Azərbaycanda DƏHŞƏT

11:00 19-11-2022 | icon 157 | Hadisə
Azərbaycanda DƏHŞƏT

Vəhşi heyvanlar kişini parçaladı

 

Oğuz rayonunda meşədə meyit aşkarlanıb. Meyit rayonun Tayıflı kəndindəki meşəlik ərazidə aşkarlanıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib ki, bu gün gecə saatlarında Oğuz rayonunun Tayıflı kəndindəki meşəlik ərazidə meyit aşkarlanması barədə rayon polis şöbəsinə məlumat daxil olub.

 

Dərhal polis və prokurorluq əməkdaşları tərəfindən meyitə baxış keçirilib, ölən şəxsin 62 yaşlı Əbülfət Ağayev olduğu məlum olub. İlkin araşdırma zamanı onun üzərində zorakılıq əlaməti aşkarlanmasa da, vəhşi heyvanlar tərəfindən kişinin meyitinin parçalanması müəyyən edilib.

 

Qeyd edək ki, tək yaşayan Ə.Ağayev ruhi-əsəb xəstəsi olub və bir neçə gün öncə itkin düşüb. Onun itkin düşməsi barədə polis şöbəsinə müraciət daxil olmayıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Laçında bərpa işləri sürətlə davam edir"

Bakıya meydan oxuyan “sülhməramlılar”

DTX-nın NAXÇIVAN ƏMƏLİYYATI

Laçında məhv edilən erməni postundan GÖRÜNTÜLƏR

Fransızlar və amerikalılar ATƏT-in Minsk qrupunu dəfn etdilər

İranın anti-Azərbaycan xarakterli hərəkətləri

Fransa öz keçmişi ilə üzləşməli, bəşəriyyətdən üzr istəməlidir

Əlisa Nicata maliyyə yardımı göstəriləcək

İlk qar da yağdı

“Şuşa ili”nə həsr olunan “270-ci səhifə” - SƏNƏDLİ FİLM

Bəzi deputatlara yeni vəzifə veriləcək

Saakaşvili siyasətdən getdi

Ev alarkən geri qaytarılan min manatlar

Məktəbdə istilik problemi

Türkcə qabiliyyət imtahanına (TYS) start verilib