Sakinlərin şikayətinə DYP-dən REAKSİYA

13:35 21-11-2022 | icon 113 | Sosial
Sakinlərin şikayətinə DYP-dən REAKSİYA

“Sürücülər 30 manat cərimə oluna bilərlər”

 

“Avtomobil yollarında lüzumsuz yerə siqnallardan istifadə edən sürücüləri diqqətli olmağa səsləyirik. Paytaxt sakinləri hər gün yollarda hərəkətin fasiləsizliyinin tənzimlənməsi, eləcə də milyonlarla insanın mənzilbaşına təhlükəsiz şəraitdə çatması üçün atılan addımlara dəstək olsunlar”.

 

Bu barədə açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli avtomobil yollarında sürücülərin gecə-gündüz lüzumsuz səs siqnallarından istifadəsinə dair əhali arasında yaranan çoxsaylı şikayətlərə cavab olaraq qeyd edib. 

 

Polis mayoru vurğulayıb ki, gündəlik rastlaşılan sıxlıqlarda yaşanan stresi başa düşürlər, lakin sükan arxasında təmkinli və ehtiyatlı olmaq lazımdır:

 

“Yol hərəkəti iştirakçılarından tez-tez eşitdiyimiz şikayətlər bu istiqamətdədir. Xüsusilə gecə saatlarında, səhər gur saatlarda tıxaclarda tez-tez siqnallardan istifadə edilməsi əhali arasında narazılığa səbəb olur. Lüzumsuz olaraq səs siqnallarından istifadə etmək İnzibati Xətalar Məcəlləsinin 329-cu maddəsinə uyğun olaraq 30 manat məbləğində cərimə deməkdir.

Qanunvericilik səs siqnallarının təyinatı üzrə istifadə edilməsini tənzimləyir. “Yol hərəkəti haqqında” Qanunda sürücünün səs siqnallarından qəza hallarından yayınmaq, eləcə də şəhərlərarası yollarda yalnız digər sürücüdən yol istəmək məqsədilə istifadə edə biləcəyi qeyd edilib. Əks təqdirdə şəhəriçi yollarda səs siqnallarından istifadə lüzumsuz qiymətləndirilir və əhalinin narazılığına səbəb olur.

Dünya meqapolislərində belə, yollarda sürücülərin səs siqnallarından istifadə etmədən nəqliyyat vasitələrini idarə etmələri həmin şəhərlərin mədəni mühitinin yüksək olduğuna işarədir. Çalışaq ki, biz də paytaxtımızı mədəni mühiti yüksək olan şəhərlər sırasında saxlayaq”. /oxu.az/

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Laçında bərpa işləri sürətlə davam edir"

Bakıya meydan oxuyan “sülhməramlılar”

DTX-nın NAXÇIVAN ƏMƏLİYYATI

Laçında məhv edilən erməni postundan GÖRÜNTÜLƏR

Fransızlar və amerikalılar ATƏT-in Minsk qrupunu dəfn etdilər

İranın anti-Azərbaycan xarakterli hərəkətləri

Əlisa Nicata maliyyə yardımı göstəriləcək

Fransa öz keçmişi ilə üzləşməli, bəşəriyyətdən üzr istəməlidir

İlk qar da yağdı

“Şuşa ili”nə həsr olunan “270-ci səhifə” - SƏNƏDLİ FİLM

Bəzi deputatlara yeni vəzifə veriləcək

Saakaşvili siyasətdən getdi

Ev alarkən geri qaytarılan min manatlar

Türkcə qabiliyyət imtahanına (TYS) start verilib

Məktəbdə istilik problemi