Paşinyanın “Çərçivə sazişi”, yoxsa sülhü pozma cəhdi

12:46 21-11-2022 | icon 195 | Geopolitika
Paşinyanın “Çərçivə sazişi”, yoxsa sülhü pozma cəhdi

"Qarabağ barədə Azərbaycanın Ermənistanla danışmayacağını hamı bilməlidir"

 

Ermənistanın baş naziri Nikol Paşinyan yenə absurt təkliflə çıxış edib. Erməni Azərbaycanla sülh sazişi müqaviləsinin dağlanmasına dair “çərçivə sazişi” təklifini irəli sürüb. Azərbaycan üçtərəfli sazişə əsasən Ermənistanın öhtəlikləri yerinə yetirməsini gözlədiyi halda, bunlar “çərçivə sazişi” təklif edirlər. Bu “çərçivə sazişi”Azərbaycana qarşı hansı təhdidləri özündə   ehtiva edir?

 

Versus.az xəbər verir ki, politoloq Rəşad Bayramov Ermənistan zaman-zaman belə absurd təkliflərlə çıxış edib.

 

Politoloq qeyd edib ki, bu, sülh prosesinin tormuzlanması, sülh sazişinin imzalanmasının qarşısının alınması və müəyyən müddətə vaxtın qazanılmasına hesablanıb və bu da Azərbaycanın maraqlarına uyğun deyil:

 

“Azərbaycan tezliklə sülh sazişinin imzalanması və məsələlərə birdəfəlik nöqtə qoyulmasının tərəfdarıdır. Ermənistan tərəfi isə davamlı şəkildə sülh sazişində keçmiş Dağlıq Qarabağın və yaxud orda yaşayan ermənilərin təhlükəsilik məsələsi adı altında statusun yenidən gündəmə gətirilməsinə cəhd göstərir. Azərbaycan özünün qəti mövqeyini bildirib”.

 

ANAP sədri Abutalıb Səmədov bildirib ki, Paşinyanın təklif etdiyi “çərçivə sazişi” nin mahiyyəti məlum deyil.

 

Onun sözlərinə görə, Paşinyanın dediyindən belə çıxır ki, Azərbaycanın təklif etdiyi layihədə razılaşdırılması mümkün olamayan məqamlar var. O, belə hesab edir ki, həmin müddüəları təklif olunan sülh sazişindən çıxarıb, ilkin olaraq müəyyən çərçivə sazişi imzalamaq olar:

 

“Ermənistan Azərbaycanın irəli sürdüyü təklifdə nə ilə razılaşmadığını açıq bildirməlidir. Biz bu sülh sazişində Rusiyanı nəyin qane etmədiyini bildik.  Rusiya Prezidenti “Volday”da təxribatçlıq elədi, dövlət başçısına yaraşmayan tərzdə bəyanat verdi ki, “əgər Ermənistan Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıyırsa biz buna etiraz eləmirik. Məlumdur ki, Ermənistanın Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıması Praqa sənədində öz əksini tapıb. Soçidə də eyni sənəd imzalandı. İndi Paşinyan açıq deməlidir ki, hansı məsələ Ermənistanı  qane eləmir və hansı məsələləri saziş layihəsindən çıxarıb ortaya hansı "çərçivə sazişi" qoymaq istəyir. Azərbaycanın qırmızı xətti Qarabağla bağldır. Sülh sazişində "Qarabağ" ifadəsi keçməməlidir və Qarabağ barədə Azərbaycanın Ermənistanla danışmayacağını hamı bilməlidir.  Suverenliyimizi tanıybsansa ərazimlə bağlı iddia sürməyin qeyri-mümkündür. Azərbaycanın bu mövqeyi tamamilə düzgündür.  İnanmıram ki, ABŞ Ermənistanın bu mövqeyini dəstəkləsin. Ermənistan indi Rusiyaya sığınır. Rusiyanın bölgədən çıxarmaq üçün şərait yaranıb və ABŞ bundan istifadə etmək istəyir. Paşinyanın bu çərçivə sazişi ABŞ, nə Aİ tərəfindən dəstəklənməyəcək”.

 

Pakizə Babazadə
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Vahid Hacıyev QDF-in donorları ilə görüşüb

Ağız yaralarından qurtulmaq MÜMKÜNDÜR

Fuad Əliyevdən QƏTİ ETİRAZ

“Azadlıq fədaisi”nin növbəti mükafatçısı - SORĞUYA START

“Azərbaycan düşmənin layiqli cavabını vermək gücünü özündə saxlayır”

"Bu gün Ermənistan narahat olmalıdır"

Gələn il yeni təqaüd təsis ediləcək

İrandan “Bakıya Xəzərdən hücum” MESAJI

"Laçında bərpa işləri sürətlə davam edir"

Erməni silahlılar Qarabağdakı mövqelərimizi atəşə tutdular

“Madrigal” Bakıya gəlir

 

Brüssel görüşündən imtina... -siyasilərdən birmənalı mövqe

Kəlbəcər, Laçın və Ağdamdakı mövqelərimiz ATƏŞƏ TUTULUB

DTX Naxçıvanda daha bir qurumda əməliyyata başladı

Şuşa könüllüləri Şuşa üçün hazırlaşırlar