Adını İmam Hüseyn, imam Əli yolçusu qoyan İran rejimi...

17:41 16-11-2022 | icon 152 | Cəmiyyət
Adını İmam Hüseyn, imam Əli yolçusu qoyan İran rejimi...

"Bu gün İranın daxili, ideoloji siyasəti, imperiya siyasətidir"

 

Azərbaycan dövləti və xalqı işğalçı Ermənistan üzərində əldə etdiyi Zəfər tarixini böyük təntənə ilə qeyd etməklə, o yolla davam edir. Belə bir vaxtda bəzi dövlətlərin qısqanc, aqressiyalı davranışlarını da müşahidə etməkdəyik. İşğalçı Ermənistanın sərhəd bütövlüyünü özünün qırmızı cizgisi adlandıran İran molla rejimi bu dəfə ölkəmizi terrorda ittiham etməklə neqativlər püskürməkdə davam edir. Bir şiyə, müsəlman dövlətinin müsəlmanın, haqqın-ədalətin yanında deyil, dini etiqadı bir kənara qoysaq, məhz  işğalçının, cinayətkarın, haqsızın yanında olması birmnalı qarşılana bilməz və bu özlüyündə nəyi bizə anladır?

 

Versus.az xəbər verir ki, bu istiqamətdə müsahibə verən ilahiyyatçı Tural İrfan İranda hökm sürən rejimlə bağlı mühüm nüanslara toxunub.

 

- Tural bəy, Azərbaycanın işğalçı Ermənistan üzərində 44 günlük zəfərindən sonra İranın ölkəmizə qarşı hədələri, işğalçını dəstəkləyən mesajları daha açıq şəkil aldı. İran molla rejiminin bu siyasətinin mahiyyəti nədir?

 

- Əvvəla qeyd edim ki, siyasi rəqabətin dünyada tüğyan etdiyi çətin bir zamanda nataraz qonşuların əhatəsində torpaq azad etmək, bizim üçün şanlı bir bayramdır, zəfərdir. Bu zəfər tarixə qızıl hərflərlə yazılacaq. 30 il idi ki, torpaqlarımız işğal olunmaqla yanaşı, insanlarımız soyqırıma məruz qalmış, öz yurdundan qaçqn-köçün salınmiş və tarixi mədəniyyət abidələrimiz yer üzündən silinmişdi. Bu gün biz həm də viran qoyulmuş o torpaqlarımızı bərpa edirik.

Azərbaycan öz haqq işində qalib gəldi. Amma İran kimi bəzi dövlətlər də məsələnin baş verməsində səbəbkarlardan biri kimi təsdiq olunur. Qarabağ münaqişəsinin baş qaldırmasında bilavasitə maraqlı olan İran kimi dövlətlər bu gün məsələnin həllindən narahat  olublar və açıq-aşkar Azərbaycana qarşı düşmənçiliklərini və kin -küdurətlərini nümayiş etdirirlər. Ancaq bütün dünya bilir ki, Azərbaycan xalqı tolerant, digər mədəniyyətlərə çulğalaşan mədəniyyətə sahib olub, islam mədəniyyətinə, xristian mədəniyyətinə daim tolerant yanaşıb. Bu gün bizim ölkəmizdə digər xalqlar və icmalar yaşayır. Buna baxmayaraq İran bizə başqa mövqedən yanaşır. Bu da İran xalqının rəyindən qaynaqlanmır, İranın  bu günkü rejiminin təəsübkeşliyindən və onların apardığı siyasətin mənfur olmasından qaynaqlanır. Adını “islam” qoyan bir dövlət, ermənilərin, daşnaqların tərəfində durur. Adını İmam Hüseyn, imam Əli yolçusu qoyan İran rejimi bu gün məhz Həzrət Əlinin, əhli beytinin davamçılarının məzarını dağıdan, məscidlərimizə donuz salan, islam mədəniyyətini təhqir edən bir qövmə arxa-dayaq durur. 

İran Konstitusiyasında yazır ki, İran İslam Cumhuriyyəti dünayada olan bütün islam abidlərinin, məscidlərin bilavasitə mühafizəkarı və qoruyucusudur. Hətta Suriyada xanım Zeynəbin hərəmgahını qorumaq, Kərbəlada, İraqda imamların məzarlıqlarını qorumaq üçün cürbəcür adamları toplayıb ora aparırdılar. Bəs İran Azərbaycanda-Qarabağda yerləşən seyidlərin, peyğəmbər övladlarının məzarlarını dağıdanlara qarşı niyə bircə dəfə də olsun səsini çıxartmadı. Burdan da görünür ki, İran islam bayrağı altında anti-islam təbliğatı həyata keçdirdir.

 

- İranın özündə şiyəçiliyə münasibət necədir?

 

- Əvvəla qeyd edim ki, şiyəçiliyin bir çox qolları var. Biz “şiyə” deyəndə yalnız bir təriqət nəzərdə tuturuq. Amma şiyəliyin 70-80-ə yaxın qolları var. Məsələn, Yəmən şiyələri Zeydidir, Pakistan -Hindistan şiyələri İsmayili məzhəbindədir,  Azərbaycan-İran ərazisində olan şiyələrin hamısı 12 imam , İmam Cəfəri məshəbindədir. Ancaq İranın bu gün ortaya qoyduğu şiyəlik adı altında görünən məsələ əsala islam dininə, imam Cəfər Sadiqin yoluna, şiyəliyə aid olmayan bir məsələdir. Bu konkret olaraq İran molla rejimi sadcə imamların, əhli-beytin İmam Cəfər Sadiqin adı altında qədim fars milliyyətçiliyindən doğan öz ənənəvi imperialist siyasətini həyata keçirdir. Bir növ əhli-beyti, imamları da əllərində bayraq ediblər. Bu gün İran xalqının özü İran rejiminin başında duran mollalara, ayətullahlara üsyan edir. Əgər onlar əsl əhli-beytin yolunu tutsaydılar əhali onlara qarşı çıxardımı. Təsəvvür edin ki, Quranı Kərimdə bir ayə var; Allah Peyğəmbərə buyurur ki, sən qövmünə de ki, onların bütlərini təhqir etməsinlər. Əks halda onlar da sizin Allahınızı təhqir edərlər. Yəni hətta kafir də olsa, ona qarşı hədi gözləmək lazımdır. İran molla rejimi islam bayrağı altında əhalini necə sıxıb, necə islam dinindən iyrəndirib ki, vaxtilə hicab uğrunda inqilab edən insanlar, bu gün həmin hicabı ayaqlar altına atırlar. Üstünə Allah yazılan islam bayrağını ayaqlar altına atıb yandırırlar, təhqir edirlər. Məhz İran rejimi vəziyyəti özü bu həddə gətirib. Həmin  inqilab zamanı əslən Təbrizdən olan inqilabın əsas banisi olan ayətullah Məmməd Kazım -Şəriəti Mədari bir təklif irəli sürmüşdü. O inqilabın əsas amalı bu idi ki, Azərbaycana muxtariyyat verilsin. Azərbaycanın dili azad olmalı, Azərbaycan dilində məktəblər açılmalı idi. Bu gün milli fəallar Cənubi Azərbaycanda nəyi tələb edirlərsə, həmin ayətullah Şəriət Mədari də bunu tələb edirdi.  Amma hakimiyyətə başqa adamlar gəldi və Məmməd Kazım şəriət mədarinin də adına Amerikanın agenti damğası vurub aradan götürdülər. Bu rejim əsla islama uyğun olmayan, əslində islam adına ləkə olan bir sistemdir.

 

- Qafqazın Şeyxi Alahşükür Paşazadə özü belə bir fikir işlədib ki, İran şiəliyi Xomeyniliyi təbliğ edir və  bundan da şiyə məzhəbinə məxsus insanların yaşadığı ölkələrə təsir gücünü artırmaq üçün yararlanır...

 

- Şeyülislam Allahşükür Paşazadənin o fikrinə qatılıram ki, əsil şiyəlik tamam başqadır. O, “Xomeneyi şiyəliyi” fikrini doğru vurğulayıb. Bu onların özünəməxsus bir şəkildə, siyasi, amma  din pərdəsi ilə yürütdükləri mənfur siyasətdir. Müsəlman olan, Həzrət Əli , Həzrəti Hüseyn kimi haqq-ədalət yolunda övladlarını, ailəsini qurban vermiş insanın yolunda olan bir şəxs, bir idarəçilikMəscid dağıdan, körpə öldürən, qadınların qarnını yırtan, insanların dərisini soyan, işğalçı siyasət yürüdən və isalama zərbə vuran bir erməninin yanında necə ola bilər. Bu mümkün deyil. Ona görə də mən şeyx həzrətlərinin o fikrinə qatılıram.

 

- Azərbaycanda İranın cəsus şəbəkəsinin fəaliyyətindın çox danışılır, onların ifşa olunması yönündə hansı müşahidələriniz var?

 

- Tarixdə Ələmud qalasında Həsən Səbbah Həşşaşilər rejimi olub. O Qum əsilli bir fars olub və o, səlcuqlu hakimiyyətinə qarşı terror  aktları həyata keçirdib. Bu uzun müddət davam edib və Hülaki hakimiyyəti dövründə onun davamçılarının sayəsində qalanı fəth edə biliblər. Ona görə də mən cəsusluq məsələsi gündəmə gələndə həmişə Həsən Səbbahın fədailərini xatırlayıram . Eynilə o dövrdə də agentlər yetişdirilmiş, səlcuqlar dövlətinə sızırmışlar. Hətta yuxarı rəhbərliyə keçib 20-25 il özlərini gizlədirmişlər. Buna həmin sistemdə təqiyə deyirlər. Və mesaj, əmr gələndə də təxribatlar törədirmişlər. Məhz İranın Azərbaycanda yetişdirdiyi şəxslər Həsən Səbbahın vaxtıilə səlcuqlara qarşı yetişdirdiyi cəsus şəbəkəsidir ki, bu gün Azərbaycanda müxtəif təşkilatlarda, müxtəlif qurumlarda, demək olar ki, Məscidlərin hamısında mövcuddur. İran, İran İslam İnqilabını xias etmək onu qonşulara, Azərbaycana, Türkiyəyə də yaymaq istəyir. Ona görə də bu günlərdə İran rəsmiləri bəyanat veriblər ki, Qars, İqdır torpaqları İran torpaqlarıdır. Ona görə də İranın cəsus şəbəkəsi, Suriyada, İraqda, Yəməndə  bütün müsəlman ölkələrində  mövcudur. O cəsus şəməkəsi bizim Rusiyada yaşayan azərbaycanlılar arasında çox yayılıb, Gürcüstanda, Borçalıda Azərbaycan əhalisini demək olar ki, İran idarə edir. Aşura  mərasiməlrində anti Azərbaycan, anti-türk təbliğatı aparırılar. Özləri də qeyd edirlər ki, guya azərbaycanlılar türkdili farslardır. İran şəbəkəsinə qarşı çox ciddi şəkildə mübarizə aparılmalıdır. Erməni bizim açıq düşmənimizdir və açıq savaşırıq. Amma İran bizə üzdə dost olub, arxada düşmənçilik siyasti aparır. Ona görə də bizim təsir altında olan adamarın şüuruna yeridilməlidir ki, həqiqətən də əsl din, əsl islam bu deyil. Din adı altında bizim cahil insanların şüuruna siyasi məsələlər yeridirlər. İslam bir dindir.  İslam Partiya deyil, siyəsət deyil. Ona görə də islam dini adı altında aparılan bütün siyasi cərəyanlar tənqidə layiqdir. Çünki o vaxt, hələ Şəriəti Mədari buyururdu ki, gəlin dini hakimiyyət qurmayaq, dinə azadlıq verək.  Deyirdi ki, biz sabah hakimiyyət olaraq devriləndə, din də bizimlə bərabər hörmətdən düşəcək, təhqir olunacaq. Necə ki, bu gün o baş verir. İranda hicab təhqir olunur, bu gün insanlar dinə nifərət edir. Ona gərə də unutmayaq ki, bu gün İranın daxili, ideoloji siyasəti, imperiya siyasətidir. Bunlar islam adı altında Fars İmperiyası qurmaq istəyir. İran İslam İnqilabının da ixracı bununla bağlıdır. İnanıram ki, bu siyasət tək Azərbaycana qarşı deyil, digər müsəlman, türk dövlətlərinə qarşıdır. /hafta.az/

 

T.Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

7 yaşında “Bu torpağın yolunda Torpağa dönmək gərək” şerini söylədi, 19 yaşında torpağa dönüb, Vətən oldu...

"Üzvlərin sayı partiyanın fəaliyyətinə təsir etməməlidir"

"İllər boyu İsraillə bağlı dediklərim bu gün gerçəkləşdi"

Məmur həbsləri GÖZLƏNİLİR

Bu xəstəlik bəzən əlamətsiz də başlaya bilər

Paşinyanın “Çərçivə sazişi”, yoxsa sülhü pozma cəhdi

Diaspor Komitəsindən dünya azərbaycanlılarına MÜRACİƏT

“Orion” Ay ətrafında dövr etdi

6 il sonra Bakıda konsert verdi

Avropada daha bir müharibə - TƏHLİL

Rusiya çökür... Naxçıvan blokadadan çıxır... - VİDEO

Bakıya 12 metrlik avtobuslar gətirildi

Siyasi partiyalardan qanunun yeni redaksiyasına VS münasibət

 

Sağlamlıq məhdudiyyətli şəxslərin əl işləri sərgiləndi

Müharibə yenidən başlayır?