İlin ən gözlənilən türk filmi "Park Cinema"-da

13:35 15-11-2022 | icon 224 | Film
İlin ən gözlənilən türk filmi "Park Cinema"-da

Gənc yaşlarında dünyasını dəyişən Türkiyə rok sənətçisi Barış Akarsunun həyatından bəhs edən "Barış Akarsu Merhaba" filmi noyabrın 17-də tamaşaçılara təqdim olunacaq. Biletlər artıq www.parkcinema.az saytında satışdadır.

 

Filmin aktyor heyətində İsmail Ege Şaşmaz, Almila Ada, Şafak Pekdemir, Burak Satıbol, Ebru Nil Aydın, Aslıhan Kapanşahin, Metin Coşkun və Hüseyin Avni Danyal kimi adlar yer alacaq. Aktyor İsmail Ege Şaşmaz Barış Akarsuya həyat verəcək.

 

Fikri Fikir Production və Aytaç Media tərəfindən istehsal olunan film Türkiyə ilə yanaşı daha 23 ölkədə yayımlanacaq. Filmin ssenari müəllifi Mert Dikmen və Can Anardır.

 

Həmçinin Barış Akarsunun sağ ikən yazıb amma tamamlaya bilmədiyi mahnısı “Merhaba” İsmail Ege Şaşmaz tərəfindən ifa olunub film ilə bərabər tamaşaçılara təqdim olunacaq. "Merhaba" mahnısından əldə olunan gəlir Akarsunun sağlığında da dəstək verdiyi Leykemiya xəstəliyi ilə mübarizə aparan uşaqların müalicəsi üçün bağışlanacaq.

 

Azərbaycan tamaşaçıları filmi Park Cinema kinoteatrlar şəbəkəsinin Park Bulvar, Metro Park, Alov Qüllələri, Aygün Mall və Zagulba Mall-da izləyə biləcəklər.



Biletləri əldə etmək üçün www.parkcinema.az saytına keçid edə bilərsiniz.

 

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Laçında bərpa işləri sürətlə davam edir"

Bakıya meydan oxuyan “sülhməramlılar”

DTX-nın NAXÇIVAN ƏMƏLİYYATI

Laçında məhv edilən erməni postundan GÖRÜNTÜLƏR

Fransızlar və amerikalılar ATƏT-in Minsk qrupunu dəfn etdilər

İranın anti-Azərbaycan xarakterli hərəkətləri

Fransa öz keçmişi ilə üzləşməli, bəşəriyyətdən üzr istəməlidir

Əlisa Nicata maliyyə yardımı göstəriləcək

İlk qar da yağdı

“Şuşa ili”nə həsr olunan “270-ci səhifə” - SƏNƏDLİ FİLM

Bəzi deputatlara yeni vəzifə veriləcək

Saakaşvili siyasətdən getdi

Ev alarkən geri qaytarılan min manatlar

Məktəbdə istilik problemi

Türkcə qabiliyyət imtahanına (TYS) start verilib