Sülhməramlılar həddini aşdı

11:49 15-11-2022 | icon 94 | Qarabağ
Sülhməramlılar həddini aşdı

Qarabağın Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarətində olan ərazilərindəki qanunsuz erməni silahlı birləşmələri Azərbaycan Ordusuna qarşı təxribatlardan əl çəkmir. Son günlər məhz separatçıların olduğu yerlərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinin atəşə tutulması antiterror əməliyyatını yenidən gündəmə gətirib.

 

Bildirilir ki, sülhməramlıların erməni təxribatlarına zəmin yaratması fonunda Azərbaycan Ordusu hərəkətə keçərək, separatçıları Qarabağdan çıxarmalı və 44 günlük müharibədə olduğu kimi erməni təxribatlarının kökünü birdəfəlik kəsməlidir. Əks halda separatçılar təxribatlardan əl çəkməyəcəklər. 

 

Məsələ ilə bağlı danışan ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov bildirib ki, Ermənistan regionda maraqlı qüvvələrin diktəsi ilə hərəkət edir və təxribatların təkrarlanması təəccüb doğurmur:

 

"Ermənistan rəhbərliyinin özünün də qol çəkdiyi bəyanatı saymaması, Soçi görüşündən öncə Azərbaycanın Xankəndi şəhərində qanunsuz mitinq təşkil edilməsi vəziyyətin gərginləşməsinə səbəb olub. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə atəşkəsin pozulması onu göstərir ki, danışıqlar fonunda  regionda sabitlik yox, gərginlik yaratmağa çalışırlar. Maraqlı qüvvələr vəziyyətin gərginləşməsindən sui-istifadə etmək istəyirlər".

 

 

"Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev istər daxildə, istərsə də xaricdə çıxış etdiyi kürsülərdə Azərbaycanın sülhə yönəldiyini, gərginliyin ölkəmizin maraqlarına uyğun olmadığını dilə gətirdi. Şuşada hərbçilərlə görüşündə cənab Prezident bir daha qeyd etdi ki, Azərbaycanın səbri tükənə bilər. Lakin Azərbaycan maraqlarına zidd olan hansısa hərəkətlərə yol verə bilməz. Bu, təkcə Ermənistanda olan revanşist qüvvələrə deyil, Qarabağdakı separatçılara, həm də onların havadarlarına ismarıcdır. Azərbaycanın ciddi xəbərdarlığı ermənilərin havadarlarının ümidini qırdı", - deyə ekspert vurğulayıb.

 

Ş.Ramaldanov sülhməramlıların fəaliyyətinə də toxunub. Bildirib ki, rusiya hərbçiləri separatçıların silahlandırılmasına şərait yaradır:

 

"Biz ərazi bütövlüyümüzü təmin etmişik. Ancaq bu da məlumdur ki, Qarabağda Azərbaycan qanunları işləməyən, rus sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilər var. Bu ərazilərdə tərk-silah edilməmiş erməni separatçıları ilə yanaşı, Ermənistandan da bura hərbçilərin gətirilməsi barədə xəbərlərə də rast gəlirik.

 

Soçi görüşündən öncə Xankəndidə təşkil edilən mitinqlərə mülki geyimdə hərbçilər gəlmişdi. Onlar daha sonra hərbi paltarlar geyinərək postları gücləndirməyə cəhd edib. Artıq müharibədən iki il keçməsinə baxmayaraq, biz bu cür hərəkətlərin şahidi oluruq. Bu da Qarabağdakı məsələyə münasibətdə sülhməramlıların səmimi olmadığını göstərir. Onlar erməni maraqlarına xidmət edən addımlar atır, separatçılara şərait yaradırlar. Sülhməramlılar Laçın dəhlizindən sadəcə humanitar məqsədlə istifadəyə şərait yaratmalı olduğu halda, Ermənistandan silah-sursat daşınmasına, erməni hərbçilərin gediş-gəlişinə və xarici vətəndaşların bura daxil olmasına yardım edirlər. Bir sözlə, sülhməramlı qüvvələr öz vəzifə səlahiyyətinə uyğun davranmırlar. Xarici qüvvələrin təxribatçı davranışlarına şərait yaradırlar. Bunu açıq demək lazımdır ki, əslində, burada Rusiya sülhməramlı qüvvələrinin də maraqları var. Rusiya özü də maraqlıdır. Soçi görüşündən öncə Xankəndidə mitinqin təşkil edilməsi və Paşinyanın Rusiya sülhməramlı missiyasının mandatının uzadılması ilə bağlı fikirlər səsləndirməsi buna nümunədir. Görünür, bunlar Paşinyanın öz fikirləri deyil, Moskvanın marağında olan məsələdir. Sadəcə olaraq Nikol Paşinyanın vasitəsilə dilə gətirilir. Cənab Prezident İlham Əliyev sülhməramlılarla bağlı mövqeyini bəyan etdi. Bildirdi ki, onların mandatının uzadılmasından söhbət gedə bilməz və bu, müzakirə mövzusu deyil".

 

 

Antiterror əməliyyatına gəlincə, polkovnik erməni təxribatlarının cavabsız qalmayacağını vurğulayıb:

 

"Azərbaycan Ordusunun bölmələri ölkənin yaşayış məntəqələrinin və dinc sakinlərin təhlükəsizliyinin təmin edilməsini yüksək şəkildə təşkil edir. Ordumuz bərpa prosesində iştirak edən şirkətlərin və Qarabağda çalışan işçilərin təhlükəsizliyini təmin etmək üçün Rusiya sülhməramlı qüvvələri ilə təmasda olaraq, öhdəliyində olan tapşırıqları layiqincə yerinə yetirir. Hərbçilərimiz Qarabağın dağlıq hissəsində yerləşən separatçı hərbi birləşmələrə adekvat cavab verərək onları susdurur. Bundan öncə Fərrux əməliyyatı, “Qisas” cavab əməliyyatı həyata keçirilib. Hər iki əməliyyatda Azərbaycan Ordusu nəyə qadir olduğunu bir daha göstərib. 

 

Erməni separatçıları yenə də havadarlarına arxalanaraq təxribatlara əl atsalar, layiqli cavabını alacaqlar. Antiterror əməliyyatı ilə bağlı Azərbaycan cəmiyyətində haqlı bir istək var. Çünki iki il keçməsinə baxmayaraq, erməni separartçıları sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərdən çıxarılmayıb. Onlar təbii olaraq Azərbaycan üçün təhlükə mənbəyi olmağa davam edirlər. Əlbəttə, Azərbaycanın hər bir vəziyyətə uyğun planı var. Antiterror əməliyyatında dair plan olmamış deyil. Biz bölmələrin ərazisinə nəzarət etməklə, erməniləri cəzalandıra bilirik. “Qisas” əməliyyatını məhz antiterror əməliyyatının bir hissəsi kimi qəbul etmək olar. Biz ermənilərin bütün əməliyyat şəraitini nəzarət altında saxlayaraq əsas hədəflərini məhv etmişik. Lazım gələrsə, yenə edəcəyik. 

 

Ali Baş Komandan İlham Əliyev çox gözəl şəkildə deyib ki, “mən nəyi, nə zaman edəcəyimi yaxşı bilirəm”.  Azərbaycan həmişə antiterror əməliyyatına hazırdır. Çünki biz terrorçularla üz-üzəyik. Cənab Prezident İlham Əliyev uyğun gördüyü vaxt bu plan həyata keçiriləcək". /modern.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Vahid Hacıyev QDF-in donorları ilə görüşüb

Ağız yaralarından qurtulmaq MÜMKÜNDÜR

Fuad Əliyevdən QƏTİ ETİRAZ

“Azadlıq fədaisi”nin növbəti mükafatçısı - SORĞUYA START

“Azərbaycan düşmənin layiqli cavabını vermək gücünü özündə saxlayır”

"Bu gün Ermənistan narahat olmalıdır"

Gələn il yeni təqaüd təsis ediləcək

İrandan “Bakıya Xəzərdən hücum” MESAJI

"Laçında bərpa işləri sürətlə davam edir"

Erməni silahlılar Qarabağdakı mövqelərimizi atəşə tutdular

“Madrigal” Bakıya gəlir

 

Brüssel görüşündən imtina... -siyasilərdən birmənalı mövqe

Kəlbəcər, Laçın və Ağdamdakı mövqelərimiz ATƏŞƏ TUTULUB

DTX Naxçıvanda daha bir qurumda əməliyyata başladı

Şuşa könüllüləri Şuşa üçün hazırlaşırlar