"Dövlət maraqları hər şeydən öndə olmalıdır"

12:12 16-11-2022 | icon 92 | Siyasət
"Dövlət maraqları hər şeydən öndə olmalıdır"

Ramil Hüseynov: "Nümunəvi xalqın içində vətəninə xəyanət edənlər də var"

 

"Məlum olduğu kimi, son zamanlar qonşu İran İslam Respublikasından Azərbaycana yönəlik əsassız, heç bir fakta söykənməyən ittihamlar səslənir. Tarix boyu şahlar, sərkərdələr, cəngavərlər, dövlət xadimləri yetişdirən odlar diyarı olan Azərbaycana aşağılayıcı münasibət sərgilənir. Müxtəlif pozucu diversiya xarakterli təxribatlara əl atılır. Halbuki, Azərbaycanda hər zaman islamın bütün dəyərlərinə xüsusi hörmət və etiram olub. Ateist sovet quruluşu belə, 70 il ərzində cəmiyyətimizi dindən, islamın ali dəyərlərindən uzaqlaşdıra bilmədi".

 

Bunu Versus.Az-a açıqlamasında Yeni Yol Partiyasının (YYP) sədri Ramil Hüseynov bildirib.

 

Partiya sədrinin sözlərinə görə, belə olan halda İran rəsmilərinin öz aləmlərində mənəvi tələblərini hər zaman ləyaqətlə qoruyan Azərbaycanı hansısa təhdidlə qorxuda bilməzlər:

 

"Təbii ki, bunun cavabı ölkə başçısı, cənab Ali Baş Komandan tərəfindən verildi. Ali Baş Komandanın Zəfər günü Şuşada etdiyi çıxış və verdiyi mesajlar qarşı tərəfə tutarlı cavab oldu. Ölkə ictimaiyyəti, bütün müxalifətli iqtidarlı hamsı həmrəylik nümayiş etdirdi, müdriklik göstərdi. Bu vətənə, millətə, keçmişimizə, gələcəyimizə olan ehtiram, hörmət və borcdur. Göstərilən həmrəylik o demək idi ki, babalarımızın bizə miras qoyduğu bu şanlı vətənə əl uzadanlar, dil uzadanlar yerinizi və kimliyinizi bilin. O üzdən, bütün bu xoş siyasi addımları alqışlıyırıq və siyasi təşkilat olaraq bunu dəstəkləyirik".

 

R.Hüseynov təəssuflə qeyd etdi ki, nümunəvi xalqın içində vətəninə, namusuna xəyanət edənlər də var:

 

"Bu millətin çörəyini yeyən, suyunu içənlər dövlət maraqlarınıı heçə sayaraq nəyinsə qarşılığında xarici xüsusi xidmət orqanlarına cəsusluq edən nanəcimlərdə var. Söhbət İran xüsusi xidmət orqanlarına işləyən xainlərdən gedir. Bunlar anlamaq istəmirlər ki, Azərbaycan qan bahasına, minbir məhrumiyyətlər hesabına müstəqilliyini qazanıb və qoruyub".

 

Partiya sədri vurğuladı ki, son günlər hüquq mühafizə orqanlarının, dövlətimizin təhlükəsizliyinə, müdafiə qabiliyyətinə təhdid yaradan, milli maraqlarımıza zərbə vurmağa çalışan İran xüsusi xidmət orqanlarına işləyən şəxslərin operativ və peşəkar əməliyat nəticəsində ifşa etməsi olduqca önəmli hadisədir:

 

"Bu yöndə görülən tədbirlər bir daha ölkəmizə qarşı bu addımları atmaq istəyənlərə dərs olmalıdı. Dövlət Təhlükəsizliyi Xidmətinin ölkəmizin suverinliyinə, müstəqilliyinə qarşı hazırlanan bu riyakar planların qarşısının alınması üçün atdığı addımları yuksək qiymətləndirir, ümumilikdə şərəflə, ləyaqətlə vətəni və dövləti, xalqı üçün çalışan bütün şərəfli məmurlara minnətdarlığımızı bildiririk.
Tanrı müstəqil Azərbaycanı, qalib xalqımızı qorsun".

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

7 yaşında “Bu torpağın yolunda Torpağa dönmək gərək” şerini söylədi, 19 yaşında torpağa dönüb, Vətən oldu...

"Üzvlərin sayı partiyanın fəaliyyətinə təsir etməməlidir"

"İllər boyu İsraillə bağlı dediklərim bu gün gerçəkləşdi"

Məmur həbsləri GÖZLƏNİLİR

Bu xəstəlik bəzən əlamətsiz də başlaya bilər

Paşinyanın “Çərçivə sazişi”, yoxsa sülhü pozma cəhdi

Diaspor Komitəsindən dünya azərbaycanlılarına MÜRACİƏT

“Orion” Ay ətrafında dövr etdi

6 il sonra Bakıda konsert verdi

Avropada daha bir müharibə - TƏHLİL

Rusiya çökür... Naxçıvan blokadadan çıxır... - VİDEO

Bakıya 12 metrlik avtobuslar gətirildi

Siyasi partiyalardan qanunun yeni redaksiyasına VS münasibət

 

Sağlamlıq məhdudiyyətli şəxslərin əl işləri sərgiləndi

Müharibə yenidən başlayır?