AKP-dən İranda polis zorakılığını pisləyən BƏYANAT

10:44 16-11-2022 | icon 268 | Siyasət
AKP-dən İranda polis zorakılığını pisləyən BƏYANAT

"Etirazların əsas səbəbi ictimai-siyasi dəyişiliklərə istiqamətlənmiş cəhddir"

 

“Son vaxtlar İran İslam Respublikasında yaşanan acı olaylar, İran hökumətinin öz xalqına qarşı zorakı addımları bütün dünyada insan dəyərlərinə qiymət verən qurumlar tərəfindən kəskin pislənilir”.

 

Versus.az xəbər verir ki, bu barədə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi verdiyi bəyanatında bildirilib. 

 

Belə ki, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi baş verən hadisələrlə əlaqədar öz narahatlığını bildirir və Tehranda, İsfahanda Şirazda, Zəncanda, Qüdsdə şiə müsəlmanları üçün müqəddəs şəhərlər hesab olunan Məşhəd və Qumda, o cümlədən İranın digər bölgələrində polislərin dinc nümayişçilərə qarşı törətdikləri vəhşilikləri kəskin pisləyib və bunun yolverilməz olduğunu bəyan edib.

 

“İranın müvafiq qurumları təcili olaraq demokratik dəyərlərə, insan haqlarına zidd olan bu davranışlara son qoymalı, öz vətəndaşlarına qarşı zorla danışmağı dayandırmalı, bu hadisələr zamanı dünyasını dəyişmiş insanların, maddi və mənəvi cəhətdən zərər çəkmiş vətəndaşların haqlarını tanımalı və minlərlə həbsə alınmış nümayişçiləri azadlığa buraxmalıdır. Sadə insanlara qarşı bu cür xoşagəlməz, qəddar, insan ölümü ilə nəticələnən hadisələr İslamın ali dəyərlərinin daşıyıcısı olan bir dövlətdə yolverilməzdir” -bayanata deyilib.

 

AKP sədri Rauf Qurbanov bildirib ki, İran İslam Respublikasında baş verən olaylar ümumxalq hərəkatıdır və etirazların əsas səbəbi xalqın iradəsinə zidd olan, ölkədəki ictimai-siyasi dəyişiliklərə istiqamətlənmiş cəhddir.

 

“Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi İİR-da də baş verən bu hadisələrdən ciddi narahatlığını ifadə edərək, İranın hakim dairələrindən tezliklə bu qanlı qarşıdurmalara son qoymasını, dinc əhaliyə qarşı zorakılıq aktlarını dayandırmasını tələb edir. Azərbaycan kommunistləri hesab edir ki, etirazçı qüvvələr hakimiyyətin zoru qarşısında əyilməyəcək və onlar beynəlxalq aləmdən aldıqları sağlam dəstək və enerji ilə öz haqlarına qovuşacaqlar”.

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Laçında bərpa işləri sürətlə davam edir"

Bakıya meydan oxuyan “sülhməramlılar”

DTX-nın NAXÇIVAN ƏMƏLİYYATI

Laçında məhv edilən erməni postundan GÖRÜNTÜLƏR

Fransızlar və amerikalılar ATƏT-in Minsk qrupunu dəfn etdilər

İranın anti-Azərbaycan xarakterli hərəkətləri

Əlisa Nicata maliyyə yardımı göstəriləcək

Fransa öz keçmişi ilə üzləşməli, bəşəriyyətdən üzr istəməlidir

İlk qar da yağdı

“Şuşa ili”nə həsr olunan “270-ci səhifə” - SƏNƏDLİ FİLM

Bəzi deputatlara yeni vəzifə veriləcək

Saakaşvili siyasətdən getdi

Ev alarkən geri qaytarılan min manatlar

Türkcə qabiliyyət imtahanına (TYS) start verilib

Məktəbdə istilik problemi