Biabırçı qətnamədən sonra Paris...

14:34 17-11-2022 | icon 275 | Siyasət
Biabırçı qətnamədən sonra Paris...

Rauf Qurbanov: “Fransa senatının bu tələbi həyasızlığın və sinizmin son  həddidir”

 

“Noyabrın 15-də Fransa parlamentinin yuxarı palatası, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi prinsiplərini pozan qərəzli və ədalətsiz qətnamə qəbul edərək, Beynəlxalq hüququn norma və prinsiplərinə açıq-aşkar etinasızlıq nümayiş etdirmişdir”.

 

Versus.az xəbər verir ki, bunu Azərbaycan KP MK-nın sədri Rauf Qurbanov Fransa Senatında Azərbaycana qarşı qəbul olunan qətnamə ilə bağlı açıqlamasında bildirib.

 

R.Qurbanov bildirib ki, qəbul olunmuş qətnamədə Azərbaycan “Ermənistana qarşı hərbi təcavüzdə” ittiham olunur. Parlamentarilər həmçinin Fransa hökumətini Bakıya qarşı bir sıra iqtisadi sanksiyalar tətbiq etməyə çağırırlar:

 

“Lakin Fransa senatının qəbul etdiyi qərar Azərbaycan ictimaiyyəti üçün heç də gözlənilməz deyil. Çünki son iki ildə bu, Fransa parlamentinin Azərbaycana qarşı qəbul etdiyi üçüncü qətnamədir. Senat bu qətnaməni qəbul etməklə Azərbaycan-Fransa münasibətlərinə sarsıdıcı zərbə vurdu. Hazırkı qətnamə ölkələrimiz arasında 1993-cü il dekabrın 20-də imzalanmış “Dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında müqavilə”yə birbaşa ziddir. Belə qərəzli ittihamlar əsasında qəbul edilən qətnamədən sonra Fransa ilə Azərbaycan arasında hansı dostluq, əməkdaşlıq və qarşılıqlı münasibətlərdən danışmaq olar?!. Belə biabırçı qətnamənin qəbulundan sonra Paris, Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında özünü necə  vasitəçi adlandıra bilər?”

 

R.Qurbanov faktlara istinadla bəyan edib ki, Fransa senatı ölkəmizə qarşı düşmənçilik mövqeyindən çıxış edir:

 

“Qətnamə layihəsində Azərbaycan qoşunlarının Laçın dəhlizindən çıxarılması tələbi də yer alır. Söhbət Azərbaycan Respublikasının Beynəlxalq səviyyədə tanınmış ərazilərindən və onun həmin ərazilər üzərində konstitutsiya ilə təsbit olunmuş suveren hüquqlarından gedir. Fransa senatının bu tələbi həyasızlığın və sinizmin son həddidir. Hətta Ermənistan dövləti belə, heç vaxt Azərbaycan qoşunlarının Laçın dəhlizindən çıxarılmasını gündəmə gətirməyib. Amma nədənsə Fransa parlamentinin yuxarı palatasının üzvləri  “ermənilərin özündən də böyük erməni” olmağa çalışırlar”.

 

R.Qurbanov hesab edir ki, Fransa parlamentinin Azərbaycana qarşı ardıcıl qətnamələr qəbul etməsinin Yelisey sarayı ilə razılaşdırıldığı şübhəsizdir:

 

“Fransa Konstitusiyasına görə, təhlükəsizlik, müdafiə və xarici siyasət məsələləri birbaşa hökumətin, daha doğrusu, prezidentin səlahiyyətlərinə daxildir. Azərbaycanla bağlı qəbul edilən qətnamələr birbaşa Fransa dövlətinin xarici siyasətinə aid  olduğunu nəzərə alsaq, onda bu sənədlərin arxasında Yelisey sarayının durduğunu aydın görərik”. 

 

Partiya sədri bütün bu olayların fonunda hesab edir ki, Azərbaycan hökuməti Fransa ilə indiyə kimi olan bütün iqtisadi və siyasi münasibətlərə yenidən baxmalı və müvafiq adekvat tədbirlər görməlidir:

 

“Ümüd edirəm ki, dünyanın aparıcı dövlətləri ədalətli mövqe nümayiş etdirərək Fransa parlamentinin yuxarı palatasının Azərbaycana qarşı qəbul etmiş olduğu qərəzli qətnaməyə öz kəskin münasibətlərini  bildirəcəklər”. (hafta.az)

 

T.Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Vahid Hacıyev QDF-in donorları ilə görüşüb

Ağız yaralarından qurtulmaq MÜMKÜNDÜR

Fuad Əliyevdən QƏTİ ETİRAZ

“Azadlıq fədaisi”nin növbəti mükafatçısı - SORĞUYA START

“Azərbaycan düşmənin layiqli cavabını vermək gücünü özündə saxlayır”

"Bu gün Ermənistan narahat olmalıdır"

Gələn il yeni təqaüd təsis ediləcək

İrandan “Bakıya Xəzərdən hücum” MESAJI

"Laçında bərpa işləri sürətlə davam edir"

Erməni silahlılar Qarabağdakı mövqelərimizi atəşə tutdular

“Madrigal” Bakıya gəlir

 

Brüssel görüşündən imtina... -siyasilərdən birmənalı mövqe

Kəlbəcər, Laçın və Ağdamdakı mövqelərimiz ATƏŞƏ TUTULUB

DTX Naxçıvanda daha bir qurumda əməliyyata başladı

Şuşa könüllüləri Şuşa üçün hazırlaşırlar