"İrandan qeyri-standart, islama yaraşmayan hərəkətləri görə bilərik"

11:40 21-11-2022 | icon 99 | Siyasət
"İrandan qeyri-standart, islama yaraşmayan hərəkətləri görə bilərik"

Zəlimxan Məmmədli: “Gənclər və qadınların etirazları İran şiəçiliyini iflasa uğradır”

 

“Xomneyiçilik İrana Qərbdən, Fransadan transfer olunub və təbii ki, sağlam əsaslara söykənməyib. Molla rejiminin, yaxud da fars şovenizminin olduğu bir dövlət üçün  məhz islamın, toplumların istismarı, həm də qonşularla strateji olaraq tarazlığın pozulması əsas öhtəliklərdən biri olub”.

 

Versus.az xəbər verir ki, bunu  HƏP-nın sədr müavini, siyasi şərhçi Zəlimxan Məmmədli İranda 2 aydan çox olar ki, mollo rejiminə qarşı davam edən etiraz aksiyalarının insan haqlarının qorunması, eləcə də 40 milyondan çox azərbaycanlı soydaşımızın öz  cumhuriyyətini qurması istiqamətində ata biləcəyi addımlara diqqət çəkərkən bildirib.

 

Z.Məmmədli bildirib ki, İran-fars şiyəçiliyi islam dininin təməllərinə zidd olmaqla, Türkiyəni, türk toplumlarını hədəfə alıb:

 

“Türkün yolu Peyğəmbər yoludur. Molla rejimi bu yolda türk dünyasına təsir imkanlarını üst qata çıxarır. Məqsəd türk coğrafiyalarında, Güney Azərbaycanda, Şimali Azərbaycanda, o cümlədən   Azərbaycana qonşu olan türk toplumlarında istiqaməti türk ruhundan kənara çəkib, bölücü bir düşüncəni hakim eləməkdir.  İranın mahiyyəti Azərbaycanın timsalında tam çırpaqlığı ilə üzə çıxır. Əgər Azərbaycanın dini etiqadı islamdırsa və İran özü islam respublikasıdırsa, o Azərbayacanın yanında olub, ona qarşı olan təcavüzü pisləməli idi. Hətta din qardaşlarını erməni təcavüzünə, onun havadarlarına qarşı Cihada çağırmalı idi. Amma İran Ermənistana himayə durub, ermənilərin təəssübkeşi kimi çıxış elədi.  İran Azərbaycan torpaqlarını işğal etməkdə Ermənistana dəstək verdi. İran  erməniləri silahlandırdı, təlimləndirdi. İran indiki zamanda da həm bölgə üçün, həm də İranın özü üçün əhəmiyyətli olan qlobal layihələrin tormuzlanması üçün əlindən gələni edir”.

 

Z.Məmmədli bildirib ki, türk düşmənçiliyi İranın düşüncəsinə hakimdir və bu tendensiyadan toplumlar əziyyət çəkir. Və rejimdən əziyyət çəkən türklərin əksəriyyəti vahid platformadan çıxış edir.

Ekspert hesab edir ki, bu gün İranı teokrat rejimdən xialas etmək əsas hədəflərdən biri kimi görünür.  Gənclər və qadınların etirazları İran şiyəçiliyini iflasa uğradır.

 

Onun sözlərinə görə, bu gün o ayətullahların papağı günün günorta çağı küçənin ortasına atılırsa və orda çadrasını atıb yandırmağa cəsarət edən xanımlar, gənclər varsa, bu artıq çox ciddi bir siqnaldır və bu nəhayətdə rejim çökəcək:

 

“Təbii ki, İranda etiraz edən digər millətlərlə yanaşı, 40 milyona yaxın Azərbaycan türklərinin də iddiaları var.  Azərbaycan türkləri bölünmüş Azərbaycanın bir hissəsidir.  Digər toplumlardan fərqli olaraq onun birləşmə və istiqlal haqqı var.  Sosial problemləri qaldıran etirazçı elektoratın içərisində hürriyyət, azadlıq və milli hökumət şüarlarını qaldıran Azərbaycan türkləri oldu.  Bu elə-belə deyil. Demək, Azərbaycan şüurunda  - güneyində, quzeyində bütövləşmə gündəmdədir. Artıq bir ruhani birləşməmiz var, fiziki birləşməmiz üçün də imkanlar yetişməkdədir”.

 

Z.Məmmədli məhz bu səbəblərdən İranın daha da aqressivləşəcəyini istisna etməyib. Onun sözlərinə görə,  İran Azərbaycan türklərini yoldan sapındırmaq, quzey Azərbaycanı məğlub duruma salmaq üçün əlindən gələn axmaqlıqları, pislikləri edəcək:

 

“Ona görə Şimali Azərbaycan- biz, İranın bu günə qədər törətdiyi və bundan sonra da ehtimal olunan diversiya əməllərinin qarşısını almaq üçün səfərbər olunmalıyıq. Haqq Ədalət Partiyasının milli təhlükəszilik, Azərbaycanın üzərini alan təhdidlərlə bağlı dirəniş platformasını möhkəmləndirmək üçün verdiyi qərar bununla bağlıdır. Biz İrandan qeyri-standart, islama yaraşmayan hərəkətləri görə bilərik və ona qarşı dirənişli olmalıyıq. Azərbaycan bütövləşmə astanasındadır. Türk dünyası, Turan quruluşu astanasındadır. Azərbaycan cəmiyyəti bu mərhələdə birləşməlidir. Biz tarixdə baş verən xataların üzərində kodlaşıb, zombiləşib, destruktiv cərəyanlara, fəaliyyətə meyillənsək, deməli İranın, Rusiyanın, Fransanın, Ermənistanın maraqlarına uyğun davranmış olacağıq. Ona görə milli hədəflərə çatmaq, daxildə ehtimal olunan kalonların diversiyalarına qarşı dayanmaq üçün səfərbər olmağa məhkumuq. Dövlət və millətin vəhdəti bizim dirənişdən asılı olacaq. Biz bu davadan güclü dövlət, millət olaraq çıxa bilrərik”.(hafta.az)

 

T.Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Laçında bərpa işləri sürətlə davam edir"

Bakıya meydan oxuyan “sülhməramlılar”

DTX-nın NAXÇIVAN ƏMƏLİYYATI

Laçında məhv edilən erməni postundan GÖRÜNTÜLƏR

Fransızlar və amerikalılar ATƏT-in Minsk qrupunu dəfn etdilər

İranın anti-Azərbaycan xarakterli hərəkətləri

Fransa öz keçmişi ilə üzləşməli, bəşəriyyətdən üzr istəməlidir

Əlisa Nicata maliyyə yardımı göstəriləcək

İlk qar da yağdı

“Şuşa ili”nə həsr olunan “270-ci səhifə” - SƏNƏDLİ FİLM

Bəzi deputatlara yeni vəzifə veriləcək

Saakaşvili siyasətdən getdi

Ev alarkən geri qaytarılan min manatlar

Türkcə qabiliyyət imtahanına (TYS) start verilib

Məktəbdə istilik problemi