Fransanın növbəti riyakarlığı

17:27 16-11-2022 | icon 252 | Siyasət
Fransanın növbəti riyakarlığı

Rəşad Bayramov: “Ermənistan öz bəd əməllərini davam etdirməyə həvəslənəcək”

 

 “Fransa açıq şəkildə regionda separatizmi dəstəkləyən, hər fürsətdə Azərbaycan və Türkiyə əleyhinə mövqe orataya qoyan və bu mövqeni Avropa İttifaqı daxilində aktiv şəkildə təbliğ edən dövlətə çevrilib”.

 

Versus.az xəbər verir ki, bunu politoloq Rəşad Bayramov Fransa Senatında Azərbaycana qarşı qəbul olunan qətnamə ilə bağlı açıqlamasında bildirib.

 

Politoloq qeyd edib ki, Fransanın məlum mövqeyi uzun illərdir davam edir. Sadəcə əvvəllər bu ölkənin erməni sevgisindən qaynaqlanan addımları daha çox pərdəarxası şəkildə həyata keçirilirdisə Makronun hakimiyyətə gəlişi ilə vəziyyət dəyişib:

 

“Bu mövqenin arxasında təkcə Fransada erməni lobbisinin güclü olması dayanmır. Fransanın bu cür anti- Azərbaycan və anti- Türkiyə mövqeyi birbaşa Fransanın özünün rügiondakı maraqları ilə bağlıdır. Ermənistan isə Fransanın öz maraqlarını təmin etməsi üçün bir alətdir”.

 

Politoloq xatırladıb ki, Fransa prezidenti Emmanuel Makronun Vətən müharibəsi dönəmində Azərbaycana qarşı beynəlxalq rəy formalaşdırılması və cəza tədbirləri həyata keçirilməsi məqsədi ilə ciddi səylər göstərdiyi, Fransa Xarici İşlər Nazirliyinin ardıcıl şəkildə bəyanatlar verərək Ermənistanın işğalçılq siyasətini dəstəklədiyi uzaq tarix deyil və hər birimiz bunun şahidləriyik:

 

"Zamanında ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olaraq münaqişənin həlli ilə bağlı beynəlxalq vasitəçi rolunda iştirak edən və əslində tərəfsiz mövqe sərgiləməli olan Fransanın açıq-aşkar anti Azərbaycan mövqe sərgiləməsi rəsmi Parisin Ermənistanın Cənubi Qafqazda oynadığı pozuculuq roluna dəstək kimi qəbul etmək lazımdır. Başqa sözlə ifadə etsək Fransa Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasında maraqlı deyil və məhz bu baxımdan da Azərbaycana qarşı mövqe sərgiləməklə bir növ Ermənistana “qorxma biz səninləyik” müsajını verir və faktiki olaraq onları sülh prosesindən uzalaşdırır. Odur ki, məlum qətnamə Cənubi Qafqazdakı hərbi-siyasi vəziyyəti gərginləşdirməyə, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasının qarşısını almağa hesablanıb”.

 

R.Bayramov bildirib ki, Fransa Senatının məlum qətnaməsi iki ildir ki, 10 noyabr Bəyanatına əməl etməyən, davamlı olaraq ölkəmizə qarşı terror və təxribatçılıq siyasəti həyata keçirən Ermənistanı öz bəd əməllərini davam etdirməyə həvəsləndirəcək, qarşıdurma meyllərini gücləndirəcək:

 

“Senatın bu qətnaməsi Fransanın ədalət anlayışının nə qədər qüsurlu olduğunu göstərir. Otuz illik erməni işğalı dövründə yüz minlərlə azərbaycanlının vətənindən didərgin salınmasına, təməl insani haqlarından məhrum edilməsinə, minlərlə soydaşımızın ermənilər tərəfindən qətlə yetirilməsinə, amansız işgəncələrə məruz qalmasına göz yuman Fransanın Azərbaycanı ittiham etməsi, vaxtı ilə ermənilərin Qarabağda yaratdığı qondarma qurumun müdafiəsinə qalxması tarixi riyakarlıq və absurd kimi dəyərləndirilməlidir. Təcavüzə məruz qalan Azərbaycanın deyil, terrorçu Ermənistanın yanında yer alan və onun ölkəmizə qarşı ərazi iddialarını dəstəkləyən Fransa, bununla beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozmaqda, erməni faşizmini açıq şəkildə müdafiə etməkdədir. Və məlum olduğu kimi bu ilk hal da deyil. Bundan əvvəl də Fransa senatı tərəfindən 2020-ci il noyabrın 25-də və Fransa Aşağı Palata Milli Assambleyası tərəfindən 2020-ci il dekabrın 3-də Azərbaycan Respublikasının əleyhinə qətnamələr qəbul edilmişdi. Bu qətnamələr faktiki olaraq Azərbaycana qarşı siyasi baxımdan təzyiq göstərilməsinə cəhd kimi qəbul olunmalıdır”.

 

Politoloq qeyd edib ki, Fransa Azərbaycana qarşı təkcə siyasi və hüquqi çərçivədə diskriminasiya etmir. Fransada yaşayan radikal erməni qruplarının Azərbaycanın Parisdəki səfirliyinə qarşı dəfələrlə hücumu və Fransanın bunun qarşısını almaq üçün heç bir tədbir görməməsi onların erməni vandalizmini himayə etməsi, Azərbaycana qarşı açıq düşmənçilik mövqeyi tutduğunu bir daha sübut edir:

 

“Qəbul olunmuş qətnamə tövsiyyə xarakterlidir və praktiki mərhələdə işləyəcəyi gözləntisi azdır, xüsusilə Avropa üçün həyati əhəmiyyət kəsb edən enerji resursları baxımından. Rusiyanın enerji daşıyıcılarından azad olmaq istəyən Aİ-nin siyasi mərkəzi Azərbaycandan neft və qaz alışında maraqlıdır. Fransanın təkbaşına embarqo qərarını isə bizim üçün elə bir əhəmiyyəti yoxdur, çünki Azərbaycanın qaz və nefti Fransaya ixrac olunmur. Rəsmi Bakı bu istiqamətdə Cənub Şərqi Avropa ölkələri və İtaliya ilə əməkdaşlıq edir. Qətnamədə qeyd olunan və “Dağlıq Qarabağ” adlı qondarma qurumun müstəqilliyinin tanınması ilə bağlı çağırışlara da Avropa İttifaqı ölkələrinin qoşulması inandırıcı deyil. Çünki, həmin ölkələr Qarabağın Azərbaycan ərazisi olduğunu qəbul edirlər və bununla bağlı dəfələrlə də mövqe bildiriblər.

Odur ki, qəbul olunmuş Qətnamə yalnız siyasi mahiyyət daşıyır və rəsmi Bakının da buna uyğun addımlar atması şərtdir. Buraya Fransaya rəsmi Nota verilməsindən tutmuş, Ermənistanla aparılan danışıqlarda Fransanın hər hansı bir formada itirakından imtina olunmasının rəsmi şəkildə elan olunmasına qədər müxtəlif addımlar aid edilə bilər. Bununla yanaşı rəsmi Bakı Korsika adasının öz müqəddəratını təyin etməsi ilə bağlı qətnamə də qəbul edə bilər”. /hafta.az/

 

T.Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Laçında bərpa işləri sürətlə davam edir"

Bakıya meydan oxuyan “sülhməramlılar”

DTX-nın NAXÇIVAN ƏMƏLİYYATI

Laçında məhv edilən erməni postundan GÖRÜNTÜLƏR

Fransızlar və amerikalılar ATƏT-in Minsk qrupunu dəfn etdilər

İranın anti-Azərbaycan xarakterli hərəkətləri

Fransa öz keçmişi ilə üzləşməli, bəşəriyyətdən üzr istəməlidir

Əlisa Nicata maliyyə yardımı göstəriləcək

İlk qar da yağdı

“Şuşa ili”nə həsr olunan “270-ci səhifə” - SƏNƏDLİ FİLM

Bəzi deputatlara yeni vəzifə veriləcək

Saakaşvili siyasətdən getdi

Ev alarkən geri qaytarılan min manatlar

Türkcə qabiliyyət imtahanına (TYS) start verilib

Məktəbdə istilik problemi