Vitse-spikerdən iranlı deputatlara CAVAB

11:08 17-11-2022 | icon 133 | Siyasət
Vitse-spikerdən iranlı deputatlara CAVAB

Fəzail İbrahimli: "Tarixin yaralarına toxunmayın"

 
 

"Azərbaycanın Zəfər savaşından sonra bölgədə Türkiyə-Azərbaycan İttifaqının söz sahibinə çevrilməsi, Türk Dövlətləri Təşkilatının yeni beynəlxalq güc mərkəzi kimi ortaya çıxması anti-türk qüvvələri hərəkətə gətirib. Təəssüflər olsun ki, bu sırada bəzi xristian qərb dövlətləri ilə yanaşı adını islam respublikası qoyan cənub qonşumuz İran da yer alıb".

 
 
Versus.Az xəbər verir ki, bunu açıqlamasında Milli Məclis sədrinin müavini Fəzail İbrahimli bildirib.
 
 
Fəzail İbrahimli vurğulayıb ki, minlərlə müsəlmanı qətlə yetirən, məscidləri murdarlayan erməni hökuməti ilə can bir qardaşlıq nümayiş etdirən Tehranın parlament üzvləri etdikləri əməllərdın xəcalət çəkmək əvəzinə bu günlərdə tamam əndazəni aşaraq sərsəm bəyanatlar səsləndirib:
 
 
"Bir qrup iranlı deputat Azərbaycan prezidenti İlham Əliyevin Türk Dövlətlərinin 9-cu Sammitində Azərbaycanın hüdudlarından kənarda yaşayan azərbaycanlıların dil hüquqları haqqında fikirlərində əndişələnib. Onlar Azərbaycan prezidentinə Azərbaycan Respublikasının İranın bir hissəsi olduğunu, şimali Azərbaycan ərazisinin Gülüstan müqaviləsinə əsasən İrandan ayrıldığını xatırladıb. Fars dilində tarixi səhv edən bu mandat sahibləri siyasi normaları da pozub. Bu kəslərə xatırladıram ki, bu müqavilələr nəticəsində 50 milyonluq Azərbaycan türkü ikiyə bölünüb. Siz bu müqavilələrin adlarını xatırlatmaqla güneydə yaşayan 30 milyonluq xalqın hisslərinə toxunursuz. Həm Gülüstan, həm də Türkmənçay müqaviləsi imzalanandan sonra bir neçə dəfə ləğv olunub. 1921-ci ildə sovet Rusiyası çar Rusiyasının imzaladığı bütün müqavilələrin birtərəfli qaydada ləğv olunduğunu elan edib. Bundan başqa Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə bu müqavilə ləğv olundu və İran Azərbaycanın ərazisi ilə bir yerdə onun varlığını tanıdı. Yeri gəlmişkən, 1919-cu ildə Paris sülh konfransında İran torpaq iddiası ilə çıxış edib və Avropalılar bu iddianı dilinə gətirən İran nümayəndəsini otaqdan qovub. Təbii ki, o müqavilə çoxdandır tarixi hadisəyə çevrilib. Ona görə də bu gün o haqda danışmaq siyasi hoqqabazlıqdır və yalnız daxili auditoriya üçün təbliğati əhəmiyyəti ola bilər".
 
 

Vitse-spiker qeyd edib ki, Şimali Azərbaycan, yəni indiki Azərbaycan Respublikasının vətəndaşları da Türkmənçay və ya Gülüstan müqavilələrini tarixin zorakı olayı kimi xatırlayır və unutmur. Çünki bu müqavilə ilə parçalanan bizim vətənimizdir. Tarix bütün həqiqətləri öz yerinə qoyan ən böyük hakimdir:

 
 
"Şimali Azərbaycan öz müqəddəratını çoxdan müəyyən edib. Güney Azərbaycanda yaşayan soydaşlarımız da ”Haray, haray, mən türkəm" deyərək, iranlı olmadığını bildirir və milli kimliyini dünyaya bəyan edir. Amma İran deyilən bir zindanda olmağı heç farslar özü də istəmir və bu gün İranda baş verənlər də bunun təsdiqidir. Azərbaycan prezidentinin fikirləri isə tam yerində olan bir bəyanat idi. Bir necə il öncə cənab İlham Əliyev “mən təkcə Azərbaycan Respublikasında yaşayan xalqın yox, bütün dünyada yaşayan 50 milyon azərbaycanlının prezidentiyəm” demişdi. Hazırkı dövrə kimi harada yaşamasından asılı olmayaraq öz vətəndaşlarının hüquqlarını qorumaq, təhlükəsizliyini təmin etmək üçün qarşısında duran vəzifələri yerinə yetirən Azərbaycan dövləti bundan sonra dünyanın ayrı-ayrı ölkələrində yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsi, təhlükəsizliyinin təmin olunması, milli kimliyini qorunub saxlanması vəzifəsini icra etməyə hazır olduğunu bəyan edir. Yeri gəlmişkən, Güney Azərbaycanın bütün şəhərlərində Azərbaycan Prezidenti İlham Əliyevin fotosu olan və üzərinə "Güney Azərbaycan arxanızdadır, cənab prezident!" yazılmış plakatlar divarlara vurulub. Bu millətin ruhunun, ideyasının və liderinin bir olduğunun təsdiqləyir".
 
 
 
Tahirə Qafarlı
Versus.Az
 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

7 yaşında “Bu torpağın yolunda Torpağa dönmək gərək” şerini söylədi, 19 yaşında torpağa dönüb, Vətən oldu...

"Üzvlərin sayı partiyanın fəaliyyətinə təsir etməməlidir"

"İllər boyu İsraillə bağlı dediklərim bu gün gerçəkləşdi"

Məmur həbsləri GÖZLƏNİLİR

Bu xəstəlik bəzən əlamətsiz də başlaya bilər

Paşinyanın “Çərçivə sazişi”, yoxsa sülhü pozma cəhdi

Diaspor Komitəsindən dünya azərbaycanlılarına MÜRACİƏT

“Orion” Ay ətrafında dövr etdi

6 il sonra Bakıda konsert verdi

Avropada daha bir müharibə - TƏHLİL

Rusiya çökür... Naxçıvan blokadadan çıxır... - VİDEO

Bakıya 12 metrlik avtobuslar gətirildi

Siyasi partiyalardan qanunun yeni redaksiyasına VS münasibət

 

Sağlamlıq məhdudiyyətli şəxslərin əl işləri sərgiləndi

Müharibə yenidən başlayır?