yasaq qoyuldu. Xüsusən də Azərbaycan milli hərəkatları məhv edildi. Həmin siyasətin davamı odur ki, bu gün kənd, şəhərlər var ki, bir nəfər də türk orda qalmayıb. İnsanlar iş olan yerlərə gediblər, ədalətsizliklər var. Mədəniyyətimiz, məhv edilir. Bizi farslaşdırmaq, dilimizi məhv etmək istəyirlər. Azərbaycanın Urmiya gölünü niyə qurutdular, çünki millət ordan köçüb gəlib fars şəhərlərində yerləşəcəkdi. Urmu gölü quruyandan sonra oranın duzunu aparıb satırlar, qızıldan baha olan mədənləri talıyırlar. Bizə  qarşı bu ədalətsizliklər təkcə  yeraltı yerüsrtü mədənlərimizdə bağlı deyil. Bizim mədəniyyətimizi, musiqi alətlərimizi,  məklətblərimizi bağlayırlar. Dilimizdə bir dənə də məktəb yoxdur. Bu  gün bu ədalətsizliyə dözməyib millət etirazlara çıxır.

Vaxtilə Təbriz bizim ikinci sənaye şəhəri idi. Amma orda olan zavodları dağıdıb yerlərinə pasajlar tikdilər. İran fars rejimi İsfahana o qədər sənaye yerləşdirdi ki, şəhər özü təbii gözəlliyini itirib. İsfahanda təhlükəli vəziyyət yaranıb. Çünki İran ana sənayeni farsların yaşadığı yerlərdə təmərgüzləşdrib. Ekoloqlar belə deyiblər ki, İsfahan şəhəri dağıla bilər. 

Müsəlmançılığın müqəddəsliyi odur ki, din siyasətə qatılmasın. Çünki siyasətdə yalan var, kələk var, başqa oyunlar var. Dində belə oyunlarla maraqlanmaq dinçiliyə qarşıdır. Amma fars molla rejimi bunu qəbul eləmir. Tutaq ki, Nəcəf şəhəri İraqdadır və dünyanın birinci dini məktəbi sayılır. Böyük din adamlarının hamsısı orda öyrənib gəliblər. Amma fars molla rejimi dəngəni dəyişib dini məktəbi Quma gətirdi. Bu ona görə baş verdi ki, öz düşüncələrini, təfəkkütünü yaysın. Lakin Nəcəfdəki ruhaniyyat siyasətlə din bir yerdə ola bilməz missiyasını qabağa aparır. Bu şiyəçilik Xomeyninin şiyəçiliyinə qarşıdır.

 

- Necə hesab edirsiz, Azərbaycan olaraq öz milli-mədəni dəyərlərimizi qorumaq üçün bu cür təhdidlərə, təzyilərə qarşı hansı gücü orataya qoymalıyıq. Necə edək ki, azərbaycanlılar olaraq o taylı-bu taylı öz dilimizə, dinimizə, mədəniyyətimizə sahib çıxaq, haqqımızı qoruyaq?

 

- Bəli, Azərbaycana qarşı bu gün çox məkirli planlar var. Başımızı əlavə problemlərlə qatıb bizə dilimizi, külturumuzu, dəyərlərimizi unutdurmaq istəyirlər. Ona görə də bizim Cənubda, Şimalda yaşayan soydaşlarımız, qardaşlarımız bir-biri ilə mədəni əlaqələr qurmalıdır. Bunun üçün gəliş- gedişlərimiz sadələşməli, hər iki tərəfin ictimai təşkilatları mütəmadi görüşlər keçirməli, müzakirələr aparmalıdır. Şimali Azərbaycan müstəqil dövlət olaraq Güneydə yaşayan sordaşlarımızın yanında olmağı bacarmalıdır. Ondan başlamaq lazımdır ki, Güneydə olan gənclərin Quzey Azərbaycanda pulsuz təhsil almasına imkanlar yaratmalıdırlar. Bu məqam xüsusilə vacibdir. Bundan başqa biz cənublu, şimallı ailələr, millətimizin övladlarının bir -biri ilə evlənib, bütöv Azərbaycan olmasına imkanlar açmalıyıq. Biz qan bağımızı daha da möhkəmləndirməliyik. Cənubi Azərbaycanla Şimali Azərbaycanın İnteqrasiyasına sırf birgə ailələrin qurulması ilə başlamalıyıq. Bu hər iki tərəfin ailələrinin genişlənməsi, bir qədər də inkişaf etməsinə təkan verəcək.  Bu gün Azərbaycan hakimiyyətinin ən strateji xətti buna yönəlməli və gənclər üçün münbit şərait formalaşdırmalıdır. Eləcə də Azərbaycan radio, televiziyaları, mediası İran adlanan ərazidə qalan Cənubi Azərbaycanla bağlı həqiqətləri və cərəyan edən prosesləri xalqımıza anlatmalıdırlar.  Dünya miqyasında səpələnmiş bütün azərbaycanlıların bir mərkəzdən koordinasiya olunması üçün diaspora fəaliyyətini sağlam və aktiv formada qurmalıyıq.  İndiki diasporamız bərbaddır, əlaqələr ürəkaçan deyil. Biz Güneyli gənclərin gəlib Azərbaycanda oxumaları üçün onları maraqlandrmalıyıq. Onların burda yaşaması, dərs almasını rahatlaşdırmalıyıq. Bizim millət nə qədər bir-biri ilə sıx əlaqəyə girsə İran molla rejimi bizim inkişafımıza zərər vura bilməz. Amma Azərbaycan dövləti bu prosesdə özünün təhlükəsziliyini ciddi şəkildə qorumalıdır. Çünki molla rejimi mütləq özünün cəsuslarını içəriyə sızdırıb prosesi içdən dağıtmağa çalışacaq və düşünürəm ki, var. Bu gün təkcə İranda bəzi yükdaşıma şirkətəri var ki, Ermənistana gedib ordan da gəlib Azərbaycanda cəsusluq edirlər. Bəzi şirkətlər var ki, onlar Ermənistana yanacaq, ərzaq aparırılar və təəssüflə qeyd edək ki, o şirkətlər Azərbaycand da fəaliyyət göstərirlər. Azərbaycan Cənubi Azərbaycanı daim diqqətdə saxlamalı, əlaqələrimizi genişləndirməlidir. /hafta.az/

 

T.Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Vahid Hacıyev QDF-in donorları ilə görüşüb

Ağız yaralarından qurtulmaq MÜMKÜNDÜR

Fuad Əliyevdən QƏTİ ETİRAZ

“Azadlıq fədaisi”nin növbəti mükafatçısı - SORĞUYA START

“Azərbaycan düşmənin layiqli cavabını vermək gücünü özündə saxlayır”

"Bu gün Ermənistan narahat olmalıdır"

Gələn il yeni təqaüd təsis ediləcək

İrandan “Bakıya Xəzərdən hücum” MESAJI

"Laçında bərpa işləri sürətlə davam edir"

Erməni silahlılar Qarabağdakı mövqelərimizi atəşə tutdular

“Madrigal” Bakıya gəlir

 

Brüssel görüşündən imtina... -siyasilərdən birmənalı mövqe

Kəlbəcər, Laçın və Ağdamdakı mövqelərimiz ATƏŞƏ TUTULUB

DTX Naxçıvanda daha bir qurumda əməliyyata başladı

Şuşa könüllüləri Şuşa üçün hazırlaşırlar