“Ermənilərin sərhəddəki alçaq təxribatları davam edir”

14:03 15-11-2022 | icon 122 | Müharibə
“Ermənilərin sərhəddəki alçaq təxribatları davam edir”

Erməni tərəfi sərhəddə alçaq təxribatlara əl atır. Dəvət olunmuş avropalı müşahidəçilərin hərəkət marşrutundan xəbərdar olan Ermənistan Silahlı Qüvvələrinin komandanlığı Qarabağın işğalı illərində etdikləri hiylələri təkrarlayırlar. Müşahidəçilərin gəlişinə az qalmış erməni hərbçiləri komandanlığın əmri ilə və həmçinin təxribat törətmək məqsədi ilə Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tuturlar.

 

Bu barədə “Caliber” “Telegram” kanalı məlumat yayıb.

 

Məlumatda qeyd olunur ki, missiya nümayəndələri gələnə kimi Azərbaycan tərəfi də təbii ki, cavab atəşi açır.

 

“Müşahidəçilər ancaq Azərbaycan hərbçilərinin açdığı atəşi qeydə ala bilirlər. Bunun cavab atəşi olduğunu isə erməni təxribatçıları, təbii ki, onlara deməyəcək.

Təkrar edirik! Şərəfsiz Ermənistan ordusu işğal illərində də bu ucuz taktikaya əl atıb. O zaman onlar ATƏT müşahidəçilərini yanıltmağa çalışırdılar. Bu “hiylələr”in 27 sentyabr 2020-ci ildə nə dərəcədə kömək etdiyini hamımız yaxşı xatırlayırıq. Bu hiylələr bu dəfə də onlara kömək etməyəcək. Erməni tərəfini bir daha xəbərdar etmək lazımdır. Odla oynamağın nə ilə nəticələndiyini artıq bilirsiniz. Özünüzü riskə atmayın”, - deyə kanal qeyd edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Laçında bərpa işləri sürətlə davam edir"

Bakıya meydan oxuyan “sülhməramlılar”

DTX-nın NAXÇIVAN ƏMƏLİYYATI

Laçında məhv edilən erməni postundan GÖRÜNTÜLƏR

Fransızlar və amerikalılar ATƏT-in Minsk qrupunu dəfn etdilər

İranın anti-Azərbaycan xarakterli hərəkətləri

Əlisa Nicata maliyyə yardımı göstəriləcək

Fransa öz keçmişi ilə üzləşməli, bəşəriyyətdən üzr istəməlidir

İlk qar da yağdı

“Şuşa ili”nə həsr olunan “270-ci səhifə” - SƏNƏDLİ FİLM

Bəzi deputatlara yeni vəzifə veriləcək

Saakaşvili siyasətdən getdi

Ev alarkən geri qaytarılan min manatlar

Türkcə qabiliyyət imtahanına (TYS) start verilib

Məktəbdə istilik problemi