Millət vəkili Azərbaycan əleyhinə dezinformasiya yayan KİV və siyasətçiləri tənqid edib

16:05 23-01-2019 | icon 189 | Siyasət
Millət vəkili Azərbaycan əleyhinə dezinformasiya yayan KİV və siyasətçiləri tənqid edib

 

Qənirə Paşayeva: “Yanlış xəbərlərin qloballaşması və onların kommersiya məqsədilə istifadəsi olduqca təhlükəlidir”

 

 

Bu gün AŞPA-da “Dezinformasiya və propaqanda kontekstində ictimai media xidməti” adlı qətnamə layihəsi ətrafında müzakirələr aparılıb.

 

Versus.Az-ın məlumatına görə, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, Azad Demokratlar Qrupunun vitse-prezidenti, millət vəkili Qənirə Paşayeva çıxış edərək Avropa ölkələrində Azərbaycan əleyhinə dezinformasiya yayan KİV və siyasətçiləri, o cümlədən AŞPA-da bu cür addımlar atan siyasətçiləri kəskin tənqid edib və dezinformasiyalarla mübarizədə ikili standartlar olmamalıdır deyib:

 

“Müasir dünyada yanlış xəbərlərin dövlətlər və cəmiyyətlər üçün ciddi təhlükəyə çevrilməsi hamımızı ciddi narahat etməlidir. Yanlış xəbərlər insanlara, sosial qruplara, təşkilatlara və ölkələrə ciddi ziyan vurur və fəaliyyətlərinə təhlükə yaradır. Yanlış xəbərlərin qloballaşması və onların kommersiya məqsədilə istifadəsi olduqca təhlükəlidir. Bu gün əksər hallarda yanlış xəbərlərdən siyasi kampaniyalar üçün alət kimi istifadə edilir. İnsanlar “dezinformasiya hücumu”na məruz qalırlar. Təhlükəli dezinformasiya meyillərindən yaxa qurtarmaq üçün dəqiq siyasət hazırlanıb həyata keçirilməlidir. Bu mübarizədə hər birimiz fəal iştirak etməliyik. Yanlış xəbərlərin yayılmasının qarşısının alınması, onlarla mübarizədə ənənəvi KİV-lərin, informasiya agentliklərinin üzərinə mühüm vəzifələr düşür. Hər bir xəbər ciddi şəkildə yoxlanılmalıdır.  İnformasiyanın dəqiqliyini yoxlamaq jurnalistin borcudur. Saxta xəbərlərlə mübarizədə, onların yayılmasının aradan qaldırılmasında dünyanın aparıcı KİV-ləri daha sıx əməkdaşlıq etməlidir.   Sosial şəbəkələrin geniş yayıldığı indiki dövrdə dezinformasiyalara qarşı mübarizə aparmaq olduqca çətindir. Ona görə də bu istiqamətdə səylərimizin birləşdirilməsinə ciddi ehtiyac var. 

 

    Təəssüf ki, bu gün mətbuat, söz azadlığı adı altında dezinformasiya yayan KİV-lər və jurnalistlərin sayı artır. Bu, çox təhlükəlidir və bu cür halları cəmiyyətə qarşı terror da adlandırmaq olar. Ona görə də hesab edirəm ki, bu cür hallara qarşı birgə mübarizə aparılmalıdır və biz bu istiqamətdə mübarizə tədbirlərini dəstəkləyirik. Mənim ölkəm Azərbaycan bu məsələlərə ciddi önəm verir, dezinformasiyalara qarşı mübarizə aparır və bu istiqamətdə beynəlxalq təşəbbüsləri daim dəstəkləyir. Çünki Azərbaycan dezinformasiyalardan ən çox əziyyət çəkən ölkələrdən biridir. Məsələn, elə Avropanın bir sıra KİV-lərində dəqiq olmayan faktlar, yanlış məlumatlar əsasında Azərbaycana qarşı çox sayda dezinformasıyalara yol verilir. Və bu dezinformasiyaların əksəriyyəti məqsədli olaraq yayılır. Bir sıra siyasi güclərin, diaspor və lobbilərin, bəzi şirkətlərin maraqları çərçivəsində həyata keçirilən bu dezinformasiyaların məqsədi Azərbaycanın dünyadakı imicinə zərbə vurmaq, təzyiq göstərməkdir. Və təssüf ki bu dezinformasiyalar Azərbaycanda olmayan, ölkəmiz haqqında geniş bilgilərə sahib olmayan bir çox insanlarda yanlış düşüncənin formalaşmasına da səbəb ola bilir.Və bu bizi ciddi narahat edir. Əziz dostlar, biz dezinformasiyalarla fəal mübarizə aparmaq istəyiriksə o zaman məsələn elə ilk öncə təmsil olunduğumuz bu təşkilatdan başlamalıyıq.  Təssüf ki sadəcə KİV-lər, jurnalistlər, sosial şəbəkələr deyil bəzi siyasətçilər də bəzi ölkələrlə bağlı dezinformasiyaların, yanlış məlumatların yayılmasında fəal rol oynayırlar. Biz  Azərbaycana qarşı bu cür addımların burada dəfələrlə şahidi olmuşuq və biz hansı ölkəyə qarşı söylənilməsindən asılı olmayaraq dezinformasiyalara qarşı sərt mübarizə aparmalıyıq. Burada ikili standartlara yol vermək olmaz. Dəyərli həmkarlarım,terror təşkilatlarının, terroru dəstəkləyən qrupların, radikallığı, nifrəti, islamafobiyanı və antizemitizmi gücləndirən qrupların sosial media və şəbəkələrdə artan fəallığı da hamımızı ciddi narahat etməlidir. Dezinformasiyalarla mübarizədə bəzi məsələlərdə olduğu kimi ikili standartlara yol verilərsə mübarizə tam effekli olmayacaq.  Dəyərli həmkarlarım, yanlış məlumatlandırma siyasətinin xalqları, ölkələri, dinləri bir-birinə qarşı qoymaq, münaqişələri alovlandırmaq, çaşqınlıq, vahimə, nifrət yaratmaq kimi təhlükələrindən ciddi narahat olmalıyıq. Azərbaycanda VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində “Yanlış məlumatlandırma siyasəti – müasir dünyada sabitliyə təhdid” mövzusunda önəmli tədbir keçirildi. Hesab edirik ki, bütün üzv ölkələrdə jurnalistlər, siyasətçilər və gənclərin iştirakı ilə bu mövzuda çoxlu sayda tədbirlərin, müzakirələrin keçirilməsinə, cəmiyyətlərin bu mövzularda geniş maarifləndirilməsi kimi tədbirlərin də artmasına cidi ehtiyac var”.

Xəbər lenti

Ölkənin firəvanlığını, gələcəyinı qurban verməyə hazır olanlar...

Əli Əhmədov: "Elələri milli qüvvələrin sərt təpkisinə tuş gəlməlidirlər"

Jurnalistin qardaşının evi yenə qarət edildi

Ali məktəblərin boş qalan plan yerlərinə və kolleclərə qəbulun nəticələri açıqlanıb

Taxıl sahəsində başlayan yanğın alma bağlarına keçib

Dövlət komitəsi Məhərrəmlik ayı ilə bağlı müraciət etdi

Bakı-Naxçıvan-Bakı marşrutu ilə sərhədkeçmə prosesi asanlaşdı

19 yerdə məktəb yarmarkası fəaliyyətə başlayıb

Nazir Türkiyə tərəfinə təşəkkür edib

AXH: Hakimiyyətdən bu cür siyasətinə son qoymasını tələb edirik

Qənirə Paşayeva Ümumdünya Qadın Sammitinin prezidenti ilə görüşüb

Deputat Qusarda sərhəd mühafizəçiləri ilə görüşüb

"Asma körpü"nün bərpasi ücün rayon rəhbərliyinə müraciət edirəm

Ulu öndər Heydər Əliyevin yaxın dostu Osman Gezekerin ailəsi Azərbaycana təşəkkür etdi

Millət vəkilinin tanınmış qadın siyasətçiləri, QHT, KİV, təşkilat rəhbərləri ilə görüşü davam edir

AXH Qurultaya hazırlaşır

Qənirə Paşayeva Kamerun, Nigeriya və Konqonun qadın nazirləri ilə görüşüb

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

“Qocalmadan problemi həll etmək istəyirsinizsə, mənim hakimiyyətə gəlməyimə sizlər də yardımçı olun” - MÜSAHİBƏ-3

MÜBARİZ MƏNSİMOVUN SUÇU

 

 

“Bu, düz bağırsaqda bədxassəli şişin yaranma riskini 9 % artırır”

Restoran və kafelərdə siqaret çəkənlərə ağlasığmaz CƏRİMƏ

Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi mərhələsi yekunlaşıb

AXH Qurultaya hazırlaşır

AXH: Hakimiyyətdən bu cür siyasətinə son qoymasını tələb edirik

5 addımda arıqlama

Kənddə qulyabani ovu: həmin “naməlum varlıq” bu dəfə Çiyni sakinlərini “təqib edir” - FOTO

Ermənilər mövqelərimizi atəşə tutdu

"Asma körpü"nün bərpasi ücün rayon rəhbərliyinə müraciət edirəm

Azərbaycanın hərbi qulluqçuları Moskvada mükafatlandırılıb

Qənirə Paşayeva Kamerun, Nigeriya və Konqonun qadın nazirləri ilə görüşüb

Millət vəkilinin tanınmış qadın siyasətçiləri, QHT, KİV, təşkilat rəhbərləri ilə görüşü davam edir

Ulu öndər Heydər Əliyevin yaxın dostu Osman Gezekerin ailəsi Azərbaycana təşəkkür etdi