“Antiterror əməliyyatı zəruridir”

18:15 16-11-2022 | icon 170 | Qarabağ
“Antiterror əməliyyatı zəruridir”

Üzeyir Cəfərov: "Azərbaycan bu məsələdə gecikir"

 

“Birmənalı olaraq antiteror əməliyyatının keçirilməsini zəruri və qaçılmaz hesab edirəm. Biz hətta gecikirik. Kimsə danışıqlar yolu ilə Ermənistanın sülhə gələcəyinə ümid edirisə, mən bunun perspektivini görmürəm. Erməni yalnız dəmir yumuruqdan, gücdən anlayır”.

 

 

Versus.az xəbər verir ki, bunu hərbi ekspert Üzeyir Cəfərov erməni silahlı qüvvələrinin Xocavənd istiqamətindən postlarımızı atəşə tutması və  qeyri-qanuni erməni silahlı qüvvələrinin məhz rus sülhməramlılarınn nəzarətində olan ərazilərdə özbaşına davranışları, üçtərəfli sazişin yerinə yetirilməməsinin Qarabağda yeni müharibə ehtimalını aktivləşdirməsi ilə bağlı açıqlamasında bildirib.  

 

Ekspert hesab edir ki, Azərbaycan bu məsələdə gecikir:

 

“Biz uzun müddət rusun, erməninin, Fransanın nazı ilə oynadıq.  28 il işğalda qaldığımız müddət bizə onaların kim və hansı mövqedə olduğunu sübut elədi. Amma yenə də  sanki onların bizim üçün nə isə edəcəyinə ümid edirik. Bu gün Hindistan Ermənistana raket verir.  İran Ermənistana pilotsuz uçuş aparatları, dron komikadzelər verir.  Bu silahlar qərar qəbul edən mərkəzə-Bakıya tuşlanıb, bizm başımıza tökülə bilər. Və o zaman bizimlə az qala beşbaşlı oyun oynayan nə Rusiya, nə Amerika yanımızda olmayacaq. İndi onların vədlərinə də aldanmaq lazım deyil”.

 

Ona görə də Ü.Cəfərli hesab edir ki, Azərbaycan tərəfi təcili addımlar atmalıdır. Onun sözlərinə görə,  iki il bundan qabaq nə erməninin, nə də ona havadarlıq edənlərin səsi gəlmirdi. Amma iki il ərzində humanistlik göstərdik, yol verdik, sülhə gəlmələri üçün şəraiti yaratdıq, qudurdular.  Ona görə də bu gün üstümüzə hücum edirlər. Bunun qarşısı dərhal alınmalıdır:

 

“Azərbaycan 44 günlük savaşda ərazilərini işğaldan azad edib. Bu gün çox az hissədə erməni saparatçıları qalıb.  Ona görə də Qarabağda geniş müharibənin aparılması ehtimalı azdır.  Azərbaycan ordusu Qarabağda lokal antiterror əməliyyatları keçirdəcək. Rusiya hərbi qüvvələrinin yerləşdiyi ərazidə qalan qeyri-qanuni hərbi birləşmələr zaman -zaman bizə probıemlər yaradırlar. Düzdür, Azərbaycan onların təxribatlarını cavabsız qoymur.  Amma bunu yeni müharibə ehtimalı kimi önə çəkmək doğru deyil.  Erməni silahlılarının olduğu Ağdərə, Xocalı, Xocavənd, Xankəndi ərazilərində yalnız bizim komonda hərbi birləşmələri antiterror əməliyyatı keçirdə bilərlər. Əslində proses ona doğru gedir”. 

 

Ü.Cəfərov hesab edir ki, bu gün ruslar, fransızlar, amerkanlar  Ermənistanı daha bir toqquşmaya sövq edir. Ermənistan üçün çətin olan bu durumda Ermənistana havadarlıq edən Rusiyanın ona dəstək olmağa imkanı yoxdur:

 

“Qərb bu gərginliyinin olmasında ona görə maqarlıdır ki, Ermənistan birdəfəlik  Rusiyadan qoparsın. Paşinyanın çaşqın bəyanatları, gah Qərb, gah  Brüssel, gah Praqa, gah Soçi görüşündə etdiyi çıxışları, “rusiyanın təkilfi  daha cəlbedicidir” deməsi təsadüfi deyil. Rusiya və Ermənistan Qarabağla bağlı məsələləri gələcəyə ötürmək istəyir. Amma Azərbaycan bunu birdəfəlik həll etməlidir”.

 

Ekspert bildirib ki, düşmənə qarşı səbr nümayiş olunsa da, Qarabağda baş verənlər xoş deyil. Onun sözlərinə görə, bu gün ermənilərin, onlarn havadarlarının qarşısını almasaq, erməni silahlılarını ərazilərimizən təmizləməsək, bütün ərazilərimizdə nəzarəti əlimizə almasaq, yenə də şəhidlər verəcəyik:

 

“Bunun olmaması üçün Azərbaycanda erməni separatizminin kökü kəsilməlidir. 10 noyabrda imzalanan üçtərəfli sazişin öhtəlikləri  yerinə yetirilməlidir.  Amma unutmamalıyıq ki, BMT-nin işğalla bağlı 4 qətnaməsini də özümüz həll etdik. Və bu gün qalan problemləri də özümüz həll etməliyik, gecikmək olmaz. Amma bu o demək deyil ki, yenidən müharibə ehtimalı yaranıb. /hafta.az/

 

T.Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Hüquqi mənada cəsusluq deyil, amma..." - VİDEO

"5-10 üzvü, tək papkası olan partiya sədrləri ələnib gedəcək" - VİDEO

Vahid Hacıyev QDF-in donorları ilə görüşüb

Ağız yaralarından qurtulmaq MÜMKÜNDÜR

Fuad Əliyevdən QƏTİ ETİRAZ

"Amma ermənilər Şuşaya, Kəlbəcərə atəş açanda ruslar susurlar"

"Şükür ki, Azərbaycan tərəfindən sülhməramlıların mandatı imzalanmayıb"

"Müddət 5 ildən artıq uzadılsa, onların daha ağır düşmən hərəkətlərini görə bilərik"

“Azadlıq fədaisi”nin növbəti mükafatçısı - SORĞUYA START

“Azərbaycan düşmənin layiqli cavabını vermək gücünü özündə saxlayır”

Prezidentdən mühüm mesajlar – TƏHLİL

"Rusiyanın da, Ermənistanın da müdaxilələrini sıfırlamalıdır"

"Bu gün Ermənistan narahat olmalıdır"

Gələn il yeni təqaüd təsis ediləcək

İrandan “Bakıya Xəzərdən hücum” MESAJI