Azərbaycan Kubokunda yeni mövsüm başlayır

09:49 22-11-2022 | icon 128 | İdman
Azərbaycan Kubokunda yeni mövsüm başlayır

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2022/2023 mövsümünə start veriləcək.

 

Versus.Az xəbər verir ki, 1/8 finalın ilk oyun günündə 3 görüş keçiriləcək.

 

Eyni saatda başlayacaq matçlarda “Səbail” MOİK-in, “Turan Tovuz” “Şamaxı”nın qonağı olacaq. I Divizion təmsilçisi və “dənizçilər” indiyədək ölkə kubokunda qarşılaşmayıblar. Şamaxı və Tovuz komandalarının isə kubokda yolları yalnız bir dəfə - yeddi il əvvəl kəsişib.

 

Günün son oyununda “Qəbələ” aşağı dəstə təmsilçisi “Araz Naxçıvan”ı qəbul edəcək. Bu, iki komandanın Azərbaycan Kubokunda öz aralarında ilk dueli olacaq.

 

Azərbaycan Kuboku

1/8 final

 

22 noyabr

 

14:00MOİK  “Səbail
Hakimlər: Əli Əliyev, Səbuhi Soltanov, Ruslan Quliyev, Elvin Bayramov
Hakim-inspektor: Gülağa Cabbarov
Binə qəsəbə stadionu.

 

14:00. “Şamaxı”  “Turan Tovuz
Hakimlər: Vüqar Həsənli, Cavanşir Yusifov, Zöhrab Abbasov, Rövşən Rəcəbov
Hakim-inspektor: Vüsal Əliyev
Şamaxı şəhər stadionu.

 

15:00. “Qəbələ” – “Araz Naxçıvan
Hakimlər: Kamranbəy Rəhimov, Asiman Əzizli, Şirmamed Mamedov, Namiq Bəkirov
Hakim-inspektor: Ömər Paşayev
Qəbələ şəhər stadionu.

Qeyd edək ki, 1/8 finalın "Sabah” - “Qaradağ Lökbatan”, “Mingəçevir” - “Zirə” və “Kəpəz” – “Sumqayıt” oyunları noyabrın 23-də baş tutacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Laçında bərpa işləri sürətlə davam edir"

Bakıya meydan oxuyan “sülhməramlılar”

DTX-nın NAXÇIVAN ƏMƏLİYYATI

Laçında məhv edilən erməni postundan GÖRÜNTÜLƏR

Fransızlar və amerikalılar ATƏT-in Minsk qrupunu dəfn etdilər

İranın anti-Azərbaycan xarakterli hərəkətləri

Fransa öz keçmişi ilə üzləşməli, bəşəriyyətdən üzr istəməlidir

Əlisa Nicata maliyyə yardımı göstəriləcək

İlk qar da yağdı

“Şuşa ili”nə həsr olunan “270-ci səhifə” - SƏNƏDLİ FİLM

Bəzi deputatlara yeni vəzifə veriləcək

Saakaşvili siyasətdən getdi

Ev alarkən geri qaytarılan min manatlar

Məktəbdə istilik problemi

Türkcə qabiliyyət imtahanına (TYS) start verilib