Alimpaşa Məmmədov dövlətə 7 milyon manat ZİYAN

11:53 15-11-2022 | icon 107 | Hadisə
Alimpaşa Məmmədov dövlətə 7 milyon manat ZİYAN

Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədova verilmiş yekun ittihamlar və cinayət işi üzrə dövlətə dəymiş ziyanın məbləği məlum olub.

 

Versus.az APA-ya istinadən xəbər verir ki, Alimpaşa Məmmədov Şəmkir rayon İcra Hakimiyyətinin başçısı olduğu yeddi il il ərzində xidməti vəzifəsinin icrası ilə əlaqədar qanunsuz üstünlük əldə etmək məqsədilə dövlətin qanunla qorunan mənafeyinə xələl gətirməkdə ittiham olunur.

 

İttihamda göstərilib ki, Alimpaşa Məmmədov müxtəlif şəxslərdən külli miqdarda rüşvət almaqla, rəsmi sənədlərə yalan məlumatlar daxil etməklə, külli miqdarda mənimsəmə və israfetmə yolu ilə talama və cinayət yolu ilə əldə edilmiş xüsusilə külli miqdarda pul vəsaitlərinin leqallaşdırılması yolu ilə qulluq mənafeyindən sui-istifadə edib.

 

Ümumilikdə Alimpaşa Məmmədov icra başçısı işlədiyi müddətdə mənimsəmə və rüşvət alma yolu ilə 6.804.613 min manat pul vəsaiti əldə edib. O, sözügedən pul vəsaitinin həqiqi mənbəyini gizlətmək məqsədilə həmin pulu oğlu Adil Məmmədovun adına təsis olunmuş "Az Farel" MMC-nin tikinti xərclərinə yönəltməklə cinayət yolu ilə əldə etdiyi pul vəsaitlərini təkrar leqallaşdırıb.

 

Göstərilən əməllərə görə Alimpaşa Məmmədova 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə yekun ittiham verilib. Sabiq icra başçısının 10 milyonluq əmlakı üzərinə həbs qoyulub.

 

Qeyd edək ki, Alimpaşa Məmmədov 2021-ci ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub.

 

Cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsində araşdırılır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Laçında bərpa işləri sürətlə davam edir"

Bakıya meydan oxuyan “sülhməramlılar”

DTX-nın NAXÇIVAN ƏMƏLİYYATI

Laçında məhv edilən erməni postundan GÖRÜNTÜLƏR

Fransızlar və amerikalılar ATƏT-in Minsk qrupunu dəfn etdilər

İranın anti-Azərbaycan xarakterli hərəkətləri

Əlisa Nicata maliyyə yardımı göstəriləcək

Fransa öz keçmişi ilə üzləşməli, bəşəriyyətdən üzr istəməlidir

İlk qar da yağdı

“Şuşa ili”nə həsr olunan “270-ci səhifə” - SƏNƏDLİ FİLM

Bəzi deputatlara yeni vəzifə veriləcək

Ev alarkən geri qaytarılan min manatlar

Saakaşvili siyasətdən getdi

Məktəbdə istilik problemi

Türkcə qabiliyyət imtahanına (TYS) start verilib