Azərbaycanlılar Fransa Senatının qarşısında etiraz aksiyası keçirirlər

13:57 15-11-2022 | icon 201 | Siyasət
Azərbaycanlılar Fransa Senatının qarşısında etiraz aksiyası keçirirlər

Azərbaycan diasporunun nümayəndələri Fransa Senatının qarşısında etiraz aksiyası keçirirlər.

 

Aksiya iştirakçıları Azərbaycan əleyhinə qətnamənin müzakirəyə çıxarılmasına etiraz edirlər.

 

Onlar senatorları qətnaməni qəbul etməməyə çağırırlar.

 

Azərbaycan diasporunun üzvləri Fransa Senatından Azərbaycana ədalətli münasibət tələb edirlər.

 

Aksiyada “Biz ədalət istəyirik!”, “Fransa, neytral ol!”, “Senat, ədalətli ol!”, “Fransa, ədalətli, düzgün ol!” və başqa şüarlar səsləndirilir.

 

Əraziyə polis əməkdaşları cəlb olunublar.

 

Qeyd edək ki, bu gün Fransa parlamentinin yuxarı palatasında ermənipərəst qətnamənin müzakirəsi planlaşdırılır.

 

Xatırladaq ki, bundan əvvəl Senatın altı üzvü Azərbaycana qarşı ittihamları özündə əks etdirən, Fransa hökumətini və digər Avropa İttifaqı ölkələrini Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnamə təklif edib.

 

Azərbaycanlılar Fransa parlamentinin yuxarı palatasında baxılmaq üçün təklif olunan anti-Azərbaycan qətnaməsi ilə bağlı Fransa Senatına və xalqına müraciət olaraq petisiya əsasında imza toplayıblar. /report/

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

7 yaşında “Bu torpağın yolunda Torpağa dönmək gərək” şerini söylədi, 19 yaşında torpağa dönüb, Vətən oldu...

"Üzvlərin sayı partiyanın fəaliyyətinə təsir etməməlidir"

"İllər boyu İsraillə bağlı dediklərim bu gün gerçəkləşdi"

Məmur həbsləri GÖZLƏNİLİR

Bu xəstəlik bəzən əlamətsiz də başlaya bilər

Paşinyanın “Çərçivə sazişi”, yoxsa sülhü pozma cəhdi

Diaspor Komitəsindən dünya azərbaycanlılarına MÜRACİƏT

“Orion” Ay ətrafında dövr etdi

6 il sonra Bakıda konsert verdi

Avropada daha bir müharibə - TƏHLİL

Rusiya çökür... Naxçıvan blokadadan çıxır... - VİDEO

Bakıya 12 metrlik avtobuslar gətirildi

Siyasi partiyalardan qanunun yeni redaksiyasına VS münasibət

 

Sağlamlıq məhdudiyyətli şəxslərin əl işləri sərgiləndi

Müharibə yenidən başlayır?