Bir siqaretin törətdiyi faciə

10:09 17-11-2022 | icon 135 | Hadisə
Bir siqaretin törətdiyi faciə

Üç gün sonra toyları olacaq cütlük xəstəxanaya düşdü

 

Şəmkir rayonunda yanğın hadisəsi baş verib.

 

Versus.Az xəbər verir ki, hadisə rayonun Zəyəm Cırdaxan kəndində qeydə alınıb.

 

Yanğın zamanı 24 yaşlı Elmar İsmayılov və 18 yaşlı Nərmin Cəfərova ağır yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

 

Hər ikisinin vəziyyətinin ağır olduğu bildirilir. 

 

Hadisəyə səbəb Elmar İsmayılovun yataq otağında çəkdiyi siqaretin yatağa düşməsi olub. 

 

O, N.Cəfərovanı bir müddət əvvəl qaçırıb və üç gündən sonra toyları olacaqmış.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib ki, hadisə yerinə Şəmkir Rayon Polis Şöbəsinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları dərhal gələrək yanğının söndürülməsi üçün dərhal tədbirlər görüblər:

 

“İki nəfər yaralı xəstəxanaya çatdırılıb, binanın mühafizəsi təşkil olunub, yanğının digər əraziyə yayılmasının qarşısı alınıb. Hazırda araşdırmalar davam etdirilir”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

7 yaşında “Bu torpağın yolunda Torpağa dönmək gərək” şerini söylədi, 19 yaşında torpağa dönüb, Vətən oldu...

"Üzvlərin sayı partiyanın fəaliyyətinə təsir etməməlidir"

"İllər boyu İsraillə bağlı dediklərim bu gün gerçəkləşdi"

Məmur həbsləri GÖZLƏNİLİR

Bu xəstəlik bəzən əlamətsiz də başlaya bilər

Paşinyanın “Çərçivə sazişi”, yoxsa sülhü pozma cəhdi

Diaspor Komitəsindən dünya azərbaycanlılarına MÜRACİƏT

“Orion” Ay ətrafında dövr etdi

6 il sonra Bakıda konsert verdi

Avropada daha bir müharibə - TƏHLİL

Rusiya çökür... Naxçıvan blokadadan çıxır... - VİDEO

Bakıya 12 metrlik avtobuslar gətirildi

Siyasi partiyalardan qanunun yeni redaksiyasına VS münasibət

 

Sağlamlıq məhdudiyyətli şəxslərin əl işləri sərgiləndi

Müharibə yenidən başlayır?