"İllər boyu İsraillə bağlı dediklərim bu gün gerçəkləşdi"

11:34 21-11-2022 | icon 200 | Siyasət
"İllər boyu İsraillə bağlı dediklərim bu gün gerçəkləşdi"

Fuad Əliyev: "Mürəkkəb bir regionda, dost və etibarlı tərəfdaş olan İsrail bizi dəstəkləyir"

 

“İsrail dövləti Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdəndir. Azərbaycan müstəqilliyini qazandığı gündən İsraillə çox yüksək əlaqələrə malikdir. Bu əlaqələr qardaşlıq müstəvisinə və müttəfiqliyə yüksəldi”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib.

 

Fuad Əliyevin sözlərinə görə, Azərbaycanın İsraildə səfirliyinin açılması hər iki ölkənin əlaqələrini gücləndirəcək:

 

“Azərbaycanın İsraildə səfirliyinin açılması ilə bağlı illər boyu demişəm. İsrail dövləti Qarabağ məsələsində həmişə həqiqətin tərəfində olaraq Azərbaycanı dəstəkləyib. Vətən müharibəsində isə açıq olaraq Türkiyə və Pakistanla yanaşı bizə dəstək verib. Hesab edirəm ki, onsuz da yüksək səviyyədə olan Azərbaycan-İsrail dostluq münasibətləri, bundan sonra daha da güclənəcək”.

 

ALDP sədri vurğulayıb ki, Azərbaycanın müstəqilliyini və ərazi bütüvlüyünü sözdə tanıyan, amma faktiktiki olaraq əməldə qarşı çıxan İran və Ermənistan kimi qonşularımız var. Azərbaycan müstəqilliyini qazanandan sonra dost, qardaş Türkiyə və Pakistan bizi tək qoymadı:

 

"Çox yaxşı haldır ki, mürəkkəb bir regionda, dost və etibarlı tərəfdaş olan İsrail dövləti bizi dəstəkləyir. Sevindirici haldır ki, Türkiyə və israil münasibətləri də yaxşılaşır və dərinləşir. Biz imkan verməməliyik ki, İran, Ermənistan və yaxud başqa bir ölkə, Azərbaycan-İsrail və Türkiyə-İsrail münasibətləri poza bilsin”.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Laçında bərpa işləri sürətlə davam edir"

Bakıya meydan oxuyan “sülhməramlılar”

DTX-nın NAXÇIVAN ƏMƏLİYYATI

Laçında məhv edilən erməni postundan GÖRÜNTÜLƏR

Fransızlar və amerikalılar ATƏT-in Minsk qrupunu dəfn etdilər

İranın anti-Azərbaycan xarakterli hərəkətləri

Fransa öz keçmişi ilə üzləşməli, bəşəriyyətdən üzr istəməlidir

Əlisa Nicata maliyyə yardımı göstəriləcək

İlk qar da yağdı

“Şuşa ili”nə həsr olunan “270-ci səhifə” - SƏNƏDLİ FİLM

Bəzi deputatlara yeni vəzifə veriləcək

Saakaşvili siyasətdən getdi

Ev alarkən geri qaytarılan min manatlar

Türkcə qabiliyyət imtahanına (TYS) start verilib

Məktəbdə istilik problemi