Taekvondoçumuz dünya çempionatında bürünc medal qazanıb

10:13 17-11-2022 | icon 140 | İdman
Taekvondoçumuz dünya çempionatında bürünc medal qazanıb

Azərbaycan taekvondoçusu Meksikanın Qvadalaxara şəhərində keçirilən dünya çempionatında bürünc medal qazanıb.

 

Versus.Az xəbər verir ki, kişilərin yarışında 68 kq çəki dərəcəsində çıxış edən Cavad Ağayev ilk olaraq təsnifat mərhələsində Tayland təmsilçisi Çayçon Ço ilə üz-üzə gəlib.

 

Ağayev növbəti mərhələdə polşalı Mateus Şesnovskini yolundan kənarlaşdırıb.

 

Azərbaycan təmsilçisi 1/8 finalda özbək Uluqbek Raşitov, 1/4 finalda isə iordaniyalı Zaid Mustafadan üstün olub.

 

Yarımfinalda cənubi koreyalı Kvon Doyun ilə üz-üzə gələn Cavad Ağayev ilk raundda qələbə qazansa da, sonrakı iki raundda məğlub olaraq bürünc medalla kifayətlənməli olub.

 

Qadınların yarışında isə 49 kq çəki dərəcəsində mübarizə aparan Patimat Abakarova təsnifat mərhələsində yunanıstanlı Anastasia Kokosidən üstün olub.

 

“Rio-2016” Olimpiya Oyunlarının bürünc mükafatçısı növbəti – 1/16 final mərhələsində israilli Avişaq Semberqə uduzaraq mübarizəni dayandırıb.

 

Qeyd edək ki, daha əvvəl mübarizəyə qoşulan Taleh Süleymanov (87 kq) ilk qarşılaşmasında Serbiyanı təmsil edən Mehdi Khodabakhshiyə uduzub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Laçında bərpa işləri sürətlə davam edir"

Bakıya meydan oxuyan “sülhməramlılar”

DTX-nın NAXÇIVAN ƏMƏLİYYATI

Laçında məhv edilən erməni postundan GÖRÜNTÜLƏR

Fransızlar və amerikalılar ATƏT-in Minsk qrupunu dəfn etdilər

İranın anti-Azərbaycan xarakterli hərəkətləri

Fransa öz keçmişi ilə üzləşməli, bəşəriyyətdən üzr istəməlidir

Əlisa Nicata maliyyə yardımı göstəriləcək

İlk qar da yağdı

“Şuşa ili”nə həsr olunan “270-ci səhifə” - SƏNƏDLİ FİLM

Bəzi deputatlara yeni vəzifə veriləcək

Saakaşvili siyasətdən getdi

Ev alarkən geri qaytarılan min manatlar

Türkcə qabiliyyət imtahanına (TYS) start verilib

Məktəbdə istilik problemi