“Rəşad Dağlının başına gələn hadisədə İranın fitnəsi var”

14:41 17-11-2022 | icon 208 | Cəmiyyət
“Rəşad Dağlının başına gələn hadisədə İranın fitnəsi var”

Tural İrfan: “İranın bu şəbəkələri dini məsələdən istifadə edərək çox insanı ələ alıb”

 

“İranın cəsus şəbəkəsi uzun müddətdir Azərbaycanda kök atıb. DTK-nın keçirtdiyi əməliyyatlar tam sübuta yetirdi ki, gedib Qumda təhsil alanlar orda cəsusluğa cəlb olunublar. Belə şəbəkələr Azərbaycanda minlərlədir”.

 

Versus.az xəbər verir ki, bunu hafta.az-a ilahiyyatçı Tural İrfan İranın Azərbaycandakı cəsus şəbəkələrinin  ölkəmiz üçün yaratdığı təhdid və bunların aşkarlanması ilə bağlı görülən işlərin nə dərəcədə yetərli olması ilə bağlı açıqlamasında bildirib.

 

T.İrfan İranın din adı altında gizlənən şəbəkələrinin xalq, millət, dövlət üçün çox təhlükəli olduğunu qeyd edib:

 

“İranın cəsus şəbəkəsinin üzvləri burda o qədər çoxdur ki, biz onları hər yerdə görüb, tanıya bilirik.    Məsələn, qadınlar arasında cürbəcür şəbəkələr yaradıblar və onlar guya dəfnlərdə iştirak edirlər. Bunları da araşdırmaq lazımdır. Məşhəd, Kərbala ziyarətinə gedənlərin mən deyərdim ki, 80 faizini İran rejimi cəsus şəbəkəsinə cəlb edir.  Orda oxuyanların 100 faizi bu şəbəkəyə cəlb olunur. İranda kim təhsil alıbsa ya özü bilərəkdən, ya da bilməyərəkdən İrana işləyir. Bu Quran ayəsi kimi aydındır. Cəsus şəbəkədən başqa onların burda terror yaratmağa hazırladığı fədailəri də var ki, bunlar da əsasən narkomanlardan, anlaqsız və psixi-ruhi xəstələrdən ibarət olur. Elə adamları seçirlər ki, onlar terror törətməkdən çəkinmirlər, onları yoldan çıxartmaq, inandırmaq da asandır. Məsələn, Rəşad Dağlının başına gələn hadisədə şübhə etmirəm ki, İranın fitnəsi var. Ola bilsin o cinayətin İrana bağlılığı heç müəyyən olunmasın. Amma  məlumdur ki, vaxtilə Rəşad Dağlı öz meyxanasında İran müştəhidlərini tənqid eləmişdi. İndi də hansısa narkomanı onun üstünə yönəldiblər”.

 

T.İrfan bildirib ki, İranın cəsus məsələsi  həbsxanalarda da çox yayılıb.  İlahiyyatçı hesab edir ki, hüquq-mühafizə orqanları onu müəyyənləşdirməlidir: necə olur, dinsiz-imansız həbsxanaya düşənlər çıxanda Hacı Talehin adamları kimi çıxır? 

 

Bu da onu göstərir ki, İran şəbəkəsi bütün sahələrdə öz nüfuz təsirini göstərir.

 

T.İrfan hesab edir ki, İran cəsus şəbəkəsinin araşdırılmasına Məscidlərdən başlanmalıdır. Çünki həbs olunanlar öz ifadələrində deyirlər ki,  biz getdik Qumda oxumağa  və onları da ora Məscidlər göndəriblər:

 

“Ümumiyyətlə, mən İranda təhsil alan adamların Məscidlərdən yığışdırılmasının tərəfdarıyam. İranın nəfəsi dəyən adamların hamısı agentdir.   Burda yüksək vəzifələrdə də elə adamlar var ki, gizlində qalıb özünü göstərmir, lazım gələndə İranı tənqid edir. Bunlar çox təhlükəlidir, həm xalqımızın zəhərlənməsi, həm də dövlət üçün. Onlar Məzhəb adı altında xalq arasında intriqa salırlar. Bunlardan birincisi sünni-şiyə söhbətidir. İndi siz baxın axundların çoxu ağzını açanda o qızışdırıcı məsələdən danışır.  Çalışırlar ki, Türkiyə ilə Azərbaycanın arasını vursunlar, daxildə sünni-şiyə intriaqası yaratsınlar. Məgər bu görünmürmü. Elə məsələlər var ki, o kök atandan sonra ona qarşı mübarizə illərlə vaxt aparır. İranın cəsus şəbəkəsi də kök atıb, hər yerdə var.  Ona görə də dövlət orqanları bu məsələdə operativ olmalı, problemi  üzərinə əsaslı getməlidir. Əks halda sonra onun kökünü kəsmək çətin olacaq. Onları həbs edə bilərlər, amma onların zəhərlədiyi beyinləri tez bir zamanda təmizləmək mümkün olacaqmı, xeyir. Milyonlarla insanın beyni zəhərlənib. Deyirlər ki, mən Xomneyiyə təqlid eliyirəm. İndi gəl sən onlara başa sal ki, sənin rəhbərin Xomneyi yox,  İlham Əliyevdir. Hüquq -mühafizə orqanları bunu edə biləcəkmi. Ona görə də hesab edirəm ki, bu çox gecikmiş məsələdir. Amma proses başlayıbsa sona qədər təmizlənmə getməlidir”.

 

İlahiyyatçı bildirib ki, bu gün Ölkəmizə qarşı çox ciddi təhdidlər var:

 

“Təsəvvür edin ki, İranın əleyhinə  tənqidi fikir səsləndirmək olmur. Fikir verin, adi bir meyxanaçı bur kəlmə Xomneyinin adını çəkmişdi, az qala ona diz çökdürdülər, videosüjetlə üzr istədilər, sonra da təxribatla adamı qətlə yetirmək istədilər, o da qabağa düşüb onu öldürdü. Rafiq Tağını da o cür qətlə yetirdilər. Rəhmətlik Ziya Bünyadovu da elə qətlə yetirdilər. Yəni İranın terror şəbəkəsi Azərbaycanda çoxdan mövcuddur. Ona görə bunun qarşısını almaq lazımdır. Şəxsən mənim özümü dəfələrlə hədələyiblər. İranın cəsus şəbəkəsi məni  hədəfə alıb. Profilində Xomeneyinin şəkli olan şəxs məni qəbiristanlıqda söhbətə çağırmışdı. Mən Onunla bağlı hüquq-mühafizə orqanlarına müraciət etdim, Amma yenə də internetdə profilləri görünür.  Görünən odur ki, o şəbəkələrin burda dayaqları var. Məsələn,  vaxt var idi ki, məscidlərdə axundları çıxardıb hər yerə Qumda oxuyanları salıblar. O da  həmin rayonu edib irançılar. İndi İran şəbəkəsində tutulan adamlar elə həmin rayonlardandır”.

 

T.İrfan bildirib ki, birmənalı şəkildə elan olunmalıdır ki, İranda din, islam yox, terror  yetişdirilir. Bu mənada o hesab edir ki, təhsil almaq üçün insanlarımız Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanına, yaxud başqa ölkələrə getsinlər. Dini təhsil almaq üçün Azərbaycanda da bütün şəraitlər yaradılıb:

 

“Qumda 10 il oxuyub gələn  qadınlar var. Bu qadınlar  indi də xarici mətbuata çıxıb etiraz edirlər ki, işləmək üçün onlara Azərbaycanda şərait yoxdur. tələb edirlər ki, onlara məscidlərdə, dövlət idarələrində işləyib təbliğat işləri aparmaları üçün şərait yaradısın. İranın bu şəbəkələri dini məsələdən istifadə edərək hədsiz çox insanı ələ alıblar”.

 

İlahiyyatçı hesab edir ki, bu şəbəkənin kökü tamam kəsilməlidir ki, Azərbaycan insanı terror təhdidindən azad olsun. Mən hər dəfə İran əleyhinə danışanda mənə qarşı təzyiqlər olur.  Ölümlə təhdid edirlər.Özü də mənə yaxınlaşıblar. Onlar Cəmiyyətdə saya salınmayan, ağla gətirilməyən adamların vasitəsi ilə o qətilləri törədirlər. Ona görə hesab edirəm ki, bu təmizləmə bütün dövlət orqanlarında aparılmalıdır. Çünki çox cəsuslar təqiyə sistemində işləyir, yəni özlərini gizlədirlər. Dünən İranı müdafiə edənlər bu gün Türkiyəni dəstəkləyir, özünü yalandan  vətənpərvər kimi göstərirlər. Onları köklü şəkildə  ifşa etmək lazımdır.   Beyinlər ciddi yuyulmalı, hər gün televiziya, radiolarda təbliğat aparılmalıdır. Din adamları çıxıb açıq şəkildə İranın siyasətini pisləsə, xalq da başa düşər və ayılar. Əksinə susurlar...Bu özü də təhlükədir...”

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Vahid Hacıyev QDF-in donorları ilə görüşüb

Ağız yaralarından qurtulmaq MÜMKÜNDÜR

Fuad Əliyevdən QƏTİ ETİRAZ

“Azadlıq fədaisi”nin növbəti mükafatçısı - SORĞUYA START

“Azərbaycan düşmənin layiqli cavabını vermək gücünü özündə saxlayır”

"Bu gün Ermənistan narahat olmalıdır"

Gələn il yeni təqaüd təsis ediləcək

İrandan “Bakıya Xəzərdən hücum” MESAJI

"Laçında bərpa işləri sürətlə davam edir"

Erməni silahlılar Qarabağdakı mövqelərimizi atəşə tutdular

“Madrigal” Bakıya gəlir

 

Brüssel görüşündən imtina... -siyasilərdən birmənalı mövqe

Kəlbəcər, Laçın və Ağdamdakı mövqelərimiz ATƏŞƏ TUTULUB

DTX Naxçıvanda daha bir qurumda əməliyyata başladı

Şuşa könüllüləri Şuşa üçün hazırlaşırlar