“Rusiya Qarabağa qısa müddətə gəlişini nümayiş etdirmir”-açıqlama

12:20 01-11-2022 | icon 61 | Geopolitika
“Rusiya Qarabağa qısa müddətə gəlişini nümayiş etdirmir”-açıqlama

 

 

 Soçi görüşü ərəfəsində Qarabağda, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidə -Xankəndidə ermənilərin aksiya keçirməsi və Azərbaycana qarşı edilən çıxışlar ölkəmizin ərazi bütövlüyünə qarşı növbəti təhdid və növbəti təxribat hadisəsi kimi dəyərləndirilir. Mitinqin təşəbbüskarının sülhməramlı kontingentinin komandiri, general-mayor Andrey Volkovun olması Rusiyanın hansı mövqe sərgilədiyini də gündəmə gətirib. Sülhməramlı komandanı “Ermənistan nizamlamanın rus variantından imtina edərsə, sülhməramlı missiya Qarabağı -“Artsax”ı tərk edəcək” kimi bəyanatlar verir. Ermənistan baş naziri Paşinyan isə buna adekvat cavab verərək, sülhməramlıların daha 20 il qalmasını təklif edir. Mövcud vəziyyət sülhməramlıların regionda hansı maraqlarını ortaya çıxarır və Azərbaycan hansı addımları atmalıdır?

 

 

Versus.az xəbər verir ki, bu istiqamətdə  açıqlama verən hərbi ekspert Elxan Şıxəliyev bildirib ki, Soçidə keçirilən üçtərəfli görüş ərəfəsində Qarabağda ermənilərin mitinq keçirməsini Ermənistan - Rusiya münasibətləri fonunda qiymətləndirməliyik. 

 

 

Onun sözlərinə görə, Rusiya Ermənistanla münasibətləri fonunda  Qarabağdan “kart” kimi oynamaq istəyir.  Və Qarabağdakı erməni əsilli əhalinin təhlükəsizliyinin təmin edilməsini Ermənistana tələb kimi qoyur.

Hərbi ekspert bildirib ki, Ermənistan Rusiyanın forpostundan çıxmaq üzərinə mücadilə verir.

 

“Avropadakı tərəfdaşları  Ermənistandan tələb edirlər ki, Rusiyanın 102-ci bazası ərazilərindən çıxarılarsa, KTMT-dən imtina edərlərsə onlara siyasi, maliyyə, hərbi-texniki dəstək verəcəklər və bunun arxasınca uzağa gedən panları var. Rusiya Ermənistanı öz təsir dairəsində saxlamağın variantlarını həyata keçirir. Bunun da biri Qarabağ erməniləri üzərindən Ermənistana təzyiq göstərməkdir.  Təzyiq də ondan ibarətdir ki, əgər Ermənistan Rusiyanın sülhməramlılarının nəzarətində olan bölgələrdə qalmasını istəməsələr, onda Azərbaycan bundan imtina edəcək və avtomatik olaraq Rusiya sülhməramlıları Qarabağdan çıxarılmalıdır.  Şantaj edirlər ki, əgər Ermənistan bunları etməsə sonra baş verəcəklərə özü hazır olmalıdır.  Ona görə də Ermənistan deməlidir ki, KTMT-dən çıxmırlar, sərhəd xidməti burda qalsın və sülhməramlıların qalması davam eləsin”.

 

E.Şıxəliyev hesab edir ki, erməni baş nazirin “sülhməramlıların bölgədə qalmasının 20 ilə uzadılmasına hazırıq” deməsi Rusiyanın havasına oynamasıdır.

 

“Bu Azərbaycanın istəklərinin tam əksinə olan bir prosesdir.  Sülhməramlılar bölgəyə yeridilmsi ilə üzərinə düşən faəliyyəti icra eləməli idi. Lakin qeyri-qanuni birləşmələri çıxarmaq əvəzinə onların yenidən formalaşıb hərbi gücə çevrilməsinə şərait yaratdılar.  Paralel olaraq Qarabağda “rus icması”nn yaradılması, Rusiyadan ora ermənilərin gətirilməsi, Ermənistandan qeyri-qanuni birləşmələrin hərbi texniki vasitələrlə dəstəklənməsi, “Laçın karidoru”na nəzarətsizliyin həyata keçirilməsi, rus pasportlarının paylanması, erməni əsilli rus milyarderin Qarabağa göndərilməsi və sair məsələlər Rusiyanın Qarabağa qısa müddətə gəlişini nümayiş etdirmir. Rusiya düşünür ki, Qarabağda uzun müddətə qalmalıdır. Və Ermənistan, Azərbaycana qarşı təsir mexanizmi kimi bundan sonra da “Qarabağ kartı”nı oynayacaq”.

 

E.Şıxəliyev hesab edir ki, bu yolverilməzdir və erməni və rusların Qarabağda hansı oyunlar oynamasından asılı olmayaraq, nə edirlərsə etsinlər planları pozmalıyıq. Onun fikrincə, heç bir vəchlə 2025-ci ildən sonra sülhməramlıların Qarabağda qalmasına icazə verməməliyik. Qarabağda yaşayan ermənilər ya vətəndaşlığımızı qəbul etməlidirlər, ya da başqa ölkələrə gedib onların vətəndaşlığını qəbul etməlidirlər.

 

 

“Baş verən proseslər göstərir ki, Rusiya problemləri azaltmaq əvəzinə, gərginliyi uzadıb mövcudluğunu davam etməyə çalışıcaq. Avropanın Rusiyaya münasibəti, Ermənistanı Rusiyanın forpostluğundan çıxarmaq cəhdləri, İranın son zamanlarda Ermənistana dəstəyi fonunda görürük ki, Ermənistan cəsarətlənib. Laçın karidoru nəzarətə götürülməli, sülhməramlılar çıxarılmalı, siyasi, hərbi güclə əraziləri nəzarətə götürməliyik. Biz Rusiya, Ermənistana net mesajlar verməliyik ki, ərazilərimizi alver predmetinə çevrilməsinə yol verməyəcəyik və praktik olaraq da nəticələrə nail olmalıyıq”.

 

Tahirə Qafarlı

Versus.az 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Vahid Hacıyev QDF-in donorları ilə görüşüb

Ağız yaralarından qurtulmaq MÜMKÜNDÜR

Fuad Əliyevdən QƏTİ ETİRAZ

“Azadlıq fədaisi”nin növbəti mükafatçısı - SORĞUYA START

“Azərbaycan düşmənin layiqli cavabını vermək gücünü özündə saxlayır”

"Bu gün Ermənistan narahat olmalıdır"

Gələn il yeni təqaüd təsis ediləcək

İrandan “Bakıya Xəzərdən hücum” MESAJI

"Laçında bərpa işləri sürətlə davam edir"

Erməni silahlılar Qarabağdakı mövqelərimizi atəşə tutdular

“Madrigal” Bakıya gəlir

 

Brüssel görüşündən imtina... -siyasilərdən birmənalı mövqe

Kəlbəcər, Laçın və Ağdamdakı mövqelərimiz ATƏŞƏ TUTULUB

DTX Naxçıvanda daha bir qurumda əməliyyata başladı

Şuşa könüllüləri Şuşa üçün hazırlaşırlar