“İranda isə hələ sağlam baxış hakim deyil"-açıqlama

12:08 21-11-2022 | icon 93 | Siyasət
“İranda isə hələ sağlam baxış hakim deyil"-açıqlama

 

Azərbaycan dövləti öz torpaqlarını erməni işğalından azad edib, təcavüzkarı sülhə cəlb edib, nəhayət Zəngəzur yolunun çəkilişi ilə bağlı layihələrin gerçəkləşməsi, regionun inkişafı yönündə çalışarkən, cənub qonşumuz, müsəlman ölkə sayılan İran bizə qarşı təhdid dili ilə danışır, Ermənistanın təhlükəsizliyini özünün qırmızı xətti adlandırır. Görünən odur ki, İranda- tarixi Azərbaycan torpaqlarında yaşayan 40 milyon azərbaycanlının Cənubi Azərbaycan haqqı bərpa edilmədikcə, bu ölkənin Azərbaycan iddiları sərhədlərini aşır. Işğalçı Ermənistanı dəstəkləyən və Qarabağda gərginliyin yaranmasında maraqlı olan bu müsəlman ölkənin mollaları Cənubi Azərbaycan susduqca daha da irəli gəlirlər. Mövcud vəziyyət İrana nə vəd edir və ona qarşı hansı adekvat addımlar atılmalıdır?

 

 

Versus.az xəbər verir ki, bu istiqamətdə açıqlama verən siyasi ekspert Azər Hüseynov bildirib ki, İran tarixən Azərbaycanın müstəqillik və yüksəlişinə qısqanc yanaşıb.

 

 

“Ümumiyyətlə, gəlin görək 1000 illik bir dövrdə İran deyilən coğrafi siyasi məkan kim tərəfindən idarə edilib. Türk idarəçiliyində İranda fars dili inkişaf etmiş, ona qarşı fərqlilik edilməmişdir. Pəhləvi deyilən sülalədən sonra milli zülm başladı. Islam inqilabında insanlar ümidlənmişdi, amma milli zülm və diskriminasiya bitmədi. Azərbaycan türklərinə türkcə adlar belə qoymağa imkan vermirlər. İranın bugünkü qısqanclıqları isə regionda daha çox pay almaq istəyi ilə bağlıdır. Ona görə bunu edir. Amma biz də bu məsələdə milli mövqe və təmkini birləşdirə bilməliyik. İrana qarşı siyasətimiz milli maraqlara xidmət etməli, başqa qüvvələrin bundan yararlanmasına imkan verməməliyik. Çünki biz milli bir dövlətik”.

 

 

Siyasi ekspert hesab edir ki, İran daxilində sasanilik düşüncəsini bir tərəfdən məzhəbçilər, bir tərəfdən də Qərb tətikləyir. Onun szölərinə görə, təbii ki, burda Rusiya da öz mənfəətini götürür.

 

 

“İranda isə hələ sağlam baxış hakim deyil, sasanilik dili hakimdir. Amma bir Türkiyə amili var. Türkiyənin varlığı və bizimlə birliyi yeganə vasitəmizdir regional olaraq. İran amili ancaq bununla neytrallaşır. Qalanlar isə bizi ortada hər an qoya bilər”.

 

 

A.Hüseynov bildirib ki, bu gün Cənubi Azərbaycanlıların halı çox narahatlıq doğurur. Onun sözlərinə görə, cənubi azərbaycanlılar az təşkilatlanıb, milli ideya ilə bağlı fikir birliyinə malik deyillər.

 

“Bölgəsəl və qlobal güclər İranda İraq və Suriyada olduğu kimi qeyri-türk elementi ilə müttəfiqdirlər. Ona görə ilk öncə onların milli ideya ətrafında təşkilatlanması lazımdır. Azərbaycan dövləti beynəlxalq hüququ, eyni zamanda milli maraqları nəzər alaraq işlək konfiqurasiyalar qurmalıdır. Bu konfiqurasiyalar təbii ki, hansısa ölkənin ərazi bütövlüyünə qəsd etmə cəhdi deyil, sadəcə olaraq dünyanın müxtəlif yerlərində yaşayan Azərbaycan türklərinin hüquqlarının və şərəflərinin qorunmasına yönəlməlidir. Bu da daha çox əlaqələrin, əməkdaşlığın genişlənməsi, güclənməsi müstəvisində baş verməlidir. Daha sonra isə istənilən situasiyaya hazır olmalıdırlar. Əks halda İraqdakı türkmənlərin durumu onlarda da təkrarlana bilər”.

 

T.Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Vahid Hacıyev QDF-in donorları ilə görüşüb

Ağız yaralarından qurtulmaq MÜMKÜNDÜR

Fuad Əliyevdən QƏTİ ETİRAZ

"Amma ermənilər Şuşaya, Kəlbəcərə atəş açanda ruslar susurlar"

"Şükür ki, Azərbaycan tərəfindən sülhməramlıların mandatı imzalanmayıb"

"Müddət 5 ildən artıq uzadılsa, onların daha ağır düşmən hərəkətlərini görə bilərik"

“Azadlıq fədaisi”nin növbəti mükafatçısı - SORĞUYA START

“Azərbaycan düşmənin layiqli cavabını vermək gücünü özündə saxlayır”

"Bu gün Ermənistan narahat olmalıdır"

Gələn il yeni təqaüd təsis ediləcək

İrandan “Bakıya Xəzərdən hücum” MESAJI

"Laçında bərpa işləri sürətlə davam edir"

Erməni silahlılar Qarabağdakı mövqelərimizi atəşə tutdular

“Madrigal” Bakıya gəlir

 

Brüssel görüşündən imtina... -siyasilərdən birmənalı mövqe