“Onlara kömək etmək Türk Dövlətlərinin borcudur”

17:58 16-11-2022 | icon 164 | Tarix
“Onlara kömək etmək Türk Dövlətlərinin borcudur”

Qasım Hacıyev: “Ermənilərin vətənləri olmayıb, özlərinə "hay", "erməni" deyərək çoxlu əsərlər yazıblar"

 

Azərbaycan Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilən IX Zirvə görüşündə çıxışı zamanı dediyi - Hesab edirəm ki, Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatıb-fikirləri ölkə ictimaiyyəti tərəfindən maraqla qarşılanmaqla yanaşı, verilən böyük bir mesaj kimi dəyərləndirilməkdədir. Qeyd edək ki, Prezident həmin çıxışında bildirib ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti öz ana dilində təhsil almaq imkanından məhrumdur. Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir.

 

"Biz acı taleyin hökmü ilə Azərbaycan dövlətindən ayrı düşmüş soydaşlarımızın dilimizi, ənənələrimizi, mədəniyyətimizi qoruyub saxlamaları, azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi Vətənləri ilə əlaqələrinin heç vaxt kəsməmələri üçün səylərimizi davam etdirəcəyik”-deyə Prezident böyük bir yola imza atıb.

 

Prezidentin Türk Dövlətləri Təşilatının Zirvəsində etdiyi bu çıxış dünya azərbaycanlılarına və onların haqını pozanlara hansı mesajdır və qarşıya hansı tələbləri qoyur?

 

Versus.az xəbər verir ki, bu istiqamətdə açıqlama verən tarixçi-alim, professor Qasım Hacıyev Prezidentin bu çıxışını son dərəcə əhəmiyyətli və yüksək dəyərləndirib.

O, bildirib ki, dünyada baş verən hadisələr içərisində bir xalqın bir neçə yerə parçalanması, bəzilərinin dövlətçiliyini itirməsi bugünkü zamanda ən açınacaqlı sayılan hallardan biridir. Bəzi xalqlar dövlətçiliyini itirib, bəziləri ayrı-ayrı hissələrə bölünüb və başqa dövlətlərin tərkibində qalıblar.

 

Professor tarixdə bu haqda kifayət qədər faktların olduğunu önə çəkib və hesab edir ki, bu hadisələri analiz edib mülahizələr aparmaq çox maraqlı nüansları ortaya çıxara bilər:

 

“Öz dövlətindən ayrı düşən, yaxud dövlətçiliyi olmayan xalqlardan biri də Cənubda İran dövləti ərazisində yaşayan azərbaycanlılarıdır. İranda farsların məsləhəti ilə onlara “türk” deyirlər. Çünki  "türk" deyəndə məkan, zaman, vətən  nəzərdə tutulmur”.

 

Q.Hacıyev ermənilərin yalanlarla özlərinə necə tarix yaratmaları məqamına da diqqət çəkib:

 

“Ermənilərin vətənləri olmayıb və onlar özlərinə "hay", "erməni" deyərək çoxlu əsərlər yazıblar. Sonra başa düşüblər ki, bunlar yalnız xalqı ifadə edir. Sonra yazılan kitablarda “erməni”, “hay” sözlərinin əvvəlinə "tarix" də əlavə elədilər. Artıq "ermənilər" yox, "ermənistan", yaxud da "ermənistan tarixi" yazmaqla öz saxtakarlıqlarını başqa formada təqdim etdilər”.

 

Professor, Prezidentin Zirvə görüşündə dediyi kimi faktiki olaraq Türk Dövlətləri Təşkilatının üzvü olan dövlətlərin sayından əlavə dünyada dövətçiliyi olmayan türklərin yaşadığını və onların içərisində ən acınacaqlısının İran ərazisində yaşayan cənubi azərbaycanlılar olduğunu önə çəkib:

 

“SSRİ dövründə Sibirdə yaşayan o xalqların çoxu assimliyasiya olunub. SSRİ dağılan dövrdə bəziləri özlərinin müstəqilliklərini bərpa etsə də, amma yenə də ayrı -ayrı dövlətlərin tərkibində olanlar da var. Uyqurların yaşadığı Çində və digər ərazilərində, Rusiyanın böyük ərazilərində türklər yaşayır ki, bunların dövlətçiliyi yoxdur. Amma bunların içərisində ən acınacaqlı vəziyyətdə olanı İranda yaşayan azərbaycanlılarıdır.  Biz onları heç vaxt unutmuruq. Azərbaycandan söhbət gedəndə ya “Şimali Azərbaycan”, ya da Azərbaycan Respublikası deyirik. Dövlətin adı çəkiləndə onun bir hissəsinin də cənubda olduğu xatırlanır, yaddan çıxmır. Onlar bugünkü günə qədər öz mədəniyyətini, ənənəsini, dilini saxlamış Azərbaycan türkləridir.  “Azərbaycan” sözü onların üzərində olmalıdır. Ona görə ki, şimalda Qaradağdan, Təbrizdən, Ərdəbil, Astaradan tutmuş, cənubda Makuya, Urmuyaya qədər olan böyük ərtazi Azərbayacn türklərinin yaşadığı yerlərdir. Amma bu gün bunarın nə muxtariyyatı var, nə vilayət hüququ var, nə dili, nə dilində olan yazı, radio, televiziya, mədəniyyət mərkəzləri yoxdur. İranda olan 400 min erməniyə hər cür şərait yaradılıb, amma Azərbaycam türklərinə heç bir şərait yaradılmır”. 

 

Q.Hacıyev bütün bunların hamsını nəzərdə tutaraq cənab Prezidentin Səmərqənddəki Zirvə görüşündə bu barədə dediyi fikirləri mühüm hadisə adlandırıb:

 

“Həqiqətən də biz də bir tarixçi kimi qeyd etməliyik ki, tarixi, mədəniyyəti bəlli olan türklərin təəssübünü çəkmək onların firavan yaşaması üçün onlara kömək etmək dövləti olan Türk Dövlətlərinin borcudur.  O cümlədən, Avropanın içərisində böyük nüfuz qazanmış Türkiyə Cumhuriyyəti, son dövrlərdə bölgədə böyük güclə ortaya çıxmış Cənubu Qafqazın aparıcı dövləti olan Azərbaycan Respublikası, eyni zamanda Orta Asiya və Qazaxıstan, dövləti olmayan türklərə hər cür yardım göstərməyə borcludur. Türk Dövlətləri Təşkilatı bu məsələləri nəzərə almalı və bunu özünün tədbirləri sırasına salmalı və imkanları daxilində dünya türklərinə öz haqlarını bərpa etmələri, qorumaları üçün yardımlarını göstərməlidir”. /hafta.az/

 

T.Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Laçında bərpa işləri sürətlə davam edir"

Bakıya meydan oxuyan “sülhməramlılar”

DTX-nın NAXÇIVAN ƏMƏLİYYATI

Laçında məhv edilən erməni postundan GÖRÜNTÜLƏR

Fransızlar və amerikalılar ATƏT-in Minsk qrupunu dəfn etdilər

İranın anti-Azərbaycan xarakterli hərəkətləri

Fransa öz keçmişi ilə üzləşməli, bəşəriyyətdən üzr istəməlidir

Əlisa Nicata maliyyə yardımı göstəriləcək

İlk qar da yağdı

“Şuşa ili”nə həsr olunan “270-ci səhifə” - SƏNƏDLİ FİLM

Bəzi deputatlara yeni vəzifə veriləcək

Saakaşvili siyasətdən getdi

Ev alarkən geri qaytarılan min manatlar

Türkcə qabiliyyət imtahanına (TYS) start verilib

Məktəbdə istilik problemi