"Üzvlərin sayı partiyanın fəaliyyətinə təsir etməməlidir"

10:10 22-11-2022 | icon 231 | Siyasət
"Üzvlərin sayı partiyanın fəaliyyətinə təsir etməməlidir"

Fuad Əliyev: "Niyə bunu çərçivəyə salmaq istəyirlər başa düşmürəm”

 

Yeni redaksiyada təqdim olunan "Siyasi Partiyalar Haqqında" qanun layihəsində hələ də mübahisəli və müzakirəyə ehtiyacı olan məsələlər qalır.

 

Versus.Az xəbər verir ki, bu fikirləri Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev deyib. Onun sözlərinə görə, ictimai müzakirələr davam edir və çox güman ki, təklif olunan və mübahisə doğuran məsələlər öz həllini tapacaq.

 

Partiya sədri bununla yanaşı hesab edir ki, yeni redaktədə üzv sayının 4500-dən aşağı olmasını əsas götürüb qeydiyyatının ləğvi ilə bağlı məhkəməyə müraciət etmək, düzgün deyil:

 

"Üzvlərin sayı partiyanın fəaliyyətinə təsir etməməlidir. Üzvlərin sayı qeydiyyat üçün lazımdırsa, göstərildiyindən 500 nəfər az olması onun fəaliyyətinə heç bir əks təsirini göstərə bilməz".

 

Fuad Əliyev vurğulayıb ki, üzvlük haqqı ilə bağlı yeni redaktə də mübahisəlidir. Partiya sədri hesab edir ki, “bir üzvün partiyaya ödədiyi üzvlük haqqı minimum əməkhaqqının 35 mislindən artıq ola bilməz” iddiası da sual yaradır:

 

“Hər bir partiyanın üzvlük haqqı ilə bağlı məsələ nizamnamədə yazılıb. Məsələn, ALDP-də ən aşağı üzvlük haqı 1 manatdır. Amma üzvlük haqqı kimi 50, 10, 5 manat ödəyənlər olur. Əgər partiya üzvü üzvlük haqqı kimi hansısa məbləği ödəmək istəyirsə, ona qadağalar qoymaq, bunu çərçivəyə salmaq nəyə lazımdır. Düşünürəm ki, bu da qəbulolunmayan məsələdir. Partiyanın üzvü istəyir ayda 1000 manat üzvlük haqqı versin. Niyə bunu çərçivəyə salmaq istəyirlər başa düşmürəm”.

 

Partiya sədri ianələrin də çərçivəyə salınmasını düzgün hesab etməyib. Onun fikrincə, tutaq ki, biznes adamları partiyaya 1 milyon manat ianə etmək istəyirsə, niyə etməsin:

 

"Əslində bu, partiyaların fəaliyyətinin daha geniş şəkildə inkişaf etməsinə təkan verə bilər. Bu təcrübə, Qərbdə, ABŞ-da keçirilən  seçkilərdə dəfələrlə sınanıb. ABŞ-da Baydanenin son seçkilərində gənc biznes adamı onun kampaniyasına 400 milyon pul xərcləyib. İanələrin çərçivəyə salınıb, məbləğin “10 mindən yuxarı olmamalıdır”, yaxud “üzvlük haqqı əməkhaqqının 35 mislindən yuxarı olmamalıdır” təklifləri ilə razı deyiləm".

 

F.Əliyev bütün hallarda bunun bir təklif olduğunu qeyd edərək, müzakirə olunacağını və siyasi partiyaların inkişafına maneə yarada biləcək təkliflərin qəbul olunmayacağına ümid etdiyini deyib:

 

“Göründüyü kimi, bundan qabaq “iki seçkidə iştirak etməyən partiyaların qeydiyyatının ləğv olunması” təklifi artıq son redaksiyada öz yerini tapmadı. Deməli, müzakirələr olmalıdır və müxalifət partiyaları bu müzakirələrdə aktiv iştirak etməlidir”.

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Laçında bərpa işləri sürətlə davam edir"

Bakıya meydan oxuyan “sülhməramlılar”

DTX-nın NAXÇIVAN ƏMƏLİYYATI

Laçında məhv edilən erməni postundan GÖRÜNTÜLƏR

Fransızlar və amerikalılar ATƏT-in Minsk qrupunu dəfn etdilər

İranın anti-Azərbaycan xarakterli hərəkətləri

Əlisa Nicata maliyyə yardımı göstəriləcək

Fransa öz keçmişi ilə üzləşməli, bəşəriyyətdən üzr istəməlidir

İlk qar da yağdı

“Şuşa ili”nə həsr olunan “270-ci səhifə” - SƏNƏDLİ FİLM

Bəzi deputatlara yeni vəzifə veriləcək

Ev alarkən geri qaytarılan min manatlar

Saakaşvili siyasətdən getdi

Məktəbdə istilik problemi

Türkcə qabiliyyət imtahanına (TYS) start verilib