Məmur həbsləri GÖZLƏNİLİR

16:05 21-11-2022 | icon 201 | Siyasət
Məmur həbsləri GÖZLƏNİLİR

Hafiz Hacıyev: "Tövbələtmə edə bilmirlər"

 

“Haranı qurdalasaq, eyni vəziyyətlə qarşılaşacağıq”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidmətinin Beyləqan Ərazi Dövlət Kadastrı və Daşınmaz Əmlakın Reyestri İdarəsinin arxiv şöbəsinin müdiri Dəyanət Atakişiyevin rüşvət almaqda şübhəli şəxs olaraq saxlanılmasına münasibət bildirən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

 

MMP sədri bildirib ki, tövbələtmə edə bilmirlər:

 

“Rüşvətxorluq və xəyanətlə ölkədə qarışıqlıq yaratmaq istəyirlər. Rüşvətxor məmur təbəqəsi təmizlənməyənə qədər əməliyyatlar davam etməlidir. Belə halların tam aradan qaldırılması üçün Dövlət Təhlükəsizlik Xidməti əməliyyatları davam etdirəcək".

 

Hafiz Hacıyev vurğulayıb ki, haranı qurdalasaq, eyni vəziyyətlə qarşılaşacağıq:

 

"Dövlət tələblərini yerinə yetirməyən xüsusi komanda var. Azərbaycan hakimiyyəti daxilində anti-İlham Əliyev koalisiyası yaradılıb. DTX tərəfindən saxlanılanların əksəriyyətinin bu koalisiyanın üzvləri olduğunu dəfələrlə demişəm. Dövlətini, prezidentini sevən heç bir kəs belə əxlaqsız hərəkətlərə yol verməz. Milləti incitməklə, dövlətin üzərinə qaldırmaqla məşğuldurlar. Ən yüksək səviyyəli məmurların da həbs edilməsi yaxınlarda gözlənilir”. /Yenicag.az/

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Laçında bərpa işləri sürətlə davam edir"

Bakıya meydan oxuyan “sülhməramlılar”

DTX-nın NAXÇIVAN ƏMƏLİYYATI

Laçında məhv edilən erməni postundan GÖRÜNTÜLƏR

Fransızlar və amerikalılar ATƏT-in Minsk qrupunu dəfn etdilər

İranın anti-Azərbaycan xarakterli hərəkətləri

Əlisa Nicata maliyyə yardımı göstəriləcək

Fransa öz keçmişi ilə üzləşməli, bəşəriyyətdən üzr istəməlidir

İlk qar da yağdı

“Şuşa ili”nə həsr olunan “270-ci səhifə” - SƏNƏDLİ FİLM

Bəzi deputatlara yeni vəzifə veriləcək

Ev alarkən geri qaytarılan min manatlar

Saakaşvili siyasətdən getdi

Məktəbdə istilik problemi

Türkcə qabiliyyət imtahanına (TYS) start verilib